Bu gün Pamukun doğum günüdür

Bu gün Pamukun doğum günüdür
7 iyun 2011
# 14:52
Bu gün Nobelli Türk yazıçısı Orxan Pamumun doğum günüdür. Tam adı Fərid Orxan Pamuk olan yazar 7 İyun 1952-ci ildə İstanbulda anadan olub. O, 2006-cı ildə Nobel Mükafatını qazanaraq bu mükafatı alan ən gənc iki adamdan biri olub. Kitabları 58 dilə çevrilib və yüzdən çox ölkədə satışa çıxarılıb. 2005-ci ildə “Prospect” jurnalının tərtib etdiyi dünyanın 100 intellektualı, 2006-cı ildə isə TIME jurnalının seçdiyi ən təsirli 100 adamın siyahısına düşüb.

Dünyanın ilk 100 intellektualı siyahılarında 2005-ci ildə 54-cü, 2008-ci ildə isə 4-cü sırada yer alıb. O, həm də Time jurnalının 8 May 2006 tarixli sayında yayımlanan \\\"Time 100: Dünyamızı Formalaşdıran Şəxslər\\\" başlıqlı manşet yazısında təqdim olunan 100 adamdan biri olub.


Orxan Pamuk yazıçılığa 1974-cü ildə başlayıb. 1979-cu ildə ilk romanı olan \\\"Qaranlıq və İşıq\\\" ilə qatıldığı “Milliyyət Roman Yarışması”nda birinciliyi Mehmet Eroğlu ilə bölüşüb.

İkinci romanı olan “Səssiz Ev” 1984-cü ildə “Madaralı Roman Mükafatı”nın qalibi olub. Bu romanın Fransızca tərcüməsi də 1991-ci ildə “Prix də la Découverte Européenne” mükafatını əldə edib. 1985-ci ildə çap olunan tarixi romanı Ağ Qala ilə 1990-cı ildə ABŞ-da “Independent Award for Foreign Fiction” mükafatını qazanıb və xaricdə tanınmağa başlayıb.

Orxan Pamuk 2002-ci ildə çap olunan “Qar” romanı Türkiyənin etnik və siyasi məsələlərini əks etdirən siyasi roman olaraq tanınır. “Qar” romanı Amerikada 2004-cü ildə \\\"ilin ən yaxşı 10 kitabından biri\\\" olaraq göstərilib. İllər keçdikcə Orxan Pamukun Türkiyədən xaricindəki şöhrəti artmağa davam etdi. 1998-ci ildə çap olunan “Mənim Adım Qırmızı” 24 dilə çevrildi və 2003-cü ildə İrlandiyanın məşhur “International IMPAC Dublin Literary Award” mükafatını alıb.

2007-c ildə 60-cı “Kann” Film Festivalında münsif üzvü olub.
# 1730 dəfə oxunub

Oxşar xəbərlər

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

12:00 24 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
Sorğu:  Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

Sorğu: Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

11:15 20 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər