“Yarımçıq əlyazma” Berlində

“Yarımçıq əlyazma” Berlində
12 fevral 2014
# 10:23

Londonun məşhur “Voterstones” kitab evi və Avstriyanın “Dradivaberl” nəşrlər evində keçirilən təqdimatların ardınca yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyanın Berlin şəhərində yerləşən Humboldt universitetində də oxuculara təqdim olunub.

Bir il öncə Avstriyada çap olunmuş əsərin təqdimat müzakirəsini Universitetin Azərbaycan tarixi kafedrasının müdiri şərqşünas alim professor Yeva Mariya Aux açıb. O, giriş sözündə Azərbaycanın tarixi və ədəbiyyatı haqqında danışıb, “Yarımçıq əlyazma”nın tarixi-mədəni qaynaqları, əsərdə cərəyan edən hadisələrin ümumi fonu barədə söz açıb. Professor Aux çap olunduğu vaxtdan bu yana romanın geniş müzakirələrə səbəb olduğunu, artıq dünyanın bir çox dillərinə tərcümə edildiyini qeyd edib. O, əsərin Avropa oxucuları üçün Azərbaycan ədəbiyyatına, tarixinə və mədəniyyətinə açılan əhəmiyyətli bir pəncərə olduğunu deyib. Daha sonra o, Kamal Abdullanın bədii yaradıcılığının özəllikləri haqqında danışdıqdan sonra söz müəllifə verilib. Kamal Abdulla romanın yazılma tarixi və onun sonrakı taleyi barədə danışıb. Romana göstərilən marağa və təqdimatının təşkilinə görə təşkilatçılara öz təşəkkürünü bildirib. Bundan sonra universitet tələbələri ifadəli oxu ilə romandan parçaları səsləndiriblər. Tədbir müəllifin iştirakçıların suallarını cavablandırması ilə davam edib. Sonda imzalama mərasimi keçirilib və müəllifin tələbələrlə söhbəti qeyri-rəsmi şəraitdə davam edib. Tədbirin sonunda prof. Y.M. Aux bu görüşdə iştirak etdiyi üçün yazıçıya təşəkkür edib və ona yeni yaradıcılıq uğurları arzulayıb.

Görüşdə Azərbaycan və türk diaspor nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, əsəri alman dilinə Aygün Mehbalıyeva tərcümə etmişdir. Kitaba ön sözü tanınmış filoloq prof. Ziqlinde Hartmann yazıb. Roman Avstriyanın nüfuzlu “GOLDEGG VERLAG” nəşriyyatında işıq üzü görmüşdür.

# 2196 dəfə oxunub

Oxşar xəbərlər

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər