Salman Rüşdü və Əziz Nesin arasında böyük konflikt

Salman Rüşdü və Əziz Nesin arasında böyük konflikt
8 oktyabr 2012
# 12:44
Kulis.az Salman Rüşdü və Əziz Nesin arasında vasitəçilik etmiş Murad Belgənin müsahibəsini təqdim edir.

Ailəsi kəşmirli olan Salman Rüşdü 1947-ci ildə Hindistanın Bombey şəhərində anadan olub. “Şeytan ayələri” kitabında islam dinini təhqir etdiyi üçün 1989-cu ildə İranın Ali dini rəhbəri Ayətullah Xomeyni tərəfindən haqqında ölüm fətvası verilib. Keçən ay ingilis dilində avtobioqrafik “Cozef Anton” xatirə romanı nəşr olunub. Cozef Anton, ölüm fətvasından sonra yazıçını qoruyan britaniyalı agentlərin Rüşdüyə verdikləri ad olub. Salman Rüşdü yeni kitabında türkiyəli yazıçı Əziz Nesindən “oğru və təxribatçı” kimi bəhs edib. Buna səbəb Nesinin “Şeytan ayələri” kitabını Rüşdünün icazəsi olmadan tərcümə edib, “Salman Rüşdü: Mütəfəkkir yoxsa şarlatan” başlığı ilə “Aydınlıq” qəzetində çap etməsi olub. Problemli vəziyyətdə iki yazıçının arasında vasitəçilik etmiş məşhur marksist fikir adamı Murad Belgə verdiyi müsahibədə bu haqda ətraflı danışıb.


- Salman Rüşdü ilə necə tanış oldunuz?

- Salmanla 1988-ci ildə İngiltərəyə ilk səfərim zamanı tanış olmuşam. Dostum Antoni Barnett İngiltərədə “Yazılı Konstitusiya İstəyirik” adlı kampaniya aparırdı. Mən də kampaniyada iştirak edirdim. Salman da kampaniyaya dəstək verənlərdən biri idi. Parlamentə getmişdik. Sonra isə birlikdə nahar edərək söhbət etdik.

- Nesinlə arasında vasitəçi olmağınızı necə istədi?

- Salman Əziz Nesinə əsəbləşmişdi. Antoni mənə “Salman qayğılıdır və səndən mövzu barədə təfərrüatı ilə danışmağını istəyir” dedi. Necə hərəkət edəcəyinə hələ qərar verməmişdi. Haqqında ölüm fətvası verilmişdi və mühafizə altında yaşayırdı. 27 mayda “Şeytan ayələri” “Aydınlıq” qəzetində, icazəsiz çap olunmağa başlandı. 2 iyulda isə məlum Sivas hadisələri baş verdi. Sivas hadisələri Salmanı bərk narahat etmişdi. Yazdığı kitaba görə insanlar öldürülürdü. Bir də ki, türkcə tərcüməni bəyənməmişdi. Tərcüməni ədəbiyyata aidiyyatı olmayanların işi adlandırırdı. Əziz bəy isə tezliklə Salman Rüşdünün müsəlmanlara qarşı nələr dediyini çap etmək istəyirdi. Bunları eşidən Salman Əziz bəyin hərəkətini məsuliyyətsiz addım adlandırmışdı. Əziz Nesini məhkəməyə vermək istədiyini söyləyirdi. Bu vəziyyətdən çıxmaq üçün məktub yazıb, “məhkəməyə vermə” dedim.

- Məhkəməyə müraciət etməyinin qarşısını niyə aldınız?

- Əziz bəyin niyyətinin pis olduğu qənaətində deyildim. Əziz Nesin öləcəyini bilirdi. Ölüm ayağında vacib hesab etdiyi işləri həyata keçirmək üçün tələsirdi.

- Sizcə, öldürüləcəyini düşünürdü?

- Xeyr, yaşına və sağlığındakı problemlərə görə öləcəyini hiss edirdi. Yazıçılar Birliyində onunla birlikdə çalışmışdıq. Əziz bəyi yaxşı tanıyırdım. Bir işi sona çatdırmadan başqa işə başlayardı. Salman Rüşdü hekayəsi də belə oldu. Kitabı tərcümə etmək və Sivasdakı tədbirə qatılmaq lazım idi. Bu işlər Əziz Nesinin tələskənliyindən qaynaqlanırdı. Bütün bunlar yaşa dolmuş kommunist yazıçının son dəqiqə həyəcanı idi. Əziz Nesinə hücumlar vardı. Salmanın məhkəməyə müraciət etməyinin qarşısını almaq istədiyim üçün o məktubu yazmışdım.

- Rüşdü məktubda Əziz Nesin haqda “uşaq kimi davranır” dediyinizi yazıb. Bu doğrudur?

- Bəli, bu sözləri söyləmişdim. Əziz bəy tələsirdi və yolda nələri yıxdığının fərqinə varmadan qaçırdı.

- Nesinin özü ilə danışmışdınız?

- Bu barədə onunla danışmadım. Dediyim kimi o, tələsirdi və mən də ona çata bilmirdim. Əziz bəy allahın hər günü başqa yerdə, fərqli bir işlə məşğul olurdu.

- Salman Rüşdünün cavab necə oldu?

- Təşəkkür etdi. Ən böyük cavabı isə məhkəməyə müraciət etməməklə verdi. Sonralar Salmanla görüşmüşəm. Dotluğumuz hələ də davam edir.

- Rüşdü Türkiyədəki dünyəvi insanların xəyal qırıqlığı içində olduğunu yazıb…

- Salman Türkiyənin siyasi atmosferinə dərindən bələd deyil. Hər ölkədə sağ da var, sol da var. Pakistanlı solçuyla, indoneziyalı solçu bir deyil. Türkiyəli solçunu da yaxından tanımağa başlayan zaman solçu olmadığını görürsən. Salmanın da türk solçusunu yaxından tanıya bilməməsi normaldır.

- Siz də həyatınız haqda kitab yazacaqsınızmı?

- Həyatım haqda yox. Amma “İnqilabçıyam” deyib, meydanda olan adamları göstərmək üçün həbsxanada gördüklərimi yaza bilərəm.

Hazırladı: Fərid MİRZƏYEV
# 1939 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #