"Bəxtiyar Vahabzadənin şeirləri ədəbiyyatdan uzaqdır" - Emil Rasimoğlu

"Bəxtiyar Vahabzadənin şeirləri ədəbiyyatdan uzaqdır" - Emil Rasimoğlu
11 iyul 2024
# 21:00

Kulis.az Emil Rasimoğlunun yeni yazısını təqdim edir.

Uzun illərdi ki, Vətən anlayışı bütün sahələrdə (xüsusən də ədəbi-mədəni sahələrdə), belə demək mümkünsə, yanlış olaraq “tərəzi” rolunu oynayır. Hələ bu yöndə müxtəlif natamam ifadələr də yaranıb: “vətənpərvər şair”, “vətənpərvər yazıçı” və s...

Hansı ki, şairin, yazıçının, bəstəkarın, rəssamın... (hər hansısa bir yaradıcı fərdin!) vətənpərvər olub-olmamasının (və ya necə vətənpərvər olmasının) onun ədəbi, kreativ təfəkkürü, yaradıcılıq manerası ilə heç bir əlaqəsi yoxdur...

Vətənpərvərlik yaradıcı potensialın keyfiyyət ölçüsü deyil ki...

Fikirlərimi bir az da konkretləşdirim.

Məsələn, Bəxtiyar Vahabzadənin müəyyən dövrlərdə şəxs olaraq vətənpərvər olmasının, bir milli hərakatda müəyyən xidmətlər göstərməsinin və s... bu kimi onun adına bağlı (amma sənətə aid olmayan!) amillərin onun ortada olan ədəbi potensialına nə aidiyyatı? Niyə onun yaradıcılığının necəliyi qeyd etdiyim dəxlisiz amillərlə şərh olunmalıdır ki?.. Niyə məhz əksər dəyərləndirmələr o prizmadan aparılmalıdır? Məgər, bu hal sənət üçün yanlış deyilmi? Əlbəttə, yanlışdır.

Sənətin meyarları tamam bir ayrı spesifik amillərdi...

(Haşiyə: Hələ sənətkarlıq laboratoriyası vətənpərvərlik psixologiyasından daha üst qatda dayanır ki... Məhz sən bir yaradıcı şəxs olaraq idrakın və fövqəl enerjinin birgə vəhdəti ilə “yetişib” o qata (sənətkarlıq laboratoriyasına) çatmalısan. Bu da öz yerində.)

Sözə davam... Götürək, az öncə adını çəkdiyim Bəxtiyar Vahabzadənin yaradıcılığını. Adamın şair olaraq (bir daha təkrar edirəm, şair olaraq!) ədəbi potensialı, yazdıqlarının bədii tərkibi son dərəcədə məhdud, kütləvi olub... (Təbii ki, kütləvilik də ciddi ədəbiyyatdan tamam uzaqdır). Amma demək olar ki, əksəriyyət həmin o məhdudluğun, o kütləviliyin fərqində deyil... və ya fərqində olmaq istəmir. Ədəbi dəyərləndirmələr yuxarıda qeyd etdiyim dəxlisiz amillərlə aparılır.

Yekunda isə bu kimi hallarda məğlubiyyəti sənət yaşayır...

# 14784 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

10:38 16 oktyabr 2026
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

10:36 16 oktyabr 2026
Şekspirin bağındakı ağacdan düzəldilmiş sirli masa 90 yaşlı qadının evindən tapıldı

Şekspirin bağındakı ağacdan düzəldilmiş sirli masa 90 yaşlı qadının evindən tapıldı

10:16 16 oktyabr 2026
Paris Operasının tavanı üstündə məhkəmə qalmaqalı: Mark Şaqal, yoxsa Lenepvö?

Paris Operasının tavanı üstündə məhkəmə qalmaqalı: Mark Şaqal, yoxsa Lenepvö?

18:40 15 oktyabr 2026
Britaniya Muzeyində növbəti qalmaqal:  Tsin sülaləsinə aid nadir çini qablar sındırıldı

Britaniya Muzeyində növbəti qalmaqal: Tsin sülaləsinə aid nadir çini qablar sındırıldı

18:00 15 oktyabr 2026
Süni intellekt, söz azadlığı... - Beynəlxalq Frankfurt Kitab Sərgisində nələr müzakirə olundu?

Süni intellekt, söz azadlığı... - Beynəlxalq Frankfurt Kitab Sərgisində nələr müzakirə olundu?

17:00 15 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər