Məşhurlar haqqında ən maraqlı faktlar - FOTOSESSİYA

 Məşhurlar haqqında ən maraqlı faktlar - FOTOSESSİYA
23 oktyabr 2012
# 11:15
Kulis.az NovostiUA.net-ə istinadən məşhurlar haqqında ən maraqlı faktları təqdim edir.

1. İsveçli alim Linney 60 yaşında paralitik və yararsız vəziyyətə düşmüşdü.

2. Motsart təkzib verməkdən və italyanlar tərəfindən zəhərlənməkdən qorxurdu.

3. Tanınmış alman bəstəkarı Şuman hələ 24 yaşından ağlı çaşıb, 46 yaşında isə tamamilə dəli olub.

4. İngilis yazıçısı Harrinqtona elə gəlirdi ki, sözlər ağzından arı və quş formasında çıxır. Belə hallarda o, onları süpürgəylə qovurmuş.

5. Yazıçı Zolya roman üzərində işləyərkən özünü stula bağlayırmış.

6. Şarlotta Bronte yaradıcılıq prosesini tez-tez kartof soymaq üçün dayandırırmış.

7. Monteskyü haqqında deyilir ki, ayaqlarının qeyri-iradi hərəkətlərindən masasının ətrafında oyuqlar yaranırmış.

8. Müsse şam işığında və iki nəfərlik stolda, xəyallarında olan qadını gözləyərkən yazırmış.

9. Şiller yalnız masanın üstündə çürük alma olduğu zaman yaradıcılıqla məşğul olurmuş.

10. Haydn iş zamanı almazlı üzüyünə baxarmış.

11. Flober qəhrəmanlarının obrazlarını yaradarkən zarıldayırmış. O, ya ağlayar, ya gülərmiş, ya da böyük addımlarla kabinetində get-gəl edərmiş.

12. Oğul Düma yazmağa başlamazdan əvvəl ən azı beş dəfə yaxşıca yeyərmiş.

13. Vaqner yeni əsər yazmazdan əvvəl mebelin üstünə rəngli parçalar qoyub, onları əllərinə götürüb didişdirərmiş.

14. İbsen içkinin sayını itirdikdən sonra əlinə nə keçsə əzərmiş, hətta öz əsərlərini belə.

15. Van Qoq sutkalarla yazır, miqdarsız absent içərmiş, hətta öz qulağını kəsib və belə halda öz avtoportretini çəkib.

Fərid MİRZƏYEV
# 6514 dəfə oxunub

Oxşar xəbərlər

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

14:00 21 sentyabr 2026
"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

16:45 17 sentyabr 2026
"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

12:00 16 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər