Bu dünyaya qoyan olmaz, bir dəfə də gəlim... gedim...
1 noyabr 2012
08:15
Kulis.az “Seçmə şairlər- seçmə şeirlər” rubrikasını davam etdirir. Bu dəfə dünyadan vaxtsız getmiş şair Alim Məhərrəmlinin şeirlərini təqdim edirik.
"Gəl bizə"-deyirəm
Canda ruhum öldü yarım gedəli,
Yenə yar deyirəm bu yarı yaşda.
Nə ağlım könlümdən silə bilmədi,
Nə ki gözümdən, eh, yarı yaş da.
Mənim canımdakın bilib, oturdu,
Məni ötüb-keçib, gülüb oturdu,
Yar gedən yollarda gəlib oturdu,
Ayrılıq həmişə yuxarı başda.
Alıb yada verdi yarı nədisə,
Deyəydi suçumu barı, nədisə,
Elə belə edib Tanrı nədisə,
Yalvarıb gəzmişəm ağ qarı qışda.
Görək neçə payız, neçə yaz qalır,
Dünyayla aramda vaxt lap az qalır,
Hələ də dilimdə bir avaz qalır,
"Gəl bizə" - deyirəm bu yır-yığışda.
Səs yiyəsi
Akif İslamzadəyə
Sənə, mənə oxşayan,
Bölük tənə oxşayan,
Eh... Vətənə oxşayan,
Bu səs kimindi, qardaş?
Yoxdu necə, niyəsi,
Sur səsidi, ney səsi...
Hardasan səs yiyəsi?
Gəl səsini yığ apar.
Bir simdi - qırılmayıb,
Səbirdi - daralmayıb,
Bəyazdı - qaralmayıb,
Bük bir ağa, ağ apar.
Göz yaşı tək diridi,
Bir də gördün əridi...
And-amanın yeridi,
Yığ gözünə, sağ apar.
Son nəğməli qu səsi,
Meh səsidi, su səsi...
Yeddi rəngli bu səsi,
Göy üzünə çıx, apar.
Göz önümdən ötməyən,
Bir yuxudu bitməyən,
Qulağımdan getməyən,
Bu səs kimindi, qardaş?
***
Bərkdən-boşdan çıxmadı,
Əzəl başdan çıxmadı,
Ruzum daşdan çıxmadı
Sözdən çıxarmı... ay-hay...
Yoxdu nə əl, nə ətək,
Qoy oturmuşuq görək.
Sözə baxmayan fələk,
Üzə baxarmı... ay-hay...
Axıb dolanan sular,
Neynər bu halnan sular?
Başdan bulanan sular,
Duru axarmı... ay-hay.
Göy üzü sirli boxça,
Bəndələr ha əl aça,
Yay günü ağca-ağca,
Ağ qar yağarmı... ay-hay.
Adamların hər biri,
Bir qəbirdi... bax... kiri...
Bir kəs dünyadan diri
Girib çıxarmı?... ay-hay...
Haray
Gözümü yollardan yığan tapılmır,
Elə bil dünyada yoxam min ildi.
Əllərim darıxır özümdən betər,
Təsəlli yeridi yaxam min ildi.
Bir adam tapmadım ağrımı bölsün,
Gözümün həsrətin yaş çəkə bilmir.
Mənim ürəyimin anası ölsün,
Şuşaya, Təbrizə baş çəkə bilmir.
Dönüb qayıdıram sondan əvvələ,
Yellənir içimdə bayraq yaddaşım.
Kərkükdə, Dərbənddə, Göyçə çölündə,
Ruhu itkin düşən mənəm, qardaşım.
Daha nə dərd gəlsə, eynimə gəlməz,
Hər cür ayrılığa dözən adamam.
İçimdə paslanıb bir qurd harayı,
Başı qoltuğunda gəzən adamam.
Vətən bölünəndə səbirli olan,
Dözən babalarla barışmır ürək.
Koroğlu nağılı ağlıma batmır,
Babək təsəllisi nəyimə gərək?
Ya ölüm, ya olum, donunda axır
Mənim qiyamətim gəlsin axır ki.
Bir oğul yoxdumu Vətənin qanın
Tanrının üzündən silsin axır ki?!
Gedim
Uçulursa, bax, ağ damın,
Gücü çatmaz qırx adamın.
Düyməsidi dərd yaxamın,
Aça bilmir əlim, gedim.
Üzüldüm yoxa varmaqdan,
Gözümlə yol suvarmaqdan,
Ayrılığa yalvarmaqdan,
Qabar oldu dilim... gedim.
Çəkdiyin min ahdan özgə,
Savabla günahdan özgə,
Kimim var Allahdan özgə,
Nəyim var ki, bölüm... gedim.
Yaş etsin töksün, qalmasın,
Torpağa çöksün qalmasın,
Sənin də əksin qalmasın,
Gözlərimi silim... gedim.
Çəkdiyimi sayan olmaz,
Ağca günü qıyan olmaz,
Bu dünyaya qoyan olmaz,
Bir dəfə də gəlim... gedim...
Durum çıxım
Qalım deyər ağlı-huşu,
Ölümdəykən qurtuluşu,
Gendən uçar şahlıq quşu,
Qəza enər qul başına.
Kimə açdın bax, əlini,
Çək, yaxana tax əlini.
Solun kəsir sağ əlini,
Bir çarə tap, qıl başına.
Təbriz gedib, Mərənd gedib,
İrəvanda min bənd gedib,
Dəmirqapı Dərbənd gedib,
Bir daş tapıb sal başına.
Bu zülmə, haşa, deyib,
Dərdim gəlir qoşa deyib,
Yadlardadı Şuşa, deyib,
Bu dünyanı al başına.
Ağam, paşam, bəyim qalıb,
Bir ağızlıq heyim qalıb,
Görüm kimim, nəyim qalıb,
Durum çıxım yol başına.
Tanrım
Tanrım,
Ya sən nabələdsən, ya da mən naşı,
Verdiyin ömür-gün bir əhləd daşı.
Köksümün üstünə əydiyim başı,
Əlimin əlindən dizimi qurtar.
Tanrım,
Güvəndim dağlara, yağdı, qar aldı,
Sim kimi içimdə dözüm qırıldı,
Demədim sinəmdə yandı, qaraldı,
Dilimin ucundan sözümü qurtar.
Tanrım,
Ölçümdə kəm gəldi yurd addım-addım,
Gör hansı qazanca mən nəyi satdım...
Bəsdi, yetər daha, günaha batdım,
Kül olan ruhumdan özümü qurtar.
Tanrım,
Ahımız kül oldu amanlar üstə,
Əzablar qol açır imanlar üstə,
Bu dünyan hərlənir yalanlar üstə,
Yolundan, izindən izimi qurtar.
Tanrım,
Nə bilim, necəsə al sök göyünü,
Əlimiz yetəndə gəl tik göyünü,
Səni görə bilim, ya çək göyünü,
Ya da ki, göyünü gözümdən qurtar.
"Gəl bizə"-deyirəm
Canda ruhum öldü yarım gedəli,
Yenə yar deyirəm bu yarı yaşda.
Nə ağlım könlümdən silə bilmədi,
Nə ki gözümdən, eh, yarı yaş da.
Mənim canımdakın bilib, oturdu,
Məni ötüb-keçib, gülüb oturdu,
Yar gedən yollarda gəlib oturdu,
Ayrılıq həmişə yuxarı başda.
Alıb yada verdi yarı nədisə,
Deyəydi suçumu barı, nədisə,
Elə belə edib Tanrı nədisə,
Yalvarıb gəzmişəm ağ qarı qışda.
Görək neçə payız, neçə yaz qalır,
Dünyayla aramda vaxt lap az qalır,
Hələ də dilimdə bir avaz qalır,
"Gəl bizə" - deyirəm bu yır-yığışda.
Səs yiyəsi
Akif İslamzadəyə
Sənə, mənə oxşayan,
Bölük tənə oxşayan,
Eh... Vətənə oxşayan,
Bu səs kimindi, qardaş?
Yoxdu necə, niyəsi,
Sur səsidi, ney səsi...
Hardasan səs yiyəsi?
Gəl səsini yığ apar.
Bir simdi - qırılmayıb,
Səbirdi - daralmayıb,
Bəyazdı - qaralmayıb,
Bük bir ağa, ağ apar.
Göz yaşı tək diridi,
Bir də gördün əridi...
And-amanın yeridi,
Yığ gözünə, sağ apar.
Son nəğməli qu səsi,
Meh səsidi, su səsi...
Yeddi rəngli bu səsi,
Göy üzünə çıx, apar.
Göz önümdən ötməyən,
Bir yuxudu bitməyən,
Qulağımdan getməyən,
Bu səs kimindi, qardaş?
***
Bərkdən-boşdan çıxmadı,
Əzəl başdan çıxmadı,
Ruzum daşdan çıxmadı
Sözdən çıxarmı... ay-hay...
Yoxdu nə əl, nə ətək,
Qoy oturmuşuq görək.
Sözə baxmayan fələk,
Üzə baxarmı... ay-hay...
Axıb dolanan sular,
Neynər bu halnan sular?
Başdan bulanan sular,
Duru axarmı... ay-hay.
Göy üzü sirli boxça,
Bəndələr ha əl aça,
Yay günü ağca-ağca,
Ağ qar yağarmı... ay-hay.
Adamların hər biri,
Bir qəbirdi... bax... kiri...
Bir kəs dünyadan diri
Girib çıxarmı?... ay-hay...
Haray
Gözümü yollardan yığan tapılmır,
Elə bil dünyada yoxam min ildi.
Əllərim darıxır özümdən betər,
Təsəlli yeridi yaxam min ildi.
Bir adam tapmadım ağrımı bölsün,
Gözümün həsrətin yaş çəkə bilmir.
Mənim ürəyimin anası ölsün,
Şuşaya, Təbrizə baş çəkə bilmir.
Dönüb qayıdıram sondan əvvələ,
Yellənir içimdə bayraq yaddaşım.
Kərkükdə, Dərbənddə, Göyçə çölündə,
Ruhu itkin düşən mənəm, qardaşım.
Daha nə dərd gəlsə, eynimə gəlməz,
Hər cür ayrılığa dözən adamam.
İçimdə paslanıb bir qurd harayı,
Başı qoltuğunda gəzən adamam.
Vətən bölünəndə səbirli olan,
Dözən babalarla barışmır ürək.
Koroğlu nağılı ağlıma batmır,
Babək təsəllisi nəyimə gərək?
Ya ölüm, ya olum, donunda axır
Mənim qiyamətim gəlsin axır ki.
Bir oğul yoxdumu Vətənin qanın
Tanrının üzündən silsin axır ki?!
Gedim
Uçulursa, bax, ağ damın,
Gücü çatmaz qırx adamın.
Düyməsidi dərd yaxamın,
Aça bilmir əlim, gedim.
Üzüldüm yoxa varmaqdan,
Gözümlə yol suvarmaqdan,
Ayrılığa yalvarmaqdan,
Qabar oldu dilim... gedim.
Çəkdiyin min ahdan özgə,
Savabla günahdan özgə,
Kimim var Allahdan özgə,
Nəyim var ki, bölüm... gedim.
Yaş etsin töksün, qalmasın,
Torpağa çöksün qalmasın,
Sənin də əksin qalmasın,
Gözlərimi silim... gedim.
Çəkdiyimi sayan olmaz,
Ağca günü qıyan olmaz,
Bu dünyaya qoyan olmaz,
Bir dəfə də gəlim... gedim...
Durum çıxım
Qalım deyər ağlı-huşu,
Ölümdəykən qurtuluşu,
Gendən uçar şahlıq quşu,
Qəza enər qul başına.
Kimə açdın bax, əlini,
Çək, yaxana tax əlini.
Solun kəsir sağ əlini,
Bir çarə tap, qıl başına.
Təbriz gedib, Mərənd gedib,
İrəvanda min bənd gedib,
Dəmirqapı Dərbənd gedib,
Bir daş tapıb sal başına.
Bu zülmə, haşa, deyib,
Dərdim gəlir qoşa deyib,
Yadlardadı Şuşa, deyib,
Bu dünyanı al başına.
Ağam, paşam, bəyim qalıb,
Bir ağızlıq heyim qalıb,
Görüm kimim, nəyim qalıb,
Durum çıxım yol başına.
Tanrım
Tanrım,
Ya sən nabələdsən, ya da mən naşı,
Verdiyin ömür-gün bir əhləd daşı.
Köksümün üstünə əydiyim başı,
Əlimin əlindən dizimi qurtar.
Tanrım,
Güvəndim dağlara, yağdı, qar aldı,
Sim kimi içimdə dözüm qırıldı,
Demədim sinəmdə yandı, qaraldı,
Dilimin ucundan sözümü qurtar.
Tanrım,
Ölçümdə kəm gəldi yurd addım-addım,
Gör hansı qazanca mən nəyi satdım...
Bəsdi, yetər daha, günaha batdım,
Kül olan ruhumdan özümü qurtar.
Tanrım,
Ahımız kül oldu amanlar üstə,
Əzablar qol açır imanlar üstə,
Bu dünyan hərlənir yalanlar üstə,
Yolundan, izindən izimi qurtar.
Tanrım,
Nə bilim, necəsə al sök göyünü,
Əlimiz yetəndə gəl tik göyünü,
Səni görə bilim, ya çək göyünü,
Ya da ki, göyünü gözümdən qurtar.
1724 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024