ADR və sonrakı tarixin canlı salnaməsi - İLK DƏFƏ

ADR və sonrakı tarixin canlı salnaməsi - İLK DƏFƏ
18 may 2011
# 15:16
“Qanun nəşrlər evi” Zakir Sadatlının Türkiyə türkcəsindən dilimizə uyğunlaşdırdığı, “Əziz Alpoud. Həyatımın hekayətləri” kitabını nəşr edib. Kitabın tərtibatçısı və ön sözün müəllifi də Zakir Sadatlıdır.

Kulis.az-ın Qanun.az-a istinadən yaydığı xəbərə görə bu kitabı XX əsrin tam yarısının Azərbaycan azadlıq hərəkatının canlı ensiklopediyası adlandırmaq olar.

Nəşriyyatın rəsmi təqdimatında kitabın məzmunu geniş izah edilir:

“Müəllif bu prosesdə şəxsən iştirak eləyib, həm də təkcə iştirak etməklə qalmayıb, hadisələrin yönləndirilməsi və şəkilləndirilməsində müəyyən rol oynayıb. Bu baxımdan da əsər çox canlı, cana yaxın, insanın qanını donduracaq səviyyədə təsirlidir. Kitab oxucuya o günləri canlı yaşamaq olur. Demokratik Respublikanın qurulması, XI Qırmızı ordunun ölkəmizi işğal etməsi, dəhşətli bolşevik zindanları, hazırlanan qiyamın beşikdəcə boğulması, Sibirə qədər aparan vahiməli yol, dövrün tanınmış şəxsləri ilə bu yolları birgə keçmək – oxucu kitab boyu hadisələrin içində olur, bəzən qəzəblənir, bəzən göz yaşı tökür, bəzən də eynən müəllif kimi sabaha qırılmaz ümidlə yaşayır.

Əziz Alpoudun (həqiqi adı Mirəbdüləziz Seyid) Sibir sürgünündən necə inanılmaz yolla qurtulması, ailə faciəsi, öz azadlığına doğru min kilometrlərlə velosipedlə getdiyi qanlı-başlı yollar, Adolf Hitlerə məktubu və aldığı cavab, Atatürklə dostluğu, Alparslan Türkeşlə əqidədaşlığı, Azərbaycanın dünya boyu səpələnmiş istiqlal mücahidləri ilə sıx əlaqəsi kitabda son dərəcə təsirli şəkildə təsvir edilməklə əsəri son dərəcə oxunaqlı edir.”

Xatırladaq ki, Zakir Sadatlının üzə çıxardıxı əlyazma ilk dəfədir ki, kitab şəklində nəşr olunur.
Hələlik 500 nüsxə çap olunan kitab 652 səhifədir. Qiyməti: 12 AZN-dir.



Günel ƏSGƏRZADƏ
# 2649 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər