Gənc alim eşq üçün yer tələb edir
14 sentyabr 2011
11:22
“Sən də yer ver aşka” adlanan kitabda Əhməd Şahidovun müxtəlif dövrlərdə qələmə aldığı şeirləri və bir hekayəsi yer alıb
Bu günlərdə “Qanun” nəşriyyatında gənc alim, fəlsəfə doktoru Əhməd Şahidovun ilk şeirlər kitabı işıq üzü görüb. Adətən elmi, publisistik və ictimai-siyasi mövzularda yazdığı məqalələri ilə tanınan Əhməd Şahidovun son illər poeziya sahəsindəki kövrək addımları marağa səbəb olub.
Adətən məhəbbət, vətənpərvərlik və sosial mövzularda qələmə aldığı şeirləri ilə tanınan gənc yazar sosial şəbəkələrdə və internet saytlarda kifayət qədər tanınır.
“Sən də yer ver aşka” kitabında müəllifin 100-ə yaxın şeiri və “Düşmənə ehtiram” adlı bir hekayəsi oxuculara təqdim olunub.
Şeirlər kitabı haqqında böyük həvəslə danışan Əhməd bəy bu kitabda yer alan şeirlərin onun qəlbinin və ruhunun ən saf məhsulu olduğunu bildirdi: “Mən həmişə şairlərə həsəd aparmışam və şeir yazmaq bacarığının hər hansı təhsillə və ya elmlə əldə oluna bilməyəcəyinə inanmışam. Şairlər Allahın seçilmiş bəndələridir. Özümü şair hesab etməsəm də, bu yolda ilk zərif addımlarını atan bir insan kimi çox sevincliyəm. Son iki ildə həyatımda çox dəyişikliklər oldu, Vətəndən uzaqda qaldım, sanki içimdə duyğusal hisslər baş qaldırmağa başlayırdı, özüm-özümlə danışmağa çox vaxtım olurdu. Sanki içimdən oturub şeir yazmaq arzusu yaranmışdı. Bir gün, iki gün, axırda fikirlərimi, hisslərimi sətirlərə düzmək qərarına gəldim. Özüm qiymət verməkdə çətinlik çəkirəm, amma yaxınlarım, dostlarım, xüsusən də sosial şəbəkələrdə və şəxsi saytımda şeirlərimi oxuyan insanlar çox bəyəndiklərini deyirlər. Bu da məni sevindirir və yeni-yeni əsərlər yaratmağa sövq edir”.
Yaxın günlərdə ilk şeirlər kitabının təqdimatını keçirəcəyini bildirən Əhməd Şahidov təqdimat mərasiminə ədəbiyyat sahəsində imzası olan tanışlarını, dostlarını və tanınmış yazarları dəvət edəcəyini dedi: “İstərdim ki, mənim şeirlərimi tənqid edən, sağlam şəkildə, heç bir qərəz olmadan fikir söyləyən insanlar açıq şəkildə öz təəssüratlarını bölüşsünlər. Bu, gələcəkdə mənim daha sanballı əsərlər yaratmağıma yardımçı olardı”.
“Sən də yer ver aşka” müəllifin ilk şeirlər kitabıdır. İndiyə kimi Əhməd Şahidovun bir elmi monoqrafiyası kitab şəklində çap olunub.
Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsinə malik Əhməd Şahidov hal-hazırda Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında “Dövlət Hüququ” ixtisası üzrə təhsil alır.
Şairin bir şeirini oxuculara təqdim edirik:
ATA, QOCALIRSAN DEYƏSƏN…
Ata, sənə qurban olum, ay ata!
İstərdim ki, yanımda əyləşəsən
Ürəkdəki sözlərimi, sözümü,
Qəlbimdəki arzunu dinləyəsən.
Səni sonsuz məhəbbətlə sevərək,
Sənlə nəfəs aldığımı biləsən,
Ata, sən də qocalırsan, deyəsən…
*****
Sən bizlərçün çox əziyyət çəkmisən,
Cavanlığın bizlərə sərf etmisən.
Min zəhmətlə işləyib gecə-gündüz
Sən Vətənə övladlar böyütmüsən.
Ən çətin günümdə, çətin məqamda,
Gəlirsiz göz önümə anam və sən,
Ata, sən də qocalırsan, deyəsən…
*****
Danışırsan cavanlıq vaxtlarından,
Necə hündür, yaraşıqlı olmusan.
Əsgərlikdə qəhrəmanlıq göstərib
Bir yumruqla üç nəfəri yıxmısan.
İndi isə tək xatirələr qalıb,
Adlamısan altmış beşi biləsən,
Ata, sən də qocalırsan, deyəsən…
*****
Yaşlaşsan da ruhun hələ cavandır,
Hələ yenə zəhmətdir yol yoldaşın.
Hər gün həyət-bacada ya da evdə,
Mıx, kəlbətin, çəkicdir tək sirdaşın.
Tikdin, qurdun, yaratdın hər şərait
Səninlə fəxr edirik ancaq, əhsən!
Ata, sən də qocalırsan, deyəsən…
*****
Köks ötürmə, ata, hər şey düzələr,
Qış gəldisə, arxasınca yaz gələr
İndi sənin qulluğunda dayanıb,
Min dərdinə min bir dərman arayıb
Gecə-gündüz qucağında oynayıb
Nəvələrin, oğul-uşaq, bir də sən,
Ata, sən də qocalırsan, deyəsən…
*****
Arzun idi Şairləri böyütmək,
Sən də Şair, nəvən də Şair oldu.
Arzu varsa, həyat da varmış demək,
Ailəmizdə dübarə Şair oldu.
Baba Şair, nəvə Şair qarışıb
Bilmirsən ki, kimə Şair deyəsən

1218 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın
09:00
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024