Avropaya pendir ixrac edən kəndin romantikası

Avropaya pendir ixrac edən kəndin romantikası
16 iyun 2011
# 17:58
(Sənədli hekayə)

İşimlə əlaqədar olmaqla yolum kəndimizə düşmüşdü. Bakılı dostum da mənimlə getmişdi. Ata evimizdə Allah verəndən yedik, içdik, dincəldik, bir xeyli söhbət elədik. Camaatla hal-əhval olduq, toy-sünnət eşidib sevindik, dünyasını dəyişənləri eşidib kədərləndik. Dostum biz tərəflərlə qiyabi tanış idi, oralarda olmağı Allahdan arzulayırdı. İndi də əlinə fürsət düşmüşdü. Hiss edirdim ki, o, biz çay içən vaxtları da pəncərədən güzgü kimi görünən başı daim buludlu Şam-Düyə dağına boylanırdı.

- Gedək deyib onu çölə çıxartdım. O, oğlunun- balaca Ceyhunun əlindən tutub sevincək – “Hə bu lap yerinə düşdü”- deyib ayağa qalxdı.

Biz əvvəlcə uşaqlıq çağlarını keçirdiyim “Amanın qaşı”na çıxdıq. Buradan hər yer güzgü kimi görünürdü. Hər şeylə maraqlanan balaca Ceyhun sual verməkdən doymurdu. Mən elə tələbə vaxtlarından suala cavab verməkdən zəhləm gedirdi. Odur ki, Ceyhuna dedim:

- A bala, gəlin, gəzə-gəzə kəndimizindən hər şeyindən, tarixi yerlərindən, dünənindən, bu günündən bolluca təfsilatı ilə danışım, amma mənə sual verib çaşdırma. Kəndimizin bir günlük romantikasını danışacam. Mən bu romantikanı düz 55 ildir ki, beləcə görmüşəm.

- Oldu, əmican, buyurun!

...Payıza dönəndə kəndimiz daha gözəl görünür. Qız-gəlinlər əvəlik, kək-otu, itburnu, yarpız, heyva yarpağı, çoban yastığı, qılınc otu dərib qurudar, qışda da soyuq dəyəndə həmin çiçəklərin çayı xəstəyə şəfa verər. Tarla işləri qurtatıb, əl-ayaq çəkiləndən sonra elin toy-büsatı başlayır. Aşıq Haqverdi, xanəndə Zaman Nəğməkar, Fariz Qara oğlunun məlahətli səsi xalqı bu el-obaya, yurd-yuvaya, torpağa daha möhkəm bağlanmağa səsləyir.

1907-ci ildə əsası qoyulan bu yağ-pendir zavodunun bir gəlhagəli var idiki, gəl görəsən. Burda istehsal olunan “holland” növlü pendir Tbilisi, Moskva, hətta Avropa bir çox süfrələrinin bəzəyi idi. Kəndimiz son zamanlar ziyalılar kəndi adını qazanmışdır. Hər bir evdə 2-3 nəfər ali təhsilli mütəxəsis var idi. Populyar şairə, iki şeirlər kitabının müəllifi Şövkət Dağlarqızı, gənc şair Vəli Qaraçaylı da bu kəndin övladlarıdır.Qonaqlar yağ-pendir zavodunun yanından keçib “evləri üstü” ilə apardım. Buradan keçəndə evlərin ancaq arxa hissəsi görünürdü. Söhbət edə-edə “Sülüklü” gölün yanına gəldik. Bu göl 5-6 hektar sahəni əhatə edir. Bu göldə ən çox zəli olur. Balaca Ceyhun istədi ki soyunub gölə girsin, qoymadım. Bildirdim ki, bu göldə ümumiyyətlə çimmək olmaz. Niyəsi də odur ki, zəli o saat adamın ağız- burun-qulaq boşluğuna daxil olub insanı məhv edir. Hələ burda zəli tutarkən sürüşüb suya düşən Usuf Qurbanovu da misal çəkdim. Suyun üzərində o qədər Qarabattaq var ki, hesabsız. Orasın da qonaqlara məlum etdim ki, vaxt vardı ki, Gürcüstan Respublikasının bütün apteklərində satılan zəlilər məhz bu gölün zəliləri idi.

Maraq üçün onların bir neçəsini tutduq. Qonaqlar heç əllərini də vurmadılar. Onlara bildirdim ki, o, ancaq çox qaşınan və geyişən yerin xarab qanını sorub çıxarır. Tutduğumuz zəlinin birini onun barmaqları arasına qoyduq. Zəli bir xeyli qan sordu. Sonra mən çöldən quzuqulaq yemək üçün götürdüyüm duzdan zəlinin üstünə tökdüm. Zəli o saat sorduğu qanı geri qaytardı. Balaca Ceyhun buna mat-məəttəl qaldı.

Axşam geri qayıdanda kimsə Qaraçayda qarmaqla balıq tuturdu. Balaca Ceyhun özünü balıqçının yanına verdi. O, qızıl balığı əlinə götürüb o üz bu üzünə tamaşa edirdi: “Uy daaaa, mən bu balığı birinci dəfədir ki, görürəm”. Mən bu balıq haqda ancaq onu dedim ki, ay bala, bu balıq elə dərmandır ki, illərdir uşaq həsrətində olan analara uşaq bəxş edir.

- Ceyhun, deyəsən çox gəzib səni yorduq hə?

- Qaranlıq düşməmiş gəlin evə gedək, - deyə balaca Ceyhun doğrudan da yorulmuşdu. Bizə evə dönəndə günəş də Şam-Düyə dağının arxasında gecələməyə tələsirdi. Yaylaqlardan mal-qara döşləri südlə dolu yatmağa dönürdülər. Mal-qara, qoyun sağılır, buzov-quzu əmməyə buraxılır. Sonra yorğun dizlərini qatlayıb yatırlar və gövşəməyə başlayırlar. Ceyhun da gülərək: Atacan, anacan, bir ora baxın, mallar saqqız çeynəyirlər- deyəndə gülməkdən uğunduq”.

- Hə, dostum, ömrümün əlli beş baharını-qışını keçirdiyim kəndimizi beləcə görmüşəm. Beləcə görmüşəm kəndimizin sizə nəql elədiyim birgünlük romantikasını.

Sabah yenə səhər açılacaq, alatorandan quşlar civildəşəcək, kəndimizin yeni bir romantikası başlayacaq. Bilirəm ki, kəndimizin sabaha açılan romantikası bugünkü gündən daha mənalı, daha canlı, daha təmtəraqlı olacaq. Mən buna əminəm.
# 1141 dəfə oxunub

Oxşar xəbərlər

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
# # #