Sizin o dəryada nə işiniz var idi, Varis cənabları?

Sizin o dəryada nə işiniz var idi, Varis cənabları?
6 iyul 2024
# 14:11

Kulis.az Emil Rasimoğlunun Varisin "7 iyunun yazısı" haqqında yazdığı yazını təqdim edir.

İndilərdə yazıçı Varisin belə demək mümkündüsə, bir sicilləmə yazısını oxudum. Yazını "İntihar dastanı” da adlandırmaq olar. "İntihar” edən isə bircə şəxsdir — Varis!

Məqsədim o qarışıq, rabitəsiz, pərakəndə yazının büsbütün mahiyyətindən söz açmaq yox, xüsusən bir məqamındakı nüanslara toxunmaqdır.

Demək, yazının bir hissəsində Varis qeyd edir:

"Çağdaş ədəbiyyatımızın klassikası deyiləndə ilk əvvəl həm poeziyada, həm prozada dörd ad yada düşür. Poeziyada bu dörd ad Ramiz Rövşən, Nəriman Həsənzadə, Vahid Əziz və Sabir Rüstəmxanlıdır. Prozada isə bu dörd ad Anar, Elçin, Kamal Abdulla və...

Əkrəm Əylisli aldandı, yolundan sapındı, bir səhv buraxıb xalqın sevimli yazıçısından "Daş yuxular”ı yazan Əkrəmə çevrildi, sonradan da bunun altını çəkməyə məcbur oldu.”

Əvvəla, onu deyim ki, adamın poeziya adına vurğuladığı dörd imzanın üçünün (Nəriman Həsənzadə, Vahid Əziz, Sabir Rüstəmxanlı) ciddi ədəbiyyata, sənətə, fundamental yaradıcılığa heç bir aidiyyatı yoxdur. Əgər varsa, buyursun Varis bəy hər imzadan çox yox, ədəbi hadisəyə çevrilən, müəllifin özünəməxsusluğunu, eləcə də sənəti ehtiva edən bir mətn təqdim etsin. Hər imzadan bir mətn! Burası belə!..

Hələ sonrakı bölgülərdəki natamamlıq öz yerində...

Gəlim məsələnin digər hissəsinə... O hissəsinə ki, Vahid Əzizi ədəbiyyat adına təqdim edən Varis (təfəkkürü!) Əkrəm Əylisliyə "haqq tərəzisi” qurmağa cəhd edir. Qurmur haa, cəhd edir!

Varis bilməlidir ki, (gərək biləydi ki!) sənət, sənətkarlıq anlayışlarının meyarı xalqın sevimlisi olub — olmamaq deyil, yaradıcılıq mexanizminin, ədəbi təfəkkürün spesifik xüsusiyyətləridir...

Varis bilməlidir ki, (gərək biləydi ki!) Əkrəm Əylislilər yol yaradar, yol azmaz! Necə ki, Əkrəm Əylisli yolundan sapmadı, sadəcə "dişli ideologiyalar”ın üst qatında dayanan idrakına, fövqəl enerjisinə, ümumbəşəri təfəkkürünə, sənətkar xislətinə, missiyasına, sənətin "İlahi gen”inə sadiq oldu! Bu bir başqa İLAHİ NƏSNƏdi, bir başqa sərhədsiz əbədiyyətdir...

Varis bilməlidir ki, (gərək biləydi ki!) Sabir Rüstəmxanlıları ədəbiyyat adı altında təqdim edənlərin Əkrəm Əylislilərin dəryasından "diri çıxmaq” haqqı yox, olsa-olsa o dəryada "boğulmaq” haqqı olar. Necə ki, qələminin ucunda Varisin özü "boğuldu”!..

... Sizin o dəryada nə işiniz var idi, Varis cənabları?

# 2144 dəfə oxunub

Oxşar xəbərlər

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..."  - Novruz bayramı ədəbiyyatda

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..." - Novruz bayramı ədəbiyyatda

12:00 21 mart 2026
"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

16:00 19 mart 2026
"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

15:00 18 mart 2026
"Mən səni sevirəm azadlıq qədər..."  - Südabə Ağabalayeva

"Mən səni sevirəm azadlıq qədər..." - Südabə Ağabalayeva

10:00 18 mart 2026
Vegetarian olmaq faciədirmi?

Vegetarian olmaq faciədirmi?

16:00 13 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər