Sabir polemikası davam edir
“Hər kəs öz gördüyündən yazıb, bildiyindən danışsa yaxşı olar, fikrini əsas götürərək, gördüklərimdən yazmağa çalışacam. Nə gördüklərim, nə də yazacaqlarım ürəkaçan olmasa da, yazacam. Çünki utanıram, azərbaycanlı olduğumdan yox, məhz belə olduğumuzdan utanıram.
“Sabirin satirası ondakı ağıl zəifliyini üzə çıxardır” (Rafiq Tağı) cümləsinə ilk rastadığım anda yenə də çox xəcalət çəkdim. Xəcalət çəkdim ki, çağdaş ədəbiyyatımızda az-çox yazmağı bacaran bir şəxs klassikimiz haqqında bu cür düşünür və “Sabir hansı yazdıqlarında haqsızdır, yazdıqlarının hansı böhtan və yalandır” sualıma da “Şahnaz xanım, Sabiri oxuyan əcnəbi bizə nifrət etməyəcəkmi” sualı ilə cavab verir.
Cavablandırım. Əcnəbi Sabiri oxuyubmu bizə nifrət edəcək? Əcnəbinin görən gözü,düşünən ağlı yoxdurmu?
Azərbaycanda yaşamıram və bununla da fəxr etmirəm. Ancaq bu mənə konkret olaraq Rusiyada yaşayan azərbaycanlıların necə olmasını, xalqını və millətini nə səviyyədə təmsil etməsini, bizlərə rusların münasibətinin necə olmasını yaxından müşahidə etməyimə imkan verir.
Rusun Sabiri oxumağına ehtiyacı yoxdur. Hər şey gözləri önündədir. Rusiyaya, adətən, ticarətə gəlirik. Lap elə dövlət əhəmiyyətli şəxs olsaq da belə, burda mütləq öz biznesimiz olmalıdır və rəqibimiz də ilk növbədə özümüzünkülərdir.
Elm, incəsənət sahəsində tanınanlarımız çox az saydadır və hər hansı bir filmin titrinə baxsaq, orda azərbaycanlı soyadı görmək möcüzə olar. Erməni soyadı ilə rastlaşmaq adi, gürcü soyadı isə gözlənilən haldır.
Bu yaxınlarda Facebook-da bir Türkiyə türkü məndən Sankt-Peterburqd Dövlət Universitetində müəllim işləyən bir soydaşımız haqqında soruşdu. Tanıdığımı dedim və müsahibimin hansı təhsil mərkəzində işlədiyini soruşdum.
– Mən biznesmenəm, hocayla Peterburqda birgə ticarətim vardı.
Olsun. Çox gözəl. Ancaq bu hoca Bakıda qiyməti 3 manat olan Azərbaycanın xəritəsini alıb kafedranın divarından asmağa qıymır. Azərbaycanın ərazisi haqqında danışanda lövhədə xəritəyə oxşar şəkillər cızır.
Mağazada növbəyə durursan. Qabağında geyimindən və hərəkətindən azərbaycanlı olduğunu zənn etdiyin iki xanım dayanıb. Satıcı rusca nəsə soruşur. Xanımın biri o birinə
- Görən, bu urus nə deyir, az?
Sorğusuna cavab ala bilməyən satıcı başını bulayıb, dodaqaltı, görəsən, bu qoyunlar hansı sürüdəndir?! - pıçıldayır…
İstəsən də, istəməsən də erməni ilə üzləşməli olursan.
- Azərbaycanlısan?
- ...
- Yerevanda bizim qonşuda da bir azərbaycanlı var. Əsir düşəndə 3-4 yaşı olardı. İndi yeməli bir qız olub.
Əlini əlinə vurub gülür və yanındakı rus da ona qoşulur.
Rus neynir Sabiri oxuyub…

Oxşar xəbərlər
Günahı başqalarında axtarmaq ehtiyacı... - Mətanət Vahid
14:15
30 yanvar 2026
"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi
10:00
30 yanvar 2026
Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?
10:00
29 yanvar 2026
"Cibimiz boş, ürəyimiz dolu vaxtlarımızda... " - Eyvaz Əlləzoğlunun qarşısında niyə keçmiş üzüqara idi?
14:00
28 yanvar 2026
"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" - Virciniya Vulf niyə intiharı seçmişdi?
15:00
25 yanvar 2026
Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian
16:45
22 yanvar 2026