Elmin Həsənli Təbrizdən yazır - REPORTAJ
26 avqust 2011
14:59
Heydər Baba, ildırımlar şaxanda,
Sellər, sular şaqqıldayıb axanda…
Yolum Təbrizədir. Nə ildırım şaxır, nə də sellər sular şaqqıldayıb axır. Hava istidir. Özü də orucluqdur. Yəqin ki, ağıllı adam ilin-günün bu vaxtı bu cənub şəhərinə səyahət etməz.
Mən etdim. Və gördüklərimi sizinlə paylaşıram.
Yol özü də vətəndir
Azərbaycan-İran sərhədini keçən kimi ilk xəbərdarlıqları görürük: “Oruc tutanlara hörmət əlaməti olaraq küçədə yemək qadağandır”
Hər yerdə olduğu kimi, burda da taksi sürücüləri adamın yaxasından əllərini çəkmir. Məni əvvəldən xəbərdar etmişdilər ki, İran taksiçiləri fırıldaqçıdır - əvvəlcədən danışılan qiyməti sonradan dəyişdirirlər. Ona görə də əvvəldən qiyməti dəqiq danışmalıydım.
Elə gömrüyün yanındakı valyuta dəyişmə məntəqəsindən 70 manat verib İran tüməni aldım. Mənə hardasa yarım kilo pul verdilər. Pullar cibimə yerləşmirdi. Elə ordaca mənə başa saldılar ki, pulları işlədəndə onların üstündəki sıfırların ikisini silim.
Culfadan Təbrizə təqribən 120 km-lik yoldur. İranın yolları çox səliqəlidir. Ancaq maşınları köhnədir. Burada bahalı maşınlara çox az rast gəlmək olar. Özlərinin istehsal etdikləri maşınlarda gəzirlər. Kənardan bir müşahidəçi kimi hallarından razı olduqlarını deyə bilərəm.
Rayon və şəhərlərin adı həm fars əlifbası ilə, həm də latınca yazılıb.
Seyid adlı taksi sürücüsü termosunu çıxarıb özünə çay süzür. Bunu əvvəlcə adi bir şey kimi qarşılasam da, birdən yadıma orucluq ayı olduğu düşür.
“Ağa, həkim mənə deyib ki, oruc tutma. Ona görə də tutmuram”.
Sonra da bir siqaret yandırır. Təbrizə birinci dəfə gəldiyimi, iki gün bu şəhərdə gəzmək istədiyimi öyrənib mənə təklif edir: “Gəl səni mən gəzdirim şəhərdə. Təbrizin ən görməli yerlərinə aparacam. Sonra da oteldə yerləşdirəcəm”.
Bir az tərəddüd edib razılaşıram. Taksi sürücüsü 20 manat istəyir. Mən də Təbrizdə taksi qiymətlərini bilmədiyimə görə razılaşıram.
Maşınımız yavaş-yavaş Təbrizə yaxınlaşır. Taksidə məndən başqa 3 naxçıvanlı var. Onlar mənim kimi gəzməyə yox, Təbrizə həkim yanına gedirlər.
...və Təbriz
Heydər Baba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu...
Bizi köhnə, balaca binalar, balaca maşınlar, motosikletlər o tərəf-bu tərəfə gedən adamlar qarşılayır. Əvvəlcə sürücü naxçıvanlıları gedəcəkləri yerə buraxır. Sonra biz yolumuza davam edirik.
Birinci gedəcəyimiz yer Şahgölü adlanır.
Təbrizin küçələri Bakıdakı kimi dardır. Yollarında maşınların sayı bizim şəhərdə olduğundan balaca azdır. Təbrizlilər maşını çox səliqəsiz sürür. Buna baxmayaraq, burda sürücülər o qədər də sürətlə hərəkət etmirlər. Təbrizdə yol qəzalarına görə yalnız inzibati cərimələr tətbiq olunur. Qəza xırdadırsa, sığorta şirkəti zərərçəkmişin pulunu ödəyir. Bununla da məsələ bağlanır. Hətta ölüm hallarında belə heç kim həbs olunmur. Günah kimdədirsə, o pul cəriməsi ödəyir.
Sürücü Seyid deyir ki, əvvəllər mollalar xarici maşınları sürməyi haram buyururmuşlar: “Deyirdilər ki, fransızın, almanın buraxdığı maşınlara minməyin. Onlar murdardırlar. Amma indi ən bahalı xarici maşınlar elə mollalardadır”.
Təbrizdə hündür binalar çox azdır. Şəhərin mərkəzi hissəsində əsasən köhnə binalardı. Bazar və ticarət köşkləri də elə burada yerləşir. Bir az kənara çıxdıqca isə az sayda göydələnlərə rast gəlmək olur.
Arabamız rəsmən Elgölü adlanan, amma camaatın “Şahgölü” dediyi yerə çatır. Bura şah dövründə Şahgölü adlanırmış. Şah qaçandan sonra gölün adını də dəyişdiriblər.
Günorta olmasına baxmayaraq, Şahgölündə hava çox sərindir. Pencək geyinmiş yaşlı kişilər gölün ətrafında gəzişirlər. Skamyalarda oturub kitab oxuyan gənc qızlar da gözə dəyir. Təbrizlilər bura piknikə gəlirlər. Burdakı ağaclıqda hazır çadırlar da var. Ucuz qiymətə onu kirayələmək olar.
İran qadınlar məcburən başlarını örtməli olsalar da, bir çox şərtlər onların xeyrinədir. Təbrizdə heç bir oğlan özündə cəsarət tapıb hansısa xanıma söz ata, sataşa bilməz. Belə adamlar dərhal polis tərəfindən cəzalandırılır. Şəhərdə mülki geyimli polislər çoxdur. Qaydaları pozan kimi həbs edilmək təhlükəsi var.
Gölün ətrafında əl-ələ tutub gəzən cütlüklər də var. Seyid deyir ki, İranda ancaq evli və nişanlı şəxslərə əl-ələ tutub gəzməyə icazə verilir. Digər hallarda hər iki tərəf cəzalandırıla bilər. Polis istəsə yolda cütlükləri saxlayıb onların evli və ya nişanlı olub olmadıqları ilə maraqlana bilər.
Şahgölündən qayıdanda köşkdən “Marlboro” siqareti alıram. Sonra baxıram ki, bu erməni siqaretidir. Maşında sürücüylə birlikdə ehtiyat edərək siqareti yandırıram.
Seyid maşını Şəhriyarın məzarına sürür...
Şairlər məqbərəsi
Heydərbaba, dünya yalan dünyadı,
Süleymandan, Nuhdan qalan dünyadı...
“Heydərbabaya salam” poeması mənim üçün çox doğmadır. Mən 8 yaşıma kimi Ordubadda yaşamışam. Psixoloqlar deyir ki, insan həyatı 8 yaşınacan formalaşır. Şəhriyarın bu poeması mənə uşaqlığımı, o çölləri, insanları, quzuları, tozu, torpağı, dağları xatırladır. Öz xatirələrimə sizi çox yormaq istəmirəm.
Bəlkə buna görə idi ki, Şəhriyarın də məzarının olduğu Şairlər Məqbərəsinə girəndə mən dolmuşdum. Nədənsə ağlamaq istəyirdim.
Bir tərəfdən də Seyid qulağımın dibində durmadan təkrar edirdi: “Heydərbaba, dünya yalan dünyadı...”
Məqbərəyə daxil oluruq. Burda beş məşhur şairin məzarı var. Bundan başqa Sədinin, Nizaminin də kiçik heykəlləri qoyulub.
Artıq günortadır. Gün təpəmi deşir. Çöldə su içmək olmaz, siqaret çəkmək olmaz. Həm də yolun yorğunluğu məni bezdirib. Tez otelə getmək, yuyunmaq və yatmaq istəyirəm.
Seyid məni məqbərənin yaxınlığındakı balaca bir muzeyə baxmağa dəvət edir.
Məhəmməd Həsən Behtuni adlı sənətkar burda müxtəlif materiallardan (daş, sement, torpaq, müxtəlif süxurlar) istifadə edərək meyvə, tərəvəz, xörəklər, müxtəlif qidaların sərgisini açıb. 1000 tümən (bizim pulla 70 qəpik) verib ikimiz də muzeyə keçirik. Sənətkarın bu işləri doğurdan da heyrətamizdir. Adama elə gəlir ki, şüşənin altındakılar həqiqi xörəklərdir. Ac və yorğun vaxtımda belə yerdə çox qalmaq sadəcə əsəblərimə toxunurdu.
“Otel”
Həci Sultan əmmə gedib Təbrizə,
Amma nə Təbriz ki, gələmmir bizə,
Balam, durun qoyaq gedək evimizə,
Ağa öldü, tufağımız dağıldı,
Qoyun olan yad gedibən sağıldı...
Muzeydən çıxıb otelə gəldik. Seyidlə sağollaşıb onun pulunu verdim. Otel deyəndə ağlınıza dördulduzlu müasir tikili gəlməsin. Qabağına Pars Hotel yazılıb. İçəri girəndə görürsən ki, bura sadəcə, ucuz bir qonaq evidir. 10 “Xomeyni” (iranlılar pulu qısa olaraq bəzən belə adlandırırlar) verib (bizim pulla 7 manat) təkadamlıq otaq tuturam. Otağın balaca bir pəncərəsi var. Yadıma Necip Fazılın “Otel odaları” şeiri düşür. Elə bilirəm ki, bu otaqda uzanan kimi ürəyim dayanacaq, öləcəm.
Hər tərəf çirklidir. Bu lap ürəyimi sıxır. Yuyunduqdan sonra otelin açıq olan yeməkxanasına gedirəm. Bura həm yeməkxanadır, həm də “resepşn”.
- Yeməyə nəyiniz var?
Otelin həm yeməkxanasını işlədən, həm “resepşın”ın da oturan kişi sakit səslə iki yemək adı çəkir: yumurta və piti.
Yumurta sifariş edirəm. 10 dəqiqədən sonra qoca bir kişi tavada yumurtanı və nazik İran çörəyini qabağıma qoyur. Gözümü yumub yumurtanı yeyirəm. Yeməsəm gərək iftar açılana qədər acından öləm. Üstündən bir çay içib çölə çıxıram.
Bazar
Heydərbaba, ağacların ucaldı,
Amma hayıf, cavanların qocaldı...
Firdovsi xiyabanı ilə üzü bazara doğru gedirəm. Yerli camaat iddia edir ki, Təbriz bazarı dünyanın ən böyük bazarıdır. Hələ bazara çatmamışam. Amma elə hər yan ticarət köşkləri ilə doludur. İki addımdan bir çərəz satılan dükanlar var. Burda fıstığın bir kilosu 7-8 manatdır. 200 qram fıstıq alıram. Bazar yerləşdiyi meydana gəlib çatıram. Yolu elə düzəldiblər ki, məcbur olursan keçidlərdən keçməyə.
Şəhərin mərkəz hissələrində adama elə gəlir ki, iranlıların ancaq məşğul olduğu bir iş var. Bu da alverdir. Hər tində, yolların kənarlarına hamı nəsə satır. Bizdə olduğu kimi, orda da uzuc disklər satırlar.
Yavaş-yavaş bazarı gəzməyə başlayıram. Burda nə desən tapmaq olar. Özü də qiymətlər çox ucuzdur. Əvvəllər isə ümumiyyətlə ucuz olub. Böhrandan sonra İranda benzinin qiyməti xeyli qalxıb. İndi hər kəsin gündə 2 litr benzini 30 qəpiyə (litri 15 qəpik) almaq imkanı var. İki litrlik normadan sonra isə benzinin litri hardasa 50 qəpikdir.
Günün istisində səs-küylü Təbriz bazarını gəzirəm. Kilosu 55 qəpik olan banandan 5 kilo alıb otelə qayıdıram. Otağımda oturub bir az banan yeyirəm.
Hələ saat 3-dür. Gün keçmir bu darıxdırıcı şəhərdə...
Gözlərimi yumuram ki, yuxuya gedim...
Elmin HƏSƏNLİ
P.S. Sabah yazının ikinci hissəsində oxuyacaqsınız:
- İranda spirtli içkini necə almaq olar?
- İranlılar iftara nə yeyirlər?
- Təbrizdə gənclər necə geyinir? Hansı musiqiyə qulaq asırlar?
- Şimali Azərbaycan haqda təbrizlilərin fikirləri necədir?
- Təbrizlilər mənə necə atdılar?

2626 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024