Salman Rüşdi: “Dedilər ki, qalmaqal hazırla”
28 sentyabr 2012
11:58
“Zeit” qəzetinin Salman Rüşdidən götürdüyü müsahibənin maraqlı hissələrini təqdim edirik. Müsahibə yazıçının qətli üçün müəyyən olunmuş pul mükafatının 3 milyon 300 min dollara qaldırılmasından bir neçə gün əvvəl götürülüb.
- Fətvanın sizin həyatınızı yeni istiqamətə yönəltdiyini nə vaxtdan hiss etdiniz?
- Yəqin ki, onun verilməsindən bir həftə sonra, onda artıq diplomatik cəhdlər uğursuzluqla nəticələnmişdi. Polislərdən biri mənə dedi ki, qulaq asın, bu məsələ qeyri-müəyyən vaxta qədər uzana bilər.
- Hansı hissləri keçirdiniz?
- Depressiyaya düşdüm. Nə yaza, nə işləyə, nə də aydın düşünə bilirdim. Onlar dedilər ki, daha evə dönə bilmərəm. Mənim əla evim vardı, gərək, orda qalmaq üçün inad edərdim.
- Biz hamımız bilirik ki, “müqəddəs fətva” heç vaxt geri götürülməyəcək.
- Bilirsiniz, teoloji komponentlər mənim vecimə də deyil. Mühüm olan odur ki, dövlət terrorizmi dəstəkləyir. İran hökuməti killer tutub. Britaniya hökuməti məni yalnız ona görə müdafiə edir ki, bu, bir dövlətin onun vətəndaşına hücumudur.
- Fətva sizin romanınızın yayılmasına da əngəl oldu.
- Bu, artıq fətvanın verilməsindən 4 həftə əvvəl Bradfordda kitab yandırılanda baş vermişdi. Yanan kitabları görəndə anladım ki, kitab nəsə başqa bir şeyə-nifrət ikonasına və ya kafirliyin obyektinə çevrilir. Kitabların yandırılmağı məni çox, çox qəzəbləndirdi.
- Əsəri oxuyanda tez-tez ucadan gülməyimi xatırlayıram.
- Uzun illərdən bəri heç kəs bu əsər haqda gözəl söz söyləməmişdi. Mən bu kitaba görə böyük qürur hissi keçirirəm…
- Bəziləri hesab edir ki, “Şeytan ayələri” dini mövzuya hörmətsiz ironiyadır. O zaman din köhnəlmiş dəb deyildimi?
- Onda Şərq başqa dünya, Livan açıq sekulyar cəmiyyət idi. Beyrutu Şərqin Parisi adlandırırdılar. Tehran və Bağdad kosmopolit şəhərlərdi. Dini fanatizmdən uzaq idilər.
- İndi bu fikir sadəlövh görünə bilər.
- Doğrudan da 60-cı illərin nəsli düşünürdü ki, din artıq öz ömrünü başa vurub. Mən bu kitabı yazanda həyatımı təhlükəyə atdığımı bilmirdim. Əsərin əlyazmasını bəzi dostlarıma da göndərmişdim, onların arasında Edvard Səid (ərəb əsilli Amerika ədəbiyyatşünası-S.S) də vardı.
- “Orientalizm” kitabının müəllifi?
- Hə. O dedi:”Bu qalmaqalı hazırla“
- Və siz bunu elədiniz…
- Təbii. Mən hesab edirəm ki, hər kitab müzakirələrə səbəb olmalıdır. Kitabların yaxşı tərəfi budur ki, cəmiyyətləri və ya mədəniyyətləri diskussiyalara məcbur edir. Dialoqdan qaçanları söhbətə çəkir. Adamlar mübahisə edir və yəqin ki, hər kəs nəsə öyrənir.
- Misirdə liberal bir mütəfəkkir vardı, Nasr Hamid Abu Zaid. O, məcburən boşanmışdı və sürgünə göndərilmişdi. Çünki o düşünürdü ki, Quran haqqında müzakirələr aparmaq olar. Ədəbi mətnləri müzakirə etdiyimiz kimi...
- Mən Hindistanda müsəlman ailəsində böyümüşəm. Hindistan müsəlmanları sekulyarist olublar. Qandi və Nehru Hindistanın sekulyar dövlət olması üçün çalışıblar. Burada hakimiyyət həmişə güclü olsaydı, konstitusiya dünyəvi olmazdı. Müsəlman azlığı bilir ki, sekulyar dövlət ən yaxşı müdafiədir. 20-ci yüzillikdə ərəb ölkələrində meydana çıxan islam isə nəsə başqa şeydir, amansızdır. Mən Hindistanda azad cəmiyyətdə doğulmuşam və sonra İngiltərəyə, daha azad cəmiyyətə köçmüşəm, mənim azad olmayan cəmiyyətlə bağlı təcrübəm yoxdur.
- Siz qlobal mübahisəni alovlandıran qlobal və çevik vətəndaşsız.
- Bu, nəyinsə başlanğıcıdır. Biz dinin qayğılarının, əzablarının geri döndüyü cəmiyyətdə yaşayırıq. Söhbət yalnız islamdan getmir. Amerikada siz sağ xristianların, Hindistanda sağ hinduzmun gücləndiyini də görürsünüz. Pakistan isə bu gün tamamilə zülmət məkandır.
- Təhdid olunmanız yazıçı dostlarınızın yaradıcılığına təsir etdimi?
- Yox. Amma bu bizim münasibətlərimizə müsbət təsir göstərdi. Ien Makyuen (Britanya yazıçısı – S.S) bir dəfə dedi ki, tarixi məqamda bizim nəsil bir araya gəldi, yaxınlaşdı. Fətva, müharibə zonalarını elan etdi: nəşriyyat işi, redaktorlar, tərcüməçilər, kitab ticarətini. Kitaba bağlı olan hər şey fətvaya məruz qaldı.
İngilis kitab dükanlarında bomba partladı. ABŞ-da naşir Peter Mayer öz mənzilində əsir kimi yaşayırdı, dostu danışır ki, bu onun üçün travmatik təcrübə oldu.
O zaman sahibkar və naşir olan Reinhold Neven DuMont, öz nəşriyyatında bir qadının qorxunc baxışlarından “siz ölümə məhkum edilmisiz“ mesajını aldığını xatırlayır. “Şeytan ayələri” kitabının tərcüməçiləri qorxudan bu işdən uzaqlaşdılar.
Nə etməli? Nəşriyyatlar tərəddüd edirdi. Sonra birdən-birə intellektuallar arasında birlik yarandı, kitabı çap edən yeni nəşriyyat meydana gəldi, onlar azad fikrin ifadəsinə, insan haqları deklarasiyasına istinad etdilər.
Tərəfdarlar arasında yazıçılar Jürgen Bekker, Lev Kopelev, Tomas Kling, naşirlər və başqaları vardı. Bu cəsarətli akt idi. Yeni tərcüməçilər tapıldı, gizli işlədilər. Qorxusuz-ürküsüz. Baxmayaraq ki, danimarkarlı tərcüməçiyə hücum edilmişdi, yapon tərcüməçi bıçaqlanmışdı. Bir alman tərcüməçi xatırlayırdı ki, iş fasiləsində balkonda siqaret çəkəndə “izlənirmi” deyə ətrafı daim müşahidə edirdi. Düşünürdü ki, bəlkə uşağını bağçadan götürsün, evdən çıxmağın təhlükəlidir. Başqa insanların da belə qorxularından və ya cəsarətindən Rüşdinin kitabında az taparsınız.
- Amma siz insanların hisslərini yaraladığınızı anlayırdınız?
- Onların özlərini niyə yaralanmış hiss etmələri vecimə deyil. 600 səhifəlik kitab tərəfindən incidilmək üçün, onlar gərək çox işə investisiya qoyalar. Özünü incidilmiş hiss etmək istəmirsənsə, bunun çox sadə yolu var, başqa sənət əsərlərinə bax, kitablar oxu. Bizim kitab mağazalarımız kitablarla doludur, ora gedib, seçimlərini etsinlər. Axı, məni də yaralayan kitablar ola bilər, məsələn “Bozun 50 çaları“ (müəllifi Erika Ceyms, müasir Britaniya yazıçısı-S.S.), (gülür) amma mən buna görə dükan yandırmıram. Yaralı olmaq haqda söhbətlər cəfəngiyatdır. Yaralı olmaq arqumentdirsə, „Harry Potter“i Amerikada qadağan etməliydlər, çünki bəziləri hesab edir ki, o cadugərliyi dəstəkləyir.
- Bütün yaşadıqlarınızdan sonra nə düşünürsünüz? Düşünürsünüz ki, gərək səssiz qalardınız?
- Əksinə. Əgər mən bu illər ərzində nəsə öyrəndimsə, bu, güzəştə getməmək oldu. Yaşamaq istədiyim dəyərlər açıq cəmiyyət tipinin əsaslarını formalaşdırır və indi belə cəmiyyətdə həvəslə yaşayıram. Bu dəyərlərdən ötrü heç bir güzəştə getmərəm. Bura fikir ifadəsi azadlığı da aiddir, onsuz bütün azadlıqlar əhəmiyyətini itirir.
- Nə vaxtsa bu haqda düşünmüsünüz ki, qatili qabaqlayasınız və özünüzü öldürəsiniz?
- Xeyr, düşünməmişəm. Yanımda həmişə doğma insanlar olub, ailəm- arvadım Elizabet, oğlum.
- Siz tez-tez daha çox utanmaqdan, qorxudan danışırsınız. Bunları yaşamısınız. Utanc hissinin mahiyyəti nədir?
- Şərq mədəniyyətində bu hörmət və utancın arasındadır. Xristian dünyasında isə günah və qurtulma arasında yerləşir. Bu o deməkdir ki, müsəlman mədəniyyəti nöqteyi-nəzərindən, qürur identikliklə sıx bağlıdır.
- Siz elə əvvəlki, Buker mükafatını udan Salman Ruşdisiniz.
- Amma Buker mükafatı udan Salman Rüşdi, əgər qonşu evin qarşısında dayanırsa, mətbəx masasının altında gizlənməyə məcburdur.
Almancadan Sevda Sultanova çevirdi

1306 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024