Fikrət Qocadan Əkrəm Əylisli və Mehriban Vəzirə sərt ittihamlar
13 iyul 2011
10:52
Böyük fransız mütəfəkkiri Volter tərəf-müqabilinə üz tutaraq demişdir: “Mən Sizin fikrinizlə razı deyiləm. Amma Sizin bu fikri demək imkanınızın olması üçün həyatımı belə, fəda etməyə hazıram”.
Demokratiyanın özəl prinsipi budur, başqa düşüncəyə, razılaşmadığın fikrə dözümlü münasibət. Təəssüf ki, özlərini demokrat kimi qələmə verənlərin bəziləri bunun tam əksini nümayiş etdirirlər, öz düşüncələriylə üst-üstə düşməyən hər fikrə qarşı dözümsüz və amansız olurlar. “Sən də mütləq mənim kimi fikirləşməlisən, mən deyəni deməlisən” davranışı demokratik yox, totalitar düşüncənin təzahürüdür.
Bir müddət bundan qabaq “Azərbaycan” qəzetində mitinqlərlə bağlı bəzi mülahizələrimlə çıxış etdim. Şifahi görüşlərdə də, telefon zəngləriylə də bir çox adam mənim fikirlərimi bölüşdüklərini söylədi. Amma bizdə qəribə bir adət var, razılaşanlar fikirlərini şifahi deyir, yazmırlar, razılaşmayanlar isə dərhal iradlarını qəzet səhifələrinə çıxarırlar.
Maraqlananlar məqaləmi tapıb oxuya bilər
Mən burda yazımın yalnız bir-iki abzasını təkrarlamaq istəyirəm: “İnkişaf edən bizim kimi ölkələrdə iqtidarın yaxın köməkçisi müxalifətdir. Güclü müxalifət. Sıralarında dərin zəkalı, vətənpərvər insanlar olan müxalifət. Güclü müxalifət iqtidarın güzgüsüdür, həm də elə-belə güzgü yox, danışan güzgüdür. Əyrini əyri, düzü düz deyən güzgüdür. Şübhəsiz ki, vətənin inkişafını, xalqının rifahını iqtidardan az düşünməyən müxalifətdən söhbət gedir. Belə müxalifət təkliflərini verir, hətta onların həyata keçirilməsində iqtidara kömək edir. Belə müxalifət iqtidarın uğurunu azaltmır, nöqsanların şişirtmir... Ağıllı müxalifət iqtidar olmağa alnı açıq, üzü ağ, sivil yolla gedir... Debatlarda, seçkilərdə səs çoxluğu qazanıb qalib gəlir, iqtidar olur... Deyə bilərsiniz ki, səslərin sayılmasında əliəyrilik ola bilər, insanlar aldana bilər. Dünyanın indiki zamanında insanları kütləvi halda aldatmaq mümkün deyil. Bu vəziyyət ağıllı iqtidara sərf etməz. Çünki sivil ölkələr qarşısında belə iqtidar özünü gözükölgəli hiss edəcək. Bundan ötəri də qara-qışqırıq qoparıb küçələrə tökülmək, zərrə-zərrə topladıqlarımızı töküb, dağıdıb məhv etmək, ölkəni bir neçə il geri atmaq, qaş düzəltdiyin yerdə göz çıxarmaqdır” (“Azərbaycan” qəzeti, 23 iyun 2011).
Dediyim kimi, mənim bu yazımla razılaşanlar da oldu, razılaşmayanlar da. Bu da təbiidir. Amma razılaşmayanları da iki qismə bölürəm. Mənim fikirlərimlə razılaşmayıb ədəb-ərkan çərçivəsində əks müddəalar söyləyənlər, bir də konkret mülahizələrimə cavab olaraq konkret iradlar yerinə böhtan atanlar, məni şərləyənlər. Məsələn, “Azadlıq” qəzetində dərin hörmət bəslədiyim tarixçi-alim Cəmil Həsənlinin, şair dostum Musa Yaqubun iradlarıyla razılaşmasam da, onların fikirlərini normal qəbul edirəm. Amma Mehriban Vəzirin mənə qarşı ən kobud şəkildə dediyi sözləri necə normal qəbul etmək olar ki, başdan başa böhtandır. Mehriban Vəzir yazır: “Fikrət Qoca xalq şairi yox, YAP şairidir. Başa düşürəm, Fikrət Qocanın oğlu, qızı vəzifədədir. Bəlkə də başqa asılacağı var”.
Bu tip düşüncə tərzinə malik olan adamlar kiminsə səmimi şəkildə əqidəsi olmasına inanmırlar, onlara elə gəlir ki, hər bir mövqe mütləq təmənnalıdır. Yəqin ki, məhz özləri belə olduqlarına görə hamını eyni gözlə görürlər. Hələ bu qalsın bir qırağa.
Mehriban Vəzir, səndə insaf nə gəzir?
Hörmətli Mehriban Vəzir, səndə insaf nə gəzir? Onu bil ki, mənim oğlum düz altı ildir işsizdir, bir qızım adicə kitabxanaçı işləyir, o biri iki qızım da xaricdədir, heç yerdə işləmirlər. Heç kəsdən də heç bir asılacağım yoxdur. Böhtan atanda heç olmasa əvvəlcədən məsələni dəqiqləşdirib sonra at. Etika xətrinə mən qadın yazıçıya cavab vermək istəməzdim. Amma Mehriban Vəzirin mənə qarşı kobudluğu ilk dəfə deyil. Anam rəhmətə getmişdi, cümə axşamı Yazıçılar Birliyində keçirilən bir tədbirdə axıra qədər qala bilmədim, tez getdim. Səhərisi gün Mehriban Vəzir qəzetdə (əlbəttə “Azadlıq” qəzetində) yazmışdı ki, Fikrət Qoca niyə iclasdan yarımçıq çıxıb yasa gedir, “yasın qapısı bağlanmayacaq ki...”. Nə yazıçıya, nə qadına yaraşan belə qəddarlıq Allaha da xoş getmir və Allah da bunu cəzasız qoymur.
Bir dəfə Anarla söhbətdə mənə qəribə bir şey dedi. Dedi ki, bədxahlarımızın aqibəti ilə bağlı çox nigaranam. Allah gec-tez hamısının cəzasını verir. Bəzən də lap tez verir.
Amma mən istərdim ki, hamısı uzun ömür yaşasın, çünki ən böyük cəzaları elə bu cür yaşamalarıdır.
Əkrəm Əylisliyə nə deyəsən?
Yaxşı, Mehriban Vəzir bir yana dursun, bəs mənim gənclik dostum, xasiyyətimə yaxşı bələd olan Əkrəm Əylisliyə nə deyəsən? Yenə də həmin yazımla bağlı Əkrəm deyir: “Məsələn, Fikrət Qocanın üstünə düşmüşdülər ki, sən bu mitinqlərin əleyhinə məqalə yazmısan. Mən o məqaləni oxumamışam. Amma mən onu bilirəm ki, Fikrət Qoca mitinqlərin əleyhinə yox, öz vəzifəsini qorumaq üçün belə yazı yazıb”.
“Oxumamışam, amma bilirəm ki...” sözləri sovet dövrünün “Mən Pasternakı oxumamışam, amma ittiham edirəm” qəbilindən ifadələrini yada salır...
Əvvəla, mənim vəzifəmi əlimdən kim alır ki, onu qorumağa da ehtiyacım olsun. İkinci, vəzifə hərisliyinə gəldikdə, əzizim Əkrəm, mən nə deputatlığa can atıb sonra iflas olmuşam, nə də sən alan yüksək ordenləri almışam. Sənin mənə də, dolayısıyla Anara da əsas iradın odur ki, biz niyə uzun zaman eyni vəzifələrdə çalışırıq. Bəli yüzlərlə yazıçının hər cür şıltağına dözə-dözə, ən müxtəlif məsələlərini həll etməyə çalışaraq, bir-biriylə çəkişən adamları barışdıraraq, yazıçılar üçün imtiyazlar almağa cəhd edərək, yoxsuluna, xəstəsinə, ehtiyacı olanına yardım əli uzadaraq, cavanlara qayğı göstərərək, bütün bunların müqabilində hər növ nankorluqla, satqınlıqla, dönüklüklə rastlaşa-rastlaşa biz illər boyu bu vəzifələrin bütün əzab-əziyyətlərinə dözmüşük və dözürük. Yoxsa hər hansı bir vəzifədə bir-iki il işləyib bir az çətinə düşən kimi bir-iki gurultulu cümlə deyib aradan çıxmağa nə var... Hələ “Yazıçı” nəşriyyatını dağıdıb, bərbad qoyub qaçmağı demirəm.
Şüşə evdə oturub başqalarına daş atma
Əkrəm! Bu yazında başqa qəribə fikirlərin də var. Yazırsan: “Qarabağ məsələsində güzəşt olmalıdır. Ermənilər o fikirdədirlər ki, onlar Qarabağda çoxdurlar, yaşayıblar, yaşayırlar və bunlar bu torpaqlarda öz qanunları ilə yaşamaq istəyirlər. Azərbaycan isə beynəlxalq hüquqa əsaslanıb ərazi bütövlüyünü təmin etmək istəyir. Siyasi yox, bir az fəlsəfi tərəfdən baxsan, bu mövqelərin hər ikisində müəyyən qədər ədalətli məqamlar var. Heç kim haray-həşir salmasın ki, Əkrəm Əylisli deyir, gedin torpaqlarımızı verin. Mən deyirəm ki, bu məsələnin həlli üçün hökmən güzəşt lazım olacaq. Bilirsiniz, siyasət ərazi bütövlüyünün təmin olunmasına yönələ bilər. Amma heç bir siyasət xalqları bir-birinə düşmən eləməyə yönələ bilməz. Bizdə imkan yaradırlar ki, hər yerindən duran erməni xalqı, onun tarixi, mədəniyyəti haqqında ağzına gələni danışır. Xalqları bir-birinə düşmən eləmək bəşəriyyət qarşısında cinayətdir”.
Mən Əkrəmin bu əcaib müsahibəsindən nəticə çıxarıb onu təslimçilikdə, ermənilərə vəkillik etməkdə suçlamaq istəmirəm. Ancaq onu demək istəyirəm ki, hansı tərəfdən baxırsan bax - istər siyasi, istər fəlsəfi, istər coğrafi, - Azərbaycan Ermənistanın torpaqlarını deyil, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, bir milyon insanımızı yurdundan-yuvasından didərgin salıb. Yəqin ki, Sero xanzadyanların, Zori balayanların Azərbaycan xalqını, onun tarixini, ədəbiyyatını təhqir etdiklərini də bilməmiş deyil Əkrəm. Bilir və bu barədə susur, yalnız erməni tərəfin mövqeyini ifadə edirsə, bu, onun öz işidir. Amma daha şüşə evdə oturub, başqalarına daş atmasın.
Bu cür aşağılamaq Əkrəmə baş ucalığı gətirmir
Kaş Əkrəm ermənilərə bu qayğıkeşliyinin yüzdə birini illər boyu üzvü olduğu, hər cürə imtiyazlarından bola-bol faydalandığı Yazıçılar Birliyinə də göstərəydi, bu təşkilata bu qədər kin bəslədiyini hər addımda nümayiş etdirməyəydi.
Bu dəfə də öz dediyi kimi əsərini oxumadığı Milli Kitab Mükafatı alan gənc yazarı ona görə təhqir edir ki, onu bütün qalan yazıçılara qarşı, ümumən Yazıçılar Birliyinə qarşı qoysun. Ləzzətlə yazır ki, bu mükafatı Yazıçılar Birliyi üzvlərindən heç biri almayıb. Əkrəmin ləzzətini qaçırmalıyıq. Keçən səfər də bu mükafatı Yazıçılar Birliyinin üzvü almışdı, bu səfər də beş mükafatdan dördünü Yazıçılar Birliyinin üzvləri alıb. Əkrəm Birliyin üzvü olmayan mükafatçının adına məhz Birliyi qaralamaq məqsədiylə istifadə edərək deyir ki, bu gənc Yazıçılar təşkilatının 1500 üzvündən daha maraqlıdır. Yazıçılar Birliyinin 1500 üzvündən biri də Əkrəm Əylislidir.
Gənc bir yazarın ondan daha maraqlı olmasını söyləmək doğrudan da böyük təvazökarlıqdır, amma qalan 1499 yazıçını bu cür aşağılamaq Əkrəmə baş ucalığı gətirmir.
Qocaman xalq yazıçısının illərlə üzvü olduğu və hər cür bəhrələndiyi təşkilata bu cür münasibəti içkidən başı ayrılmayan, varlığı üç qəpiyə dəyməyən köşə yazarını cuşa gətirir, qocalı-cavanlı böyük təşkilatın bütün üzvlərini ən rəzil şəkildə təhqir edir.
Azadlıq qəzeti

1203 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın
09:00
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024