Sənə çox həsrətəm...

Sənə çox həsrətəm...
5 iyun 2015
# 09:34

Kulis gənc şairə Günel Treunun yeni şeirlərini təqdim edir.

qırmızı şərab

mən qırmızı şərabı dodağından içərdim,

evimizdən yığışıb, ürəyinə köçərdim.

saçının teli üçün bir ömürdən keçərdim

amma sən heç bilmədin sevgi nədi, eşq nədi

varlığım varlığına susuz qalıb, təşnədi.

həzin səsin dünyanın ən möhtəşəm bəstəsi,

gözlərinlə sağalar milyon ilin xəstəsi

gəl, yenə əllərində nərgiz gülü dəstəsi

aç könlümü,

orada özünü gör, əzizim,

orda ancaq sən varsan, mənim qalmayıb izim.

sən qoxlayıb, öpürdün saçlarımın tağını,

əridib, yox edirdin ürəyimin yağını.

sən başının üstündə uçan ağ qağayını

əllərinlə yemlərdin,

sənə heyran olmuşdum

üşüyüb, uşaq kimi sinənə sığınmışdım.

xəyalımda böyüyür, qıvırcıq saçlı qızım,

ona adlar qoyuram,

gah yoncam, gah nərgizim.

qoxunu ürəyimə çəkəcəyəm, əzizim

niyə qorxdun sevgimdən, nə günahdı, nə ayıb

gəl, sənə çox həsrətəm, dodaqlarım catlayıb...

qorxma...

qorxma ,

ayrılıqlar

dünyanın sonu deyil

bir az yıxılacağsan

sadəcə,

dizlərin ağrıyacaq

ürəyin kimi!

xəyallarında qurduğun dünya

ucub dağılacaq

gözlərin önündə.

ən ağır zəlzələ misalı

titrəyəcək həyatın,

yer yerindən oynayacaq sanki.

qorxma,

ölüm deyil ki!

arzulardan hördüyün

divarların naxışı,

xəyalında doğulan

irigözlü körpənin

məsum baxan baxışı

uzaqlarda qalacaq,

çox uzaqlarda!

qalxacaqsan ayağa

bir az başın dönəcək,

bir az sızlayacaq ürəyin.

qəlbindəki dəniz bildiyin eşq

gözlərindən süzülüb,

damla-damla tükənəcək!

və bir gün

qəlbin susayacaq

yeni sevgi üçün.

unudacaqsan dünəni

unudacaqsan...

# 3011 dəfə oxunub

Oxşar xəbərlər

"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

16:00 19 mart 2026
"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

15:00 18 mart 2026
"Mən səni sevirəm azadlıq qədər..."  - Südabə Ağabalayeva

"Mən səni sevirəm azadlıq qədər..." - Südabə Ağabalayeva

10:00 18 mart 2026
Vegetarian olmaq faciədirmi?

Vegetarian olmaq faciədirmi?

16:00 13 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

17:00 10 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər