Musiqiçilərin, ədəbiyyatçıların biabırçı vəziyyəti... - 2006-cı ildən bəri qiymətlər niyə qalxmır?

Musiqiçilərin, ədəbiyyatçıların biabırçı vəziyyəti... - 2006-cı ildən bəri qiymətlər niyə qalxmır?
22 iyul 2024
# 17:27

“Ölkədə musiqi və ədəbi əsərlərin qiymətləndirilməsi cədvəli mövcuddur. Ancaq 20 ilə yaxındır ki, o cədvəldə dəyişiklik yoxdur. Bu, siyasi, iqtisadi yox, bədii hadisədir, az qala. Amma qəribədir ki, heç kim bu faktla maraqlanmır…”

Bu sözləri “Kulis”in ədəbi əsərlərin qiymətləriylə bağlı suallarını cavablandıran bəstəkar Firudin Allahverdi deyib.

Onun sözlərinə görə, qiymətlər cədvəli 2006-da tərtib edilib və 18 ildir ki, dəyişiklik edilməyib:

“Qiymətlər qalxmaqda ikən mən də bunu yada salım. Az qala, 20 ilə yaxındır qalxmayan yeganə qiymətlər ədəbi və musiqi əsərlərinin qiymətidir. Ölkəmizdə ən dəyərsiz hesab olunan bunlardır. Musiqi və ədəbi nümunələr. 2006-cı ildən bəri qiymətlər niyə qalxmır? Çox maraqlı sualdır. Nəinki qalxmır, hətta bir dəfə Mədəniyyət Nazirliyinin işçisi bu qiymət cədvəli barədə mənə "orada yazılan verilə biləcək maksimumdur" demişdi. Sonra gedib evdə baxıram ki, "minimum" yazılıb. Yəni burada belə dövlət işçisi məni aldatmağa çalışırdı. Şükür, ağlım başımda oldu, onlar deyənə aldanmadım…”

Bəstəkarın sözlıərinə görə, Azərbaycanda incəsənətin inkişafına görünməz əllər mane olur:

“Nəsə, görəsən, niyə musiqi və ədəbi əsərlərin qiymətini qaldırmırlar? Bir variantım budur ki, musiqiçilər və ədəbiyyatçılar o dərəcədə biabırçı vəziyyətdədir ki, Nazirlər Kabineti düşünür, onlara bu da çoxdur… Başqa bir variantı isə… yəqin, kimlərsə qəsdən 20 ilə yaxındır ki, Azərbaycanda incəsənətin inkişafına mane olur.

Yəni ölkədə, tutaq ki, benzin kimi, un kimi, musiqi və ədəbi əsərlərin də qiyməti tənzimlənir. Ancaq bu qiymətlər 18 ildir dəyişmir.

Qeyd edək ki, Kulis.az bəstəkarın iddiası ilə əlaqədar Azərbaycan Mədəniyyət nazirliyinin mətbuat xidmətinə sorğu göndərib.

# 2865 dəfə oxunub

Oxşar xəbərlər

Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı - Günah yalnız bir nəfərin boynundadırmı?

Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı - Günah yalnız bir nəfərin boynundadırmı?

10:00 7 iyun 2026
"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

10:00 7 iyun 2026
Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

12:00 6 iyun 2026
"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

14:50 3 iyun 2026
Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

17:05 2 iyun 2026
Seymur Baycanın və Günel Mövludun yerinə utanıram

Seymur Baycanın və Günel Mövludun yerinə utanıram

13:00 2 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər