Vəkilov, 75-in mübarək!

Vəkilov, 75-in mübarək!
6 iyun 2014
# 11:22

Səməd Vurğun 37-də güllələnsəydi, 39-da Vaqif Səmədoğlu doğulmayacaqdı...

Yusif Səmədoğlu yaşasaydı, “Deyilənlər gəldi başa” romanını tamamlayacaqdı...

Vaqif Səmədoğlu xəstələnməsəydi...

“Olsaydı”yla, “olmasaydı”yla çox cümlələr yazmaq olar, amma hər zaman ölüm haqdır, haqdır deyə hər vaxt qəbul olunur. 27 yaşında dünyadan köçən Lermontov da vaxtında ölüb, 105 yaşında Aşıq Ələsgər də. Aşağı-yuxarı V.Səmədoğlu da belə düşünür: “Nə qədər yazırsan yaz, nə qədər yaşayırsan yaşa, ömrün də, yaradıcılığın da yarımçıq qalacaq”.

İnsanın dostu ölüm, düşməni həyat sevgisidir. Bütün ömrü boyu dost və düşmən mübarizə aparır.

İnsan dostunu, dost, (ölüm) düşmənini düşmən (həyat sevgisi) kimi qiymətləndirə bilməyəndə heyfsilənir.

Bir də var “zırıltı məsələ”, dostu dost, düşməni düşmən kimi qarşılaya bilmək. Nəcib Fazil Qısakürək kimi...

Ölüm, ölene bayram, bayrama sevinmek var.

Oh ne güzel, bayramda tahta ata binmek var!

V.Səmədoğlunun xəstə olduğuna nə qədər çox kədərlənirəmsə, onun əla şeirləri yadıma düşəndə min qat daha çox sevinirəm. Yadıma düşəndə ki, onun yastığının yanında “Mən bilirəm ki, dünyada sənin ən böyük həqiqətin poeziyadır, bəlkə də o sənin sürdüyün həyatın özündən də həqiqidir” - deyən Nüşabə xanım var, onda şairin ağrıları elə də eynimə gəlmir.

S.Yesenin bir şeirində yazırdı ki:

O, adi bir fəhlənin oğlu idi, deməli,

Onun hekayəti də çox uzun olmayacaq.

Vəkilovun bu mənada da hekayəti uzundur və 75 ildir ki, bu hekayət davam edir.

Mənə elə gəlir ki, V.Səmədoğlu ən böyük arzusuna çata bilmədi: O, ömrü boyu tək oldu, ancaq tək qala bilmədi. Görünür, doğrusunu Allah bilir: Nə yaxşı ki, elə belə oldu… Onu sevən dövlət, xalq və əzizləri, bizlər onunlayıq...

Səmədoğlu həm də daim təzə, maraqlı danışa bilən adamdır (qızlara “padxod”undan müdrik aforizmlərinə qədər). Ona görə də heç kəs onun əbədi susmasını istəmir…

Vaqif müəllim, sağalın, yenə sizi yanımızda görək, dava-dərmanı çox da yaxın buraxmayın, Allah böyükdür, doktorsa… Doktor demişkən, yazını qardaşınızın “İncə dərəsində yaz çağı” hekayəsində belə bir zarafatlı xəstə gileyi ilə bitirirəm: “Feldşerin başı batsın. Nə mal-qaraya yarayır, nə camaata”.

# 4724 dəfə oxunub

Oxşar xəbərlər

Günahı başqalarında axtarmaq ehtiyacı...  - Mətanət Vahid

Günahı başqalarında axtarmaq ehtiyacı... - Mətanət Vahid

14:15 30 yanvar 2026
"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

10:00 30 yanvar 2026
"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" -  Virciniya Vulf  niyə intiharı seçmişdi?

"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" - Virciniya Vulf niyə intiharı seçmişdi?

15:00 25 yanvar 2026
Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian

Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian

16:45 22 yanvar 2026
SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

18:21 21 yanvar 2026
Ədəbsiz, aşağı səviyyəli əyləncə - Corc Oruellin Tolstoya sərt cavabı

Ədəbsiz, aşağı səviyyəli əyləncə - Corc Oruellin Tolstoya sərt cavabı

11:00 21 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər