Qəribə yazıçı ölümləri

Qəribə yazıçı ölümləri
11 avqust 2011
# 11:16
Fransua Villon – fransız şairi – Bir keşişi öldürdü və azadlığa çıxan kimi linç edildi.


Tomas Çatterton - ingilis şairi - 17 yaşındaykən arsen (dişə qoyulan mərgümüş) qəbul edərək özünü öldürdü. Çox tanınmadığına görə ümidsizliyə qapılmışdı. Öldükdən sonra məşhurlaşdı…


Corc Bayron - ingilis şaiir – Hərarətini aşağı salmağa çalışan həkim tərəfindən öldürülüb. Son sözləri: “Artıq yatmalıyam” olub.


Onore de Balzak - fransız yazıçı – Həddən çox qəhvə içdiyi üçün boğulub öldü


Edqar Po - amerikalı yazıçı – Ölümünün dəqiq səbəbi bilinmir. Bəzilərinə görə, quduzluqdan, bəzilərinə görə, beyin tıxanıqlığından ölüb. Soyğunçular tərəfindən öldürüldüyünü də iddia edənlər var. Dəqiq bilinən isə budur ki, cəsədi ölümündən bir neçə gün sonra qəsb edilmiş halda tapılıb. Dəfnində cəmi 4 nəfər iştirak edib.


Lev Tolstoy - rus yazıçısı - Soyuq bir qış gecəsində qatar stansiyalarının birində donaraq ölüb.


Artur Rembo - fransız şairi – Sifilis qurbanı idi. Əvvəlcə sağ qıçı kəsildi, sonar iflic keçirdi, daha sonra isə yavaş-yavaş komaya girdi və öldü.



Şervud Anderson - amerikalı yazıçı - Bir şənlikdə içdiyi martininin içərisindəki zeytunun kürdanını udduqdan sonra bağırsaq iltihabı keçirdi və öldü.


Cek London - amerikalı yazıçı - Həddən artıq dozada morfi qəbul etdikdən sonra 40 yaşında öldü.



Virciniya Vulf - britanyalı yazıçı və tənqidçi - Ciblərini daşla dolduraraq özünü Ousa çayına atıb.


Franz Kafka - Vərəmdən ölüb və cəsədi ailəsinin dəfn olunduğu Praqaya gətirilərək yandırılıb və sonra torpağa basdırılıb. Ən böyük arzusu ölümündən sonra bütün əsərlərinin yox edilməsi idi.


Serqey Yesenin - rus şairi – Uzun müddət Mərdəkanda yaşayıb və əsas əsərlərini burda yaradıb. Leninqradda Anqleter otelının 5 №-li otağında biləklərini kəsərək qanıyla ən son şeiri olan “Xoşca qal, yoldaşım”ı yazıb və özünü asıb.


Uilyam Folkner - amerikalı yazıçı - Atdan yıxıldıqdan sonra infarkt keçirib və ölüb.


Ernest Heminquey - amerikalı yazıçı – Öz evində atasından qalma ov silahı ilə beynini göyə uçurub.


Tomas Vulf - amerikalı yazıçı – beyin tuperkulyozuna yoluxub və tədricən dünyasını dəyişib.


Tennesi Uilyams - amerikalı dramaturq – dərman içmək istəyərkən qutu qapağını udaraq boğulub.


Silviya Plat - amerikalı şair - Başını sobaya soxub yandıraraq intihar edib.


Aleksand Puşkin - rus şair və yazıçı. Dueldə uduzub və 3 gün sonra ölüb.


Otto Veyninger - avstriyalı filosof - 21 yaşında ilk kitabı “Cinsiyyət və xarakter”in nəşr olunmasından qısa bir müddət sonra Bethovenin də ölmüş olduğu evdə özünü silahla öldürüb.


Andres Kaysedo - kolumbiyalı yazıçı. 25 yaşından sonra “yaşamağa dəyməz” deyirdi. Dediyini də edib - 25 yaşında özünü öldürüb.


Stefan Sveyq – avstriyalı yazıçı - 1941-ci ildə Brazilyada yaşayarkən Avropanın vəziyyətinə kədərlənir və həyat yoldaşıyla birlikdə intihar edir.


Emilio Salqari - italyan yazıçı. Samuray üsulu ilə əvvəl boğazını, sonra isə eyni qılıncla mədəsini kəsərək intihar edib.


Hazırladı: Vüqar Qurdqanlı
# 2452 dəfə oxunub

Oxşar xəbərlər

"O, ilk Xalq şairimizdir ki..." - Nəriman Həsənzadədən nəyi öyrənmişik?

"O, ilk Xalq şairimizdir ki..." - Nəriman Həsənzadədən nəyi öyrənmişik?

10:00 23 fevral 2026
"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

15:00 22 fevral 2026
"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

15:00 19 fevral 2026
“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

14:54 18 fevral 2026
Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

11:30 18 fevral 2026
Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

13:00 17 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər