Fadeyev: “Mən alçaqlıq və yalandan xilas oluram” - İNTİHAR
12 iyul 2011
14:00
Mirmehdi AĞAOĞLU
Aleksandr Fadeyev ədəbiyyat tarixində, sözsüz ki, özünün kiçik həcmli yaradıcılığı ilə yadda qalmayıb. Ölümündən sonra yazıçıdan ikisi yarımçıq olan dörd roman qaldı. Ən tanınmış əsəri olan “Gənc qvardiya”nı isə öz əlləri ilə düzəliş edərək bərbad vəziyyətə salmışdı.
Dostoyevski deyirdi ki, yaşamaq öz həyatından bədii əsər yaratmaqdır. Fadeyevi maraqlı edən də onun yaratdığı həyatı idi, bütün günahları, bütün təzadları ilə.
Dörd yaşında oxumağı öyrəndi
Aleksandr Fadeyev 1901-ci ildə Tver əyalətinin Kirmi kəndində inqilabçı ailəsində doğulmuşdu. Aleksandr uşaqlıqdan ətrafdakıları istedadı ilə heyran etmişdi. Dörd yaşında bacısının əlifba kitabından hərfləri öyrənmişdi. Sevimli yazarları isə Cek London, Fenimor Kuper idi. Gənclik illərindəki macərapərəstliyi də onda bu kitabların təsiri ilə yaranmışdı.
Belə ki, gənc Aleksandr 1918-ci ildə məktəbi yarımçıq buraxaraq inqilabçılara qoşulur, Kommunist Partiyasının sıralarına daxil olur. Partiya təbliğatçısı kimi çıxış edir. Partiyada Bulıqa ləqəbi ilə tanınır. Aleksandr partizan dəstələrinə qoşulur və Uzaq Şərqdə döyüşlərin birində yaralanır.
1920-ci illərdə təhsilin davam etdirmək üçün universitetə daxil olsa da, yenə hərbi əməliyyatlarında iştirak edir. Kronştadt üsyanının yatırılması zamanı ikinci dəfə yaralanır. Sağalandan sonra Aleksandr Moskvada qalmağa qərara alır.
Yazıçılıqdan məmurluğa
Fadeyev hələ döyüşçü olduğu zamanlardan yazırdı. Tərxis olunandan sonra isə ciddi surətdə yaradıcılıqla məşğul olmağa başladı və 1926-cı ildə onun “Darmadağın” romanı çap olundu. Romanın çapından sonra Fadeyev gənc və istedadlı bir yazıçı kimi ədəbi çevrədə şöhrət qazandı.
Ani uğurdan sonra Fadeyev yaradıcılığa daha az vaxt ayırmağa məcbur idi. Bütün məziyyətləri, ailəsinin və özünün inqilabı keçmişi partiya siyasətinin parametrlərinə cavab verirdi. Odur ki, gənc yazıçı tezliklə Rusiya Proletar Yazıçıları İttifaqının rəhbəri təyin edildi.
Sosialist realizminin atası
Fadeyev sosialist realizminin nəzəriyyəçilərindən biri idi. Onu “ədəbiyyat naziri”də adlandırdılar. Fadeyev demək olar ki, 30 il müddətində sovet ədəbiyyatının yol göstərənlərindən biri olmuşdu. Sözsüz ki, əksər hallarda partiyanın sifarişlərini də yerinə yetirirdi. Partiyanın bəyənmədiyi yazıçılar onun əlilə vurulurdu. O, Platonov, Axmatova, Pasternak, Zoşşenko kimi yazıçıları sosialist realizmindən sapmaqda günahlandırır, onları “rus ədəbiyyatının tör-töküntüləri” adlandırırdı.
Dövrün tələblərinə cavab verməyən bir qrup yazarların təqib olunmasında onun rolu az deyildi. Ali kürsüdən onları tənqid edənlərin başında, əlbəttə, Fadeyev dururdu. Onun 1949-cu ildə “Pravda” qəzetində yazdığı “Bir qrup antivətənpərvər teatr tənqidçiləri haqqında”məqalə ilə “Kosmopolitlərlə mübarizə” kampaniyasının əsası qoyuldu. Məqaləni Stalin şəxsən redaktə etmiş, başlığı da özü qoymuşdu.
Xəstə yatağındakı Platonova yardım edirdi
Fadeyev təzadlı həyat sürürdü. Əgər Yazıçılar İttifaqının qurultayında Andrey Platonovu, Bulqakovu, Pasternakı tənqid edirdisə, əvəzində Platonov xəstə olanda tez-tez ona baş çəkir, müalicəsi üçün arvadına maddi yardım edirdi.
Fadeyev Anna Axmatova yaradıclığını tənqid etməklə, onu burjuaziya maraqlarından çıxış etməkdə günahlandırmaqla bərabər Stalin mükafatına da təqdim etmişdi. Oğlu N. Qumilyovun azad edilməsi üçün yuxarılara minnətçi düşmüşdü.
Bulqakov ölüm yatağında olanda Fadeyev onunla son dəfə görüşür. Kim deyə bilər ki, onun Platonovla, Bulqakovla söhbətləri hansı xarakterdə idi, onlardan əfv diləmişdimi? Nə bilmək olar?
Böyük Vətən Müharibəsində hərbi müxbir
Fadeyev ilk romanı “Darmadağın”dan sonra daha çox ədəbi-tənqidi məqalələr yazırdı. O, müharibə illərində hərbi müxbir qismində cəbhə bölgəsinə gedir. Almanlara qarşı mətanətlə vuruşaraq həlak olmuş Qırmızı Don yeniyetmələri haqqında əhvalatı eşidir. Fadeyev bundan sonra iri həcmli “Gənc qvardiyaçılar” romanını yazır.
Sovet ədəbiyyatı ideoloji rəhbərinin romanı gözlənildiyi kimi rəğbətlə qarşılanmır. Hətta Stalin belə Don gənclərinin müqavimət hərəkatında partiyanın rolunun göstərilmədiyi üçün Fadeyevi möhkəm danlayır.
Stalin ona nə dedi?
“Xalqlar atası” Fadeyevi qəbuluna çağırtdırır. Qapını döyüb kabinetə daxil olan Fadeyev Stalini qanıqara görür. Stalinin soyuqluğunu o dəqiqəcə duyan yazıçı irəli gəlməyə cəsarət etmir. Stalin başını qaldırıb:
- Siz kimsiz, yoldaş Fadeyevsiz? - Rəng alıb, rəng verən Fadeyev cavab verməkdə çətinlik çəkir, Stalinin bu cür köntöy sual verməsinin bir səbəbi olduğunu anlayır. Amma səssiz dayanmağın da ona bir faydasının olmayacağını dərk edir:
- Mən yazıçıyam, yoldaş Stalin.
Stalin elə bu cavabı gözləyirmiş kimi:
- Siz p.xsuz, yoldaş Fadeyev, yazıçı deyilsiz!
Sonra əlini masanın üstündə açıq duran kitaba vuraraq
- Yazıçı bax budur, Anton Pavloviç Çexov. Siz ideoloji cəhətdən zərərli kitab yazmısınız. Siz gənc qvardiyaçıları cinayətkar dəstə kimi, maxnoçular kimi təqdim etmisiniz. Məgər partiyanın rəhbərliyi olmadan faşizmə qarşı effektiv mübarizə aparmaq mümkündürmü? Sizin kitabınıza görə mümkündür.
Fadeyev dinməzcə dayanır, heç nə deyə bilmir. Stalin onu qapıdanca qaytarır.
- Gedin və düşünün, yoldaş Fadeyev.
Romanı yenidən yazdı
Fadeyev əsəri yenidən yazmağa məcbur olur. O zarafatla dostlarına deyirdi: “Gənc qvardiyanı qocasına dəyişməklə məşğulam”.
“Gənc qvardiya”nın işlənmiş variantı birinci qədər güclü alınmasa da, onun ölümündən sonra bu əsər sovet dərsliklərinə salındı. Filmi də çəkildi. Bir neçə il öncə aparılan araşdırmalarda isə məlum oldu ki, sən demə, Fadeyev romanda bir çox tarixi faktları təhrif edibmiş.
Fadeyevin “Udegeylərin sonuncusu” və “Qara metallurgiya adlı” iki yarımçıq romanı da var. O, 31 mart 1951-ci ildə Stalinə məktubunda sonuncu romanda “nəhəng kommunizm quruculuğu”ndan yazacağını vəd edirdi.
“O mənim atamdır”
Fadeyev deyirdi: “Mən bir Stalindən, bir də anamdan qorxuram”. Fadeyev Stalinə dərindən bağlı adam idi. Əgər bütün ölkədə bir Stalin xofu var idisə, Fadeyevdə qorxudan ziyadə sevgi vardı.
Stalinin vəfatından sonra “Xruşşov qızdırması” zamanında Fadeyev üçün də ağır günlər başlamışdı. Bir zamanlar Stalinin sadiq tərəfdaşlarından biri olan Fadayev Xruşşovun diqqətindən kənarda idi. 20-ci qurultayında Şoloxov onu kəskin tənqid elədi. O, sovet ədiblərinin repressiyaya məruz qalmasında başlıca günahkarlardan biri hesab olunurdu.
Ömrünü müxtəlif tədbirlərdə, rəsmi mərasimlərdə, ictimaiyyət arasında keçirmiş bir adam artıq əvvəlki nüfuza malik deyildi. O özü də bir zamanlar etdiyi səhvləri dərk edir, vicdan əzabı çəkirdi.
Ömrünün sonun iki ay qalmış içkini də tərgitmişdi. Daha əvvəl kimi sərxoş olub küçədə, kanal qırağında yıxılıb qalmırdı. Oğlu Mixailin xatirələrinə görə, ölümündən bir gün əvvəl Peredelkinodakı bağ evindən Moskvaya gedib bir neçə nəfərlə görüşür, bundan sonra bağa qayıdır.
Mayın 13-də isə, çox sevdiyi dostu Səməd Vurğunun 50 illik yubileyinin səhəri günü iş otağında tapança ilə sinəsindən nişan alır. Fadeyev ölümündən qabaq Mərkəzi Komitəyə məktub yollamışdı. Məktub o zaman ictimaiyyətə açıqlanmadı, gizli saxlanıldı. 44 il gizli arxivdə saxlanılan məktub yalnız 1990-cı ildə dərc olundu: “Mənim həyatım bir yazıçı kimi bütün mənasını itirir və mən alçaqlıq, yalan və böhtan kimi üzərimə düşən bu murdar mövcudluqdan böyük sevinclə xilas olaraq, həyatdan gedirəm. Son ümidim bunu heç olmasa, dövləti idarə edən insanlara demək idi, amma 3 il ərzində xahişlərimə baxmayaraq, məni heç kim qəbul edə bilmir.
Məni anamın yanında dəfn edərsiz.”
Fadeyevi Sovetlər İttifaqının böyük yazıçısına layiq bir şəkildə Novodeviçye qəbirstanlığında dəfn elədilər. Ömrünü sədaqətlə partiya yolunda xərcləmiş yazıçının son arzusu yerinə yetirilmədi.

1735 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024