Süni intellekt 600 illik əlyazmanın sirrini açdı

Süni intellekt 600 illik əlyazmanın sirrini açdı
11 yanvar 2024
# 13:07

“Voyniç” əsrlər boyu sirri açıla bilməyən bir kitabdır. Artıq süni intellekt sayəsində bu kitabı oxumaq mümkündür. Dünyanın ən sirli kitabı hesab edilən “Voyniç” əlyazması qəribə diaqram və təsvirlərlə müşayiət olunan mürəkkəb, naməlum dildə yazılmış 240 səhifəlik sirli mətndən ibarətdir. Bu əlyazma 1912-ci ildə Vilfrid Voyniç adlı polşalı kitab satıcısı tərəfindən tapılıb və kitabın adı məhz bu şəxsin adıyla bağlıdır. Ona qədər isə kitab kimyagərlərə və imperatorlara məxsus olub. O vaxtdan bəri bir çox kriptoqraflar, kodlayıcılar və dilçilər “Voyniç” əlyazmasının sirlərini kəşf etməyə çalışıblar. Lakin onun səhifələrindəki sirli kodların, qəribə bitkilərin və simvolların mənalarını bilmək mümkün olmayıb.
Kanadalı alimlər tərəfindən hazırlanmış süni intellekt bu kitabın 600 illik sirrini həll etməyi bacarıb.

Kulis.az xəbər verir ki, Alberta Universitetinin tədqiqatçıları bu qəribə kitabın sözlərinin arxasındakı gizli və şifrəli dili başa düşülən etmək üçün alqoritmik transkripsiya adlı texnikadan yararlanıblar və əlyazmanın hissələrini tərcümə edə biliblər.

Müqayisəli dilçilik üzrə ekspert Qreq Kondrakın sözlərinə görə, sözlərin 80 faizindən çoxu ivrit lüğətlərindəndir: “Amma biz bilmirdik ki, bu sözləri bir araya gətirəndə hansısa məna kəsb edə bilər...”

Süni intellektə görə, “Voyniç”in ilk cümləsi belədir: “O, kahinlərə, evin adamına, mənə və insanlara məsləhət verdi”.

Araşdırma Hesablama Dilçilik Assosiasiyasının “Transactions” jurnalında yayımlanıb. "Publika.az"

# 1718 dəfə oxunub

Oxşar xəbərlər

Geriyə proyeksiya poetikası – Cavanşir Yusifli

Geriyə proyeksiya poetikası – Cavanşir Yusifli

18:31 6 aprel 2026
Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

15:00 5 aprel 2026
"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

12:00 5 aprel 2026
Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

14:30 2 aprel 2026
Qadın yazıçılarımız bu mövzulardan yazmalıdır!

Qadın yazıçılarımız bu mövzulardan yazmalıdır!

14:15 2 aprel 2026
Unudulmuş Nobel mükafatçısı - Onun yaradıcılığı hansı kriteriya üzrə qiymətləndirilmişdi?

Unudulmuş Nobel mükafatçısı - Onun yaradıcılığı hansı kriteriya üzrə qiymətləndirilmişdi?

14:00 2 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər