Plagiat onun ruhuna hopub – Gənc yazıçını sərt tənqid etdilər

Plagiat onun ruhuna hopub – Gənc yazıçını sərt tənqid etdilər
27 fevral 2020
# 11:44

Kulis.az Müşfiq Şükürlünün gənc yazıçı Cavid Zeynallının yeni yayımlanan və oxucular arasında maraq doğuran “Tarix müəlliminin kədəri” hekayəsi haqda yazdığı tənqidi yazını təqdim edir.

Bir də gördün Rəşad Məcid status yazdı. Bütün uğursuz adamlar da ardınca. Onlar Cavid Zeynallı nəsrinin xariqüladə abidəsi önündə baş əyirlər. Hədəqəsindən çıxan iri, şaşqın gözlərlə Cavidə baxırlar...

Cavid neynir bəs? Master yazıçı ədası ilə masteri-xumar olur. Tərifdən başı dumanlanır. Amma hiss edirəm ki, Cavid özü də görür. Nəsə bir çatışmazlıq, sünilik, əskiklik var deyir. Öz-özünə soruşur: “Nəyi bəyənirlər, axı?”

Qısaca söyləyim: köhnə Azərbaycan yazıçılarını təqlid etməyini.

Rəşad müəllim deyir: “Cavidin son hekayəsi məni hayıl-mayıl elədi”.

Amma duya bilmir ki, onu ram edən Cavidin hekayəsi deyil. Qətiyyən! Mövludun, Əkrəmin nəsridir. Klassiklərimizdən aldığı zövqü unuda bilmir Rəşad Məcid. Niyə? Çünki alternativ mətn yoxdur hələ ki. O da məcburdur axı, nədənsə zövq alsın. Təzə mətnlər oxumalıdır. Ədəbiyyat adamıdır. Baxma... Amma tapa bilmir. “Olanımız Caviddir” deyib bir Gənclər Katibi kimi sinəsinə döyür.

Bəli, Cavid təzə hekayə yazıb. Adından göründüyü kimi hekayədir: “Tarix müəlliminin kədəri”. Bəs, nədir təzəlik burda? Odur ki, Cavid oğurladığı adamların sayını artırıb. Hərdən Kamal Abdullanın cümlələrindən də çırpışdırır indi. Təzə adət, köhnə kənd!

Dost-tanışları Cavidin hekayəsini yaman təriflədilər. Elə təriflədilər ki, dedim, Cavid dağıdıb. Ədəbiyyatı alt-üst edib. Yeni ixtirasını öyrənmək arzusu ilə “Cavidin möcüzələr aləmi”nə qədəm basdım. Gördüm, nə ixtira?! Nə möcüzə?! Qığlı-peyinli dünya imiş. Köhnə hamam-köhnə tas. Caviddi ki, Cavid!

Cavid müəllim! Çağdaş nəsrimizlə bağlı yazımda bu haqda demişdim, axı. İzah eləmişdim ki, belə yazmaq olmaz. Sənə yaramaz! Bu qulağından alıb, o qulağından verirsən.

Ay müəllim, kənd nəsri çoxdan bitib. Kənddən yazırsansa, gərək elə yazasan, sovet nəsrinin kənd havası yox, müasir Azərbaycan yazıçısının davası hiss oluna. Yazıçı dava adamıdır. Niyə, axı, biz qoyun qığı iyləməliyik? Axı, bu intonasiya və bu təfəkkür çoxdan ölüb. İndi kimə lazımdır kənddən o cür bədii lövhələr? Kimə lazımdır yeni qədirlər, yeni kazımlar, yeni yel əhmədlər? Yox, yox. Yeni olsaydılar nə vardı ki?

Görünür, Cavid sovet dövrü kitablarını çox oxuyur. Oxusun. Oxumaq yaxşıdır. Amma bu qədər təsirə düşmək necə?

Açığı, mən onun mətnlərində onun özünü görə bilmirəm. Bu onun nəsridir, yoxsa başqalarının? Onun varlığına dair, sadəcə, bir işıq öləziyir mətndə.

Cavid Zeynallının “Tarix müəlliminin kədəri” hekayəsi yeni ədəbi zövqü və mütaliəsi olanları çaşdırmamalıdır. Onun hekayələrində plagiat birbaşa mətnin bədii atmosferinə sirayət edir. Cavid bizim ustad yazıçılarımızdan olmasa da, ustad təqlidçilərimizdəndir.

Ümumi götürsək, məncə, çağdaş nəsrimizdə most duran yazıçılar çoxdur. Onlar elə sentimental, dramatik obrazlar yaradır, elə gərilirlər ki, elə bil, most dururlar. Mən onları “Nəsrimizin most duranları” adlandırardım. Cavid bizim ən yaxşı most duran yazıçılarımızdan biridir.

“Tarix müəlliminin kədəri” hekayəsi bədii nəsrimizdə most durmağın ən parlaq nümunəsidir.

P.S. Hekayənin müzakirəsini davam etdirəcəyik.

# 6396 dəfə oxunub

Oxşar xəbərlər

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

17:00 10 mart 2026
Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

16:30 10 mart 2026
Çağdaş Güney Azərbaycan ədəbiyyatı: Dünəndən bu günə nə dəyişib?

Çağdaş Güney Azərbaycan ədəbiyyatı: Dünəndən bu günə nə dəyişib?

15:00 10 mart 2026
"Bilirsən nəyin məni bəxtiyar etdiyini..."  - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

"Bilirsən nəyin məni bəxtiyar etdiyini..." - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

12:00 10 mart 2026
Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

17:20 6 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər