“Mən Nobelə pul mükafatı kimi baxıram”
9 sentyabr 2011
11:15
2009-cu ilin Nobel mükafatçısı Herta Müller Rumıniyada alman əsilli kəndli ailəsində doğulub. Sovet ordusu Rumıniyanı işğal edəndən sonra yazıçının anası etnik alman kimi Ukraynaya deportasiya olunub və 1950-ci ildə azad edilib.
Alman və rumın ədəbiyyatı üzrə mütəxəssis olan Müller Rumıniyanın kəşfiyyat orqanı “Sekuritate” ilə əməkdaşlıqdan imtina edib, təqiblərə məruz qalıb və 1987-ci ildə Qərbi Berlində siyası sığınacaq alıb. Çoxaylı mükafatlar sahibi, əsərləri 20-dən çox dilə çevrilən Müller “Heyvan ürəyi”, “Güzgüdəki iblis”, “Pasport”, esse və şeirlərin müəlifidr. Yazıçı əsərlərində əsasən diktaturanın mahiyyətini, totalitar rejimdə insanın məhvini araşdırır.
Bir neçə il əvvəl çap olunmuş və Avropada maraqla qarşılanan “Nəfəs yelləncəyi” romanını Müller rumın əsilli alman şairi Oskar Pastiorla birgə yazıb. Roman avtobioqrafik motivlər - O.Pastiorun İkinci Dünya müharibəsi zamanı sovet düşərgəsindəki həyat təcrübəsi əsasında yazılıb. Bu roman azərbaycan dilində “Qanun” nəşriyyatı çap edib.
- Xanım Müller, yazmağa necə başladınız?
– Mən yazmağa, mənə qarşı dözülməz iradlar olanda başlamışam. O zaman atam öləndə harda dayandığmı, əslində kim olduğumu bilmirdim. Dövlət düşməni elan ediləndə, fabrikdə həmkarlarım məndən uzaqlaşanda, tənhalığa yuvarlandım. Bu ağrılı idi və onda yazmağa başladım: doğulduğum Nitzkydorf kəndi, 300 ildən bəri dəyişməyən və həmişə orda qalan kəndlilər haqda. Onları kənddən yalnız böyük faciələr, dünya müharibəsi, deportasiyalar çıxarıb. Sağ qalanlar yenidən kəndə qayıtdılar.
- O vaxtdan bəri yazmağa davam edirsiniz.
- Hər kitabdan sonra düşünürəm: daha yazmayacağam, ən yaxşı əsərimi yazdım. Amma yazmağa başlayanda həyatı elə düzürsən ki, sonra dayana bilmirsən.
- Əsərləriniz bir-birindən fərqlənir, hər birinin fərqli üslubu, melodiyası var, bu necə alınır?
- Məqsədli şəkildə alnımır. Yeni əsər yazmaq üçün öncə mövzunun imkanlarını, ritmini, dilini axtarıram, montaj edirəm. Bu mənda mövzuya rejissor kimi yanaşıram.
- Nobel mükafatı alanda sevindiniz?
- Mən Nobelə pul mükafatı kimi baxıram. Çoxları inanır ki, kim Nobel alırsa, onun xüsusi statusu olacaq. Amma yazıçı olaraq onun statusu ola bilməz. Hər halda sevinirəm ki, diktaturanı, ümidlərin puç olduğu totalitar cəmiyyətdə şəxsiyyətin sistematik məhvini araşdırdığım mövzular mükafatlandırldı. Mən terrorun qurbanı olmuş dostlarım üçün sevinirəm, onların sayı az deyil. Oskar Pastior üçün sevinirəm. İnanıram ki, o uşaq kimi buna sevinərdi.
- Sizin ”Nəfəs yelləncəyi” romanınız Pastiora abidədir.
- Bəli, amma təəssüf edirəm ki, onun bu sevinci yaşamağa imkanı olmadı. Belə vəziyyətlərdə deyirlər ki, yəqin, o göydə oturub aşağı baxır. Bu magik təsəllidir, amma mən belə şeylərə inanmıram. Onun külü yerdədir, göydə deyil.
- Roman sizin üçün nə dərəcədə əhəmiyyətlidir?
- Deportasiya mövzusu bütün bioqrafiyama aiddir, çünki anam deportasiya olunub. Amma yalnız o yox, həm də anamın yaşında olan hər kəs. Bu 50-ci illər diktaturası zamanı baş verib. O vaxt çətin zamanlar idi, hər şeyə görə həbs oluna bilərdiniz, deportasiya haqda danışmaq bizə qadağan idi. Bəzən insanlar eyhamlarla danışırdı. Mən onsuz da özləri haqda danışmayan kəndli mühitində böyümüşəm. Amma anam mənə həmişə həyəcanlı görünürdü. Yaşadığım kənd 300 ildən bəri dəyişməyən ölü struktur idi. Deportasiyadan sonra Rusiyadan geri dönən insanlar isə başqa cür idi. Onlar milli xüsusiyyətlərini itirmişdilər. Bu mənzərə həmişəlik yaddaşımda qalıb. Həmişə bu haqda yazmağı planlaşdırırdım.
- Bəzən biz keçmişin ötüb keçməsinə ümid edirik. Bu mümkündürmü?
- Keçmişin ötüb keçməsi insanın hansı şəraitdə yaşamasından asılıdır. Mən 15 il repressiv apparat tərəfindən təqib olunmuşam. Amma siz qəribə bir tərzdə buna alışırsız, qorxu normaya çevrilir. Mən qorxunun bütün illərdə mənimlə yanaşı dayanmasına öyrənməli olmuşam. Yalnız ölkəni tərk edəndən sonra anladım ki, rejimin psixikama vurduğu zərbə nə dərəcədə güclüdür. Mən praktiki olaraq şizofrenikəm.
- Niyə Rumıniyada alman azlığının deportasiyası indiyə kimi tabu mövzu sayılır?
- Bunun kökü İkinci Dünya müharibəsinə gedir, Rumınya onda müvəqqəti olaraq Hitlerin tərəfində idi, müharibənin bitməsinə az qalmış o öz mövqeyini dəyişdi. Müharibədən sonra Rumıniya tarixi saxtalaşdırıldı: yalnız sovet orudusunun qələbəsindən danışılırdı, sanki başqa şeylər baş verməyib. Çünki Hitlerlə bağlı konflikti rumınlar xatırlamaq, bu barədə heç nə bilmək istəmirdi. Sovetlər Rumıniyadan alman azlığının məhvini tələb edirdi. Ukraynada insanlar ölkələrində fəhlə düşərgəsindən xəbərsiz idi. Sovetlər bütün izləri, həmçinin qəbirləri məhv edirdilər.
- Qərbi Belində sizi Rumıniya kəşfiyyatının – “Securitate”nin əməkdaşı kimi qəbul etmişdilər.
- “Securitate” kiməsə əziyyət vermək istəryirsə, onu öz əməkdaşı kimi qələmə verirdi. “Securitate” mənə qarşı da belə addım atmışdı, çünki mən onların casusu olmaq istəməmişdim. Almaniya kəşfiyyat orqanları aldıqları yanlış informasiyaya inandı. Qəzetlərdə mənə qarşı kampaniyalar vardı, casus kimi ittiham edirdilər. İzah etdim ki, onlar mənimlə istədiklərini edirlər mən yox. Ürəyim qırılmışdı və mən hər şeydən çox dərhal getmək istəyirdim, amma hara? Qərbi Berlinə gələndən bir neçə həftə sonra konstitusiya hüququ məsələsi meydana çxdı və deyildi ki, məni təhdid edən adamlardan qorunmalıyam. Özümə tapança almalı oldum, hədiyyə qəbul etməməliydim, yad mənzillərə getməməliydim.
- Sizə əziyyət verən adamlarla sonradan qarşılaşdızmı?
- Bir zabitlə təsadüfən rastlaşmışdım. Cauşeskonun devrilməsindən sonra Rumıniyaya gəldim. Mən onu küçədə gördüm, dərhal tanımadım, soyuq idi, o paltoda və xəz papaqda idi. Onu tanıyanda elə qorxmuşdu ki, uzun bir növbədə gizlənməyə calışdı. Mən ona tərəf getdim və dedim: görürsüz indi siz məndən qorxmalısız, necə ki onda mən sizdən qorxurdum. Necədir, yaxşıdır? Diktatura sona yetəndən sonra insanlar bir neçə həftə elə əsəbi idilər ki, o daş-qalaq ediləcəyindən qorxmalıydı. Amma az sonra öldü.
- “Nəfəs yelləncəyi” romanına qayıdaq. Yazılma prosesində Oskar Pastiorla işbirliyiniz necə alındı?
- Oskar Pastior danışıb, mən isə yazmışam. Bilmək istəyirdim ki, insan belə vəziyytə nə hiss edir, ona görə də hər xırda detalı soruşurdum. Oskar düşərgəni təsvir edirdi, hər xırda məqamı xatırlayırdı. Onu düşərgədə xilas edən fantaziyası olub. Ordakı şərait dözülməz olsa da, o, özünü şəxsiyyət kimi qorumağı başarmışdı. Onun xatirələrini təfərrüatına kimi xatırlaması xoşbəxt təsadüf idi. Çünki bunu yaşayan digər adamlarla söhbət etmişdim, onlar özləri haqda danışa bilmirdi, çünki öz hisslərini ifadə üçün dil imkanları məhdud idi. Yalnız ümumi şeylər danışırdılar: iztirab çəkirdik və s… Belə klişələrlə heç nə yazıla bilməzdi. Şablon fikirlər ədəbiyyat üçün keçərli deyildi.
Təbii ki, Oskar Pastiorun məndən fərqli olaraq başqa bir leksikası vardı. O, düşərgənin daxili dünyasından elə danışırdı ki, özümü onun içində hiss edirdim.
O, bir çox şeyləri deyəndə tez-tez tərəddüd edirdi, onlar mətndə yaxşı alınacaqmı? Çünki söhbət hər şeydən əvvəl onun özündən gedirdi. O deyirdi ki, prozanın belə çətin olduğunu bilmirdi.
- Düşünürsünüz ki, ədəbiyyat keçmişi təsvir baxımından yaxşı vasitədir?
- Ayrı-ayrı insanların hekayətini tanıtmağa yalnız ədəbiyyatın imkanı var. Ədəbiyyat öz həqiqətinə təxəyyülü, dil imkanları ilə nail olur. Amma hadisənin sənədləşdirilməsi və onun ümumi obraz kimi təqdim edilə bilməsi yalnız tarixi təhqiqatdır. O, araşdırır və analiz, vasitəsilə sosial, siyasi, psixoloji nəticəni müəyyənləşdirir. Hər ikisi - ədəbiyyat və tarixi təhqiqat eyni dərəcədə zəruridir – onlar bir birini tamamlayır.
– Bəzən Oskar Pastiorun bu əsərlə bağlı nə deyəcəyini düşünürsüz?
- Oskar Pastior haqda mən hər gün düşünürəm. Çünki dost kimi yoxluğunu hiss edirəm. O bu kitabı çox arzulayırdı və son illər mənə öz düşərgə illərindən danışmaq üçün çox vaxt ayırıdı. Kiməsə bu haqda danışmaq onun üçün çox vacib idi. Oskarı uzun illər idi tanıyırdım, amma özünün deportasiyası haqda yalnız çərçivədə danışırdı. O, düşərgədən qorxmuş, eyni zamanda utancaq və ədəbli insan idi. Bu xüsusiyyəti ona ictimaiyyət qarşıslnda açıq danışmağa mane olurdu.
- Pastiorun gözlənilməz ölümü romana münasibəti dəyşdirdi?
- Təbii. Oskar ölməsəydi, nə olacağını bilmirəm. O öləndə mən dürğunluğa düşdüm, gücümü itirdim. Amma sonra düşündüm ki, əsas məsələ kitabı hazır etməkdir, kitabda o ömrünü davam etməlidir.
- Kitabda ümid dolu belə cümlə var. Nənə deyir: “mən bilirəm yenə dönəcəksən”.
- Oskar mənə dedi ki, bu cümlə onun həyatını qoruyub.
- Ədəbiyyat unutqanlığa qarşı dayana bilər?
- Təbii. Düşərgə haqda bildiyim hər şey - ordakı acınacaqlı gündəlik həyat və insanların qətli haqda bilikləri ədəbiyyatdan almışam. Əzabı yaşayan insanlar üçün bu mövzudan yazmaq daxili zərurətdir. “Nəfəs yelləncəyi“ mənim hekayətim deyil, amma məni əhatə edən insanların, anamın hekayətidir.
- Ananız bu kitabı oxuyub?
- Yox, anam sadə qadındır. Biz heç vaxt bu haqda danışmırıq. O, yazdığımı bilir, amma bizim başqa münasibətimiz var. Susmaq danışmaq qədər gücə malikdir. Hər kəs özü üçün müəyyənləşdirməlidir: o sükutda dayaq tapır yoxsa danışmaqda.
- Siz hər halda həmin tarixin unudulmaması üçün cəhd göstərmisiniz.
- Əgər sən bu haqda yazırsansa, o zaman məcburən nəsə etməlisən ki, başqaları bu məlumatları qəbul etsin.
- Məcburən?
- Axı mənim yalnız mənə əziyyət vermiş proeblemlərdən yazmaq, onlarla məşğul olmaq kimi missiyam yoxdur.
- Əsəbləriniz yerindədir?
- Əsəblərim korlanıb, amma mən çox əziyyət çəkmişəm.
Almancadan çevirdi: Sevda Sultanova

1359 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024