“Gilavar Fotoqrafiya Məktəbi” layihəsinə yekun vurulub

“Gilavar Fotoqrafiya Məktəbi” layihəsinə yekun vurulub
1 dekabr 2025
# 17:14

Bakı Gənclər Mərkəzində “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən həyata keçirilən “Gilavar Fotoqrafiya Məktəbi” fotoqrafiya kursu layihəsinin bağlanış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, layihə Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində təşkil olunub.

“PeşəkarSƏN” maarifləndirmə proqramının tərkib hissəsi olan fotoqrafiya məktəbinin əsas məqsədi foto sənətinə maraq göstərən gənclərin və tələbələrin bu sahədə bilik və bacarıqlarını artırmaq, onların fotoaparatdan düzgün istifadə, kompozisiya qurmaq, işıqla işləmək və professional yanaşma formalaşdırmaq kimi əsas fotoqrafiya vərdişlərini mənimsəməsinə şərait yaratmaqdan ibarətdir. Eyni zamanda layihə, fotoqrafiya sənətinin nəzəri əsaslarının öyrədilməsi, praktiki çəkiliş bacarıqlarının inkişaf etdirilməsi və gənclərin peşəkar foto mühitinə inteqrasiyasının dəstəklənməsini hədəfləyib.

“Gilavar Foto Klubu” İctimai Birliyinin sədri Rəşad Mehdiyev çıxışında bildirib ki, bu gün klubun 8 illik fəaliyyəti qeyd olunur. Klub 2017-ci il dekabrın 1-də yaradılıb: “Məqsədimiz gənc fotoqraflara və bu sahəyə maraq göstərən insanlara fotoqrafiyanın əsas prinsiplərini öyrətmək, fotoqrafiyadan düzgün istifadə vərdişlərini formalaşdırmaq və onları peşəkar fotoqraf kimi yetişdirməkdir”.

“Gilavar Foto Klubu” İctimai Birliyinin sədr müavini, layihə rəhbəri, tanınmış fotoqraf Dilavər Nəcəfovun sözlərinə görə, layihəyə start verilən zaman 150-yə yaxın müraciət daxil olub, seçim mərhələsindən sonra 50 tələbə kursa cəlb edilib. Onların arasından 33 nəfər təlim proqramını tam başa vuraraq sertifikatlarla təltif olunub. Ödənişsiz təşkil olunan təlim kursunda əsasən fotoqrafiyaya maraq göstərən və sosial durumu aşağı olan 16-30 yaş aralığında gənclərə, peşə və ali məktəblərdə təhsil alan tələbələrə üstünlük verilib.

Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova belə layihələrin uşaqların və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların hərtərəfli inkişafı və ölkəmizin gələcək intellektual-mədəni mühitinin formalaşmasında xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, Elm və Təhsil Nazirliyi məhz bu məqsədlə yaradıcı uşaqları və gəncləri bir araya gətirən müxtəlif layihə, proqram və müsabiqələr həyata keçirir və bu təşəbbüslər davamlı xarakter daşıyır.

Təlimlər ölkənin peşəkar fotoqrafları Rauf Umudov və Tofiq Babayev tərəfindən öncədən hazırlanmış proqram əsasında və tədris sisteminə uyğun həyata keçirilib.

Kurs müddətində iştirakçılara fotoqrafiyanın sirləri, kompozisiya və işıqlandırma, müxtəlif foto janrları, çəkiliş metodları, texniki parametrlər və kamera ilə işləmə qaydaları əhatəli şəkildə izah edilib. Bununla yanaşı, tələbələr üçün real çəkiliş prosesi üzərində qurulan praktiki dərslər, eləcə də peşəkar fotoqraflarla ustad dərsləri təşkil olunub. Təlim prosesinin mühüm mərhələlərindən biri də foto emalı üzrə dərslər olub. İştirakçılar fotoredaktor proqramlarında rəng korreksiyası, retuş, kadr seçimi, kompozisiya düzəlişləri və peşəkar post-proses işinin əsaslarını öyrəniblər.

Layihə çərçivəsində gənclərin inkişafı məqsədilə beynəlxalq platformalarla əməkdaşlıq imkanları yaradılıb. Kursun bir çox tələbəsi müxtəlif beynəlxalq fotomüsabiqələrdə iştirak edərək yüksək nəticələr göstərib, mükafatlar və sertifikatlar əldə ediblər.

Sonda beş aylıq fotoqrafiya kursunu uğurla başa vuran məzunlara “Gilavar Foto Klubu” İctimai Birliyin tərəfindən sertifikatlar təqdim olunub.

Qeyd edək ki, tədbir çərçivəsində kurs iştirakçılarının çəkdiyi fotolardan ibarət sərgi də açılıb.

# 70 dəfə oxunub

Oxşar xəbərlər

"Aşıq Metyu":  Yarpaq xəngəlini, Azərbaycan paxlavasını çox sevirəm - MÜSAHİBƏ

"Aşıq Metyu": Yarpaq xəngəlini, Azərbaycan paxlavasını çox sevirəm - MÜSAHİBƏ

17:52 1 dekabr 2025
Məşhur aktyor reanimasiyaya yerləşdirildi

Məşhur aktyor reanimasiyaya yerləşdirildi

17:16 1 dekabr 2025
Alman ədəbiyyatının son nəhəngi - Krista Volfun əsərləri bu gün niyə aktualdır?

Alman ədəbiyyatının son nəhəngi - Krista Volfun əsərləri bu gün niyə aktualdır?

17:14 1 dekabr 2025
Cavid ideallarının işığı və Vahabzadə ruhunun cəsarəti - Hüseyn Cavidin ev-muzeyində

Cavid ideallarının işığı və Vahabzadə ruhunun cəsarəti - Hüseyn Cavidin ev-muzeyində

15:05 1 dekabr 2025
Qafqaz dağlarında qayaya zəncirlənmiş Prometeyi kim azad etmişdi? - Koroğlu və Heraklın oxşarlıqları

Qafqaz dağlarında qayaya zəncirlənmiş Prometeyi kim azad etmişdi? - Koroğlu və Heraklın oxşarlıqları

15:00 1 dekabr 2025
Rubensin "İsa çarmıxda" tablosu hərracda 2,3 milyon avroya  satıldı

Rubensin "İsa çarmıxda" tablosu hərracda 2,3 milyon avroya satıldı

15:00 1 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər