Puşkin, Qoqol, Turgenev, Tolstoyun jurnalı: “Sovremennik”

Puşkin, Qoqol, Turgenev, Tolstoyun jurnalı: “Sovremennik”
30 iyul 2011
# 13:00
“Sovremennik” – 1836-66-cı illərdə Peterburqda işıq üzü görən ictimai-siyasi və ədəbi jurnal. 1843-cü ilə qədər ildə 4 dəfə, sonra isə hər ay çıxıb. Jurnalda şeir, nəsr, tənqidi məqalə, tarixi, etnoqrafik və s. dərc olunub.

Jurnalın təsisçisi A.S. Puşkin olub. İşləmək üçün cəlb olunanlar arasında Qoqol, Vyazemski, Odoevski və başqa imzalar olub. Puşkinin vəfatından sonra jurnal tənəzzülə uğradı, 1838-ci ildən onu nəşr edən P.A. Pletnyov 1847-ci ildə “Sovremennik”i N.A. Nekrasov və İ.İ. Panevə verdi.

Nekrasov “Sovremennik”ə Turgenev, Qonçarov, Qertsen və Oqaryovu cəlb etməyi bacardı. Ç. Dikkensin, J. Sandın və başqa Avropa yazıçılarının tərcümələri jurnalda yer aldı. 1847-48-ci illərdə rəsmi redaktor A.V. Nikitenko, ideoloji rəhbər V.Q. Belinski oldular.

Jurnalın proqramını müəyyən edən məqalələr isə daha çox müasir realist tənqid, inqilabi-demokratik ideyaların təbliği, realist sənət uğrunda mübarizə idi. Jurnalın 1848-ci ildə tirajı 3.100 nüsxə idi.

Gertsenin mühacirəti, Belinskinin vəfatı, siyasi reaksiyalar və senzura 1848-ci ildən başlayaraq jurnalın nəşrini daha da ağırlaşdı.

Elə bu mərhələdə (1848-1855) “Sovremennik” ədəbiyyata daha çox üstünlük verir, Tolstoy, Turgenev, Nekrasov kimi yazıçıların əsərlərini, Qranovskinin, Solovyovun elmi yazılarını dərc edir.

“Sovremenniki”in ən işıqlı dövrü isə 1854-62-ci illər arasında oldu. O zaman nəşrə Çernişevski və Dobrolyubov rəhbərlik edib. 1858-ci ildən jurnal mühafizəkar və liberallar arasında polemika yaradır, inqilabi demokratiyanın ideya mərkəzi olur. Bu illərdə onu siyasi jurnal kimi qəbul edirlər.

“Sovremennik” bu illərdəki təbliğatı ilə feodal sisteminin məhv olmasında müstəsna rol oynayıb.

1860-ci illərdə “Kolokol”la (Rusiyanın ilk inqilabi qəzeti – Avropada buraxılıb – V.Q.) kəndli inqilabının gələcəkdə Rusiya demokratiyası üçün problemlər və müxtəlif anlayışlar gətirəcəyinə dair fikir ayrılığına düşürlər.

İnqilabi siyasət yürütmək redaksiyada siyasi bölünməyə səbəb olur – liberal təmayüllü Tolstoy, Turgenev və Qriqoreviç jurnalı tərk edirlər. Elə həmin il tiraj 7.126 nüsxəyə qədər artır.

1859-ci ildə Dobrolyubov “Sovremennik”in tərkibində satirik əlavə olan “Svistok”u təsis edir. Lakin onun ölümü (1861) jurnalın 1862-ci ilin iyun ayına qədər, yəni 8 ay nəşr olunmamasına səbəb oldu. 1862-ci ildə Çernışevskinin həbsi isə ciddi zərbə oldu. 1863-cü ildə Nekrasov jurnalı yenidən nəşr etdirməyə başlayır.

Redaksiya heyətinə cəlb etdiyi M.E. Saltıkov-Şedrin, M.A. Antonoviç, Q.Z. Elissev, A. N. Pıpin sayəsində jurnalın siyasətində dəyişiklik baş verir və “Sovremennik” ən yaxşı demokratik jurnallardan birinə çevrilir. 1863-1866-cı illərdə bir çox tanınmış yazıçıların əsərləri jurnalda çap olunur.

1866-ci ildə isə “Sovremennik” bağlanır. Onun başladığı işi Nekrasov nə Saltıkov-Şedrin “Oteçestvennıe zapiski”də davam etdirirlər.

Hazırladı: Vüqar QURDQANLI
# 2185 dəfə oxunub

Oxşar xəbərlər

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq..." - Səhnəmizin kişi siması haqqında

"O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq..." - Səhnəmizin kişi siması haqqında

11:15 30 oktyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər