Kənan Hacı da Sabirin müdafiəsinə qalxdı
16 sentyabr 2011
09:39
Bu yazının axına qoşulmaq kimi başa düşülməsini istəməzdim. Heç Sabiri Rafiq Tağıdan qorumağa ehtiyac da yoxdur. Sabirin ədəbiyyatda tutduğu ərazi də mühafizəsizdir.
İlin-günün bu vaxtı durduğu yerdə Sabirin qabırğasına döşəməkdə Rafiq bəyin qəsdi nəymiş görəsən? Çoxdan bəri dincə qoyduğu piştovu daha bir klassikə tuşlamaqla Rafiq Tağı bu dəfə özü-özünü inkar etmirmi?!
Sabirin toxunulmazlıq statusu yoxdur və klassikləri təftiş etməyə də kimsə qadağa qoya bilməz. Amma bu, Rafiq Tağıya əsas vermir ki, Sabiri millətin düşməni kimi təqdim etsin.
Sabirə “millətin düşməni” deməyə necə diliniz gəlir, Rafiq bəy?
Sabir ona görə “millətin düşməni”ydi ki, qaragüruha qarşı amansız satirasıyla döyüşürdü, milləti geriyə, cəhalətə, xürafata, fanatizmə sürükləyənləri qırmanclayırdı?! Həmin o qaragüruh deyildimi sizi zindana atan?! Sabir məhz o qaragüruha qarşı döyüşürdü. Siz məgər öz hekayələrinizdə millətin eyiblərini açıb-tökmürsünüz? Bu məntiqlə sizi də çox asanlıqla milli təəssübkeşlikdən bixəbər adlandırmaq olar.
Səhhət vaxtilə yazırdı ki, “o köhnə şeirlə yeni şeir arasında bir əsrlik uçurum açdı”. Sabir ənənənin, klassikanın gücünü, xalq dilinin təkcə leksikasını yox, sintaksisini də, ritm axarını, ifadə imkanlarını da satiranın xeyrinə səfərbər etdi. Səhhət həmin yazısında qeyd edir ki, “Sabirin şeirləri İran məşrutəsinə bir ordudan ziyadə xidmət etmişdir.”
Şeirinin gücü inqilaba xidmətlə, ordu kimi qeyri-adi meyar vahidiylə ölçülən bu miqyasda milli şairə çox az sayda rast gəlmək olar. Millətinin bütün eyiblərini görən, onu inkişafdan saxlayan zərərli meylləri satira hədəfinə çevirən bir şairə necə korafəhim demək olar?!
Sabirin qaldırdığı problemlərin bir çoxunu biz hələ də həll edib qurtara bilməmişik. “Hophopnamə” bu gün də həmin problemləri həll etmək üçün bizə ipucu verir. Bu gün “millət necə tarac olur-olsun, nə işim var?” deyənlərin sayı o vaxtkından qat-qat çoxdur. Sabirin “qəhrəmanları” bu gün də əl-ayağımıza dolaşır, onlara daha söz də kar eləmir.
Sabir vahid ədəbi məktəb mənasında “Molla Nəsrəddin”in tərkib hissəsi sayılır. Mirzə Cəlilin publisistikası Sabiri silahlandırdı və nəticədə “Hophopnamə” kimi bir şedevr yarandı.
Sabirin istədiyi nə idi? Millət maariflənsin, tərəqqi etsin və nəticədə cəhalətə, fanatizmə qalib gəlsin. Bəlkə o da İran mollalarına, Aşqabad bəhailərinə qoşulub şarlatanlıqla məşğul olmalıydı?!
Cüssəsiz, zəif vücudunda vulkan gəzdirirdi. O, müstəbidləri xalqın qəzəbiylə qorxudurdu. O, heç vaxt saqqalına “rəngü-həna” yaxmadı, barmağına möminlik nişanəsi olan əqiq üzük taxmadı. Küçədə, dükan-bazarda ardınca lənətlər yağdıranlar, “kafir”, “babi” sözlərini qışqıranlar, salamını almayanlar, haqq-salamı kəsənlər özgələr deyildi, özümüzünkülər idi, Rafiq bəy!
Sabir bu millətə öz düşmənini tanıtmaq istəyirdi. Bu, onun öhdəsinə düşmüş böyük bir missiya idi. O, qaranlığın deyil, işığın cəbhəsindəydi.
Sabir satira yazıb. Sən demə, satira poeziya deyilmiş. Sabirin bir sıra satiraları Füzuliyə parodiya-nəzirə şəklində yazılıb. Füzuli lirikası ilə Sabir satirası arasında istənilən paralellər aparmaq mümkündür. İnsan sevgi əzablarına düçar olduğu kimi eyni zamanda alçaqlıq da edə bilər, behişti “iki buğda”ya sata da bilər. Poeziya təkcə tərənnüm demək deyil axı, o həm də təşrih edir, ifşa edir, islah edir.
Sabir görürdü ki, bu millət özü-özünə qənim kəsilib, gedib kənarda düşmən axtarmalıydı? Onu sizin təbirinizcə desək, “uğursuz sabun alveriylə” məşğul olmağa vadar edənlər kim idi? Erməni idi, yoxsa rus? Sabir millətinin balalarına dərs verirdi. Onu müəllimlikdən kənarlaşdıran, işsiz qoyan kimlər idi? Moltanılar idi, ya malakanlar?!
Sizcə, bu millət heykəli Sabirə qoymayıb kimə qoymalıydı? Bəlkə Sabiri vərəmlədib öldürən saqqallı şarlatanlara qoyulmalıydı o heykəl?!
Mövzuya aid digər yazılar:
Rafiq Tağı - Sabirə müharibə elan etdi
Qan Turalı: Rafiq Tağının diletantlığı
Aqşin Yenisey: Rafiq Tağının “Hopstopnaməsi”

1399 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024