Sevinc Fədai üçün

Sevinc Fədai üçün
22 may 2015
# 10:44

Yanıq yerlərindən Sevincə məktub...

bu, yanğın yerlərindən yazdığım

bilmirəm neçənci məktubdur...

...o qədər ünvanına çatmayan

məktublar yazmışam ki...

sonra o məktublar da yanıb...

mən də içimdən yanmışam,

məktublar da ucundan yanıb...

məktublar ucundan yanır Sevinc,

o yanğın da bir məktubdu ölümə.

o məktub da...

sizi qucaqlamağa qollarım yanıb,

əllərim elə yanıb ki,

ağzıma təpə bilmirəm...

o yanğında mən lap yanınızdaydım,

arxa otaqların birində,

çıtır-çıtır yanırdım.

yanğın ürəyimdən vurmuşdu,

könlüm cızzz eliyidri.

sizə alovların içindən baxırdım...

məni heç kim görmədi,

necə yandım, bilmədi.

indi o bina boşdu,

bircə mən qalmışam

gözdən iraqda,

hələ də yanıram...

bilirsən...necə yanıram.

əslində...çoxdan yanıram,

lap çoxdan...

hansı yanğını deyim...qadam.

Xocalıdan,

Laçından,

və... alovları səngiməyən ocaqlardan,

intiharda yanıb, yandıran qazilərdən.

bilirsən...sabahlarımız necə yanıq qoxuyur.

və...bütün yanğınlarda

əksim qalıb ölənlərin gözlərində.

uşaqların,

qazilərin...

və...hamının içindəki yanğında

çızdağım çıxır,

sonra hamı yanır içimdə.

içimdə bir ölmüş vətən yanır hələ,

ölən də,

yanan da, itən də yanır hələ.

bütün yanğınların alovudu

qollarım, əllərim, ürəyim.

ona görə sizi quca bilmirəm,

sizi qucsam...elə yanarsınız...

taaa nə deyim.

heç kəndimizdə Mosugilin

evi yananda da

məni ordan çıxardammadılar...

çox yanğınların içindəyəm, biləsiniz.

biləsiniz ki, hər yerdə yanğın var,

hər yanğında mən varam,

və ucundan yanan məktublar yazıram.

Sevinc...ay Sevinc,

yenə də yaz gələcək,

akasiyalar çiçəkləyəcək,

Ucal da böyüyəcək.

sən Allah...sən də Ucala demərsən

yanğında qaldığımı...

məni yanğından çıxartmaq istəyəcək.

# 2178 dəfə oxunub

Oxşar xəbərlər

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

16:00 13 oktyabr 2026
"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

15:00 12 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

16:00 10 oktyabr 2026
Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər