Cem Yılmaz, yoxsa Fərda
22 avqust 2012
05:00
Başlıq sizə qəribə gələ bilər. “Güldürərkən düşündürmək” və Cem Yılmaz sözləri yan-yana gəldikdə bəlkə də bir-birilə ziddiyət təşkil edirmiş kimi görünür. “Yaxşı yumor həm güldürməli, həm də düşündürməlidir!” - bu klişeyə qarşı çıxan adamlardan biridir Cem Yılmaz. Onu tanıyanlar, stendap şoularını izləyənlər bunu yaxşı bilirlər. Bu başlığı isə bilə-bilə seçdim, çünki, zənnimcə, Cem Yılmazın karyerasını əhatə edən ən uyğun başlıq budur, ilk baxışda qəribə görünsə də. Amma onu da deyim ki, bu, bir portret yazı deyil. Yəni, bu yazıda Cem Yılmaz filan ildə, filan yerdə doğulub, ailəsi kasıb olub, çəkdiyi filmlər bunlardı kimi məlumatlar olmayacaq. Zatən buna ehtiyac da yoxdur. Çox maraqlanan olsa, əlinin altındakı bir “enter” düyməsi kifayətdir ki, Cemi tanısın. Mənsə sözümün canına keçim.
“Güldürərkən düşündürmək” məsələsi komediya sahəsində bir klişedir. Klişelər isə hər zaman yumoristlər üçün önəmli material olmuşdur. Qroçuo Marksdan Corc Karlinə, Bil Hiksdən Cem Yılmaza qədər bir çox yumoristlər klişelərlə oynamağı müəyyən komediya üslubuna çevirə bilmişlər. Hətta, bəzi yumoristlər bütün yaradıcılıqlarını sadəcə, klişeləri dağıtmaq üzərinə qurublar.
Amma bir şeyin klişe olması o fikrin yanlış olduğunu göstərməz. Ən azından, bu, hər zaman belə deyil. Heyf ki, “yaxşı yumor həm də düşündürməlidir” fikri ağızlarda çeynənə-çeynənə klişeyə çevrilib. Məsələnin məğzi isə çox vaxt müzakirə olunmadan ikinci plana atılıb.
Cem Yılmaz bu “güldürərkən düşündürmək” klişesinin çörəyini az yeməyib. Xüsusilə də səhnəyə təzə-təzə çıxdığı vaxtlar. Həmin dönəm bunun üçün münbit zəmin vardı. “Yaxşı yumor həm də düşündürməlidir” deyənlər, yumorun arxasında mütləq hansısa siyasi-sosial mesaj olmasının vacibliyinə inanırdılar (indi də inanırlar).
Cem də məhz belə bir dönəmdə - 1990-cı illərin əvvəllərində ortaya çıxdı və bu klişeni lağ hədəfinə çevirdi. Əvvəlcə karikatura dərgilərində, ardınca səhnədə gördüyü işlərlə individual komediyanı topluma sevdirdi. Dünyada illər öncədən var olan bir şeyi (Observational comedy) ilk dəfə türk tamaşaçısına Cem təqdim etdi.
Əlbəttə, Cemin ortaya qoyduğu komediya anlayışı birmənalı qarşılanmadı, tənqid edildi, yerdən-yerə vuruldu. Xüsusilə də yaşlı nəsil Cemi aşağılamaq yolunu seçdi. Həmin adamlar yumorun mütləq hansısa ideologiyaya xidmət etməməsini, gündəlik məsələlərdən də yaxşı yumoristik material çıxa biləcəyini həzm edə bilmirdilər. Onlar bu çırpınmaları ilə yenə də Cemə material verirdilər. Çünki Cem Yılmazın qarşı olduğu şey “güldürərkən düşündürmək” sözü deyil əslində, bu sözü çeynəyə-çeynəyə şablona çevirənlərdir; yumoru homogenləşdirən və dar bir qəlibə sığışdırmağa çalışanlardır. 2000-ci ilin əvvəlində qatıldığı bir verilişdə də Cem bu nüansın altını cızmışdı: “Məndən “siyasi zarafat” tələb edənləri başa düşmürəm. Hər şeyin bir mütəxəssisi var, mən bunu yaxşı bacarıram, başqası digər üslubda uğurlu olur. Şəxsən, mən siyasi yumorda bacarıqlı ola biləcəyimə inanmıram” deyirdi.
Cem Yılmaz heç vaxt Ferhan Şensoyun siyasi yönümlü komediya üslubuna qarşı çıxmamış, hətta, dəfələrlə Ferhan Şensoyun istedadına, zəkasına heyran olduğunu vurğulamışdır. Amma heyf ki, qarşı tərəfdən bu nəzakəti görmədi Cem.
Burda icazənizlə bir haşiyəyə çıxım. Heyranı olduğum, türk yazar Oğuz Atay, ilk romanı “Tutunamayanlar” (1971) yayımlandıqdan sonra, bəzi ədəbiyyat çevrələri tərəfindən hücumlara məruz qaldı. Hətta, Atayın əsəri haqqında “Bu, roman deyil” deyənlər də oldu. Müəllifin dünya praktikasından təsirlənərək, türk ədəbiyyatında etmək istədiyi yenilikçiliyi anlamayanları bir kənara qoyaq. Oğuz Atayı tənqid edən digər bir zümrə isə “Tutunamayanlar” əsərinin heç bir ideologiyaya xidmət etmədiyini bildirir, bunun qəbulolunmaz olduğunu iddia edirdilər. Əslində Atayın ən böyük bədbəxtçiliyi də elə bunda idi. 1970-ci illər Türkiyədə sağ-sol (millətçi-mühafizəkar, sosialist-komunist) qarşıdurmasının pik nöqtəyə çatdığı dövr hesab olunur. Həmin illərdə yazılan bütün əsərlər əsasən ya sağ, ya da sol ideologiyanın məhsulları idi. Bütün bu çaxnaşmaların, qarşıdurmaların, ideologiya savaşlarının arasında, Oğuz Atayın “ideologiyasız insan”ı onlar üçün heç bir şey ifadə etmirdi. Müəyyən sosial-siyasi sifarişi olmayan, hansısa ideologiyaya xidmət etməyən əsər ciddi qəbul edilmirdi. Halbuki çox önəmli bir vəzifəni yerinə yetirirdi Oğuz Atay - insanı anlatmağa çalışırdı, həm də bütün duyğuları, düşüncələri, inandıqları, şübhələri ilə birlikdə.
Cem Yılmazın səhnəyə təzə çıxdığı vaxtlardakı durumu mənə Oğuz Atayın o vaxtki - 70-ci illərdəki vəziyyətini xatırladır. Və hərhalda təsadüfi deyil ki, Cemin ən sevdiyi yazar Oğuz Ataydır...
Cem Yılmaz səhnədə anlatdıqları ilə insanlara yeni baxış bucaqları təqdim edir, insanları məsələyə daha fərqli baxmağa çağırır. Bu baxımdan Cem güldürərkən, həm də düşündürür. Bəlkə anlatdıqları Corc Karlin qədər bəşəri məsələlər deyil, daha kiçik məişət məsələləridir. Amma Cemin məsələlərə baxışı bəşəridir, kreativdir, standart zəka səviyyəsindən yüksəkdədir.
Cem səhnədə anlatdıqları ilə insanları güldürür, düşündürür, amma “indi mən sizi həm güldürəcəm, həm də düşündürəcəm” demir. Yəni bunları klişeyə baş vurmadan edir. Çünki həmin klişelərdən təsirlənir.
“Planet Parni iz Baku”-nun “Məhəllə” səhnəciyinin sonlarında bir bölüm var. Mərhum aktyor Elçin Həmidovun oynadığı Məzi obrazı tamaşaçıya dönərək bir monoloq söyləyir. Həmin monoloqda insanlığın korlanmasından, sosial problemlərdən və sairdən bəhs edir Məzi. Amma həmin monoloq tamaşaçı üçün o qədər də maraqlı deyil. Çünki monoloq bəsit fikirlərdən ibarətdir və didaktiklikdən uzaqlaşa bilmir. Belə olan halda, həmin fikirlər də tamaşaçının bir qulağından girib, o biri qulağından çıxır.
Cem isə səhnədə kişi-qadın münasibətlərindən, o biri dünyadan, əsgərlikdən və daha bir çox “gündəlik” məsələdən danışır. Yaradıcılıq gücü, zəkası, intellekti və müşahidə qabiliyyəti ilə insanları valeh etməyi bacarır.
Bir şeyi unutmayaq ki, yumoristin düşündürməsi onun anlatdıqları ilə deyil, necə anlatması ilə əlaqəlidir. Yəni bir yumorist çox qlobal bir məsələdən, məsələn, ekoloji problemlərdən bəhs edə bilər, amma danışdıqlarını yaradıcılıqla birləşdirə bilmirsə, didaktizmdən kənara çıxmırsa, anlatdıqlarının da bir dəyəri olmaz. Amma bir yumorist çox kiçik bir məsələdən, məsələn, məişət məsələlərindən, ya da başına gələn bir hadisədən elə ustalıqla danışar ki, insanların beynində daha təsirli qığılcımlar yarada bilər.
Qərəz, yaxşı yumor ancaq kreativ düşüncənin məhsulu olarsa, insanları düşündürə bilər. Yəni, məsələ nəyi etməkdə yox, necə etməkdədir. Bu baxımdan “güldürərkən düşündürmək” məsələsi nə qədər klişe olsa da, eyni zamanda gerçəkdir, önəmlidir.
Cem Yılmaza isə bizi güldürdüyü, düşündürdüyü və ən önəmlisi Elməddinlərə, Fərdalara, “Planet Parni iz Baku”-lara möhtac qoymadığı üçün minnətdar olmalıyıq.
Toğrul Cəfər

2578 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024