Fuad Biləsuvarlıdan mini-yubkalı qızlara mesaj

Fuad Biləsuvarlıdan mini-yubkalı qızlara mesaj
30 iyun 2011
# 16:32
Bu gün şəhərimizdə bəzi gənc qızlarımızın geyim tərzi məni çox qıcıqlandırır. Bu nə qədər acınacaqlı olsa da, hal-qəziyyə belədi. Hətta mən buna əyani sübut kimi təhsil aldığım universitetdə tələbə qızlarımızın geyim tərzlərini göstərə bilərəm ki, mini-yubka onların geydiklərinin yanında toya gediləsidir – qızlar dərsə şortda gəlirlər.

Görəsən, gələcəyin əsgər oğullarımızın anaları bunlarmı olacaq?

Bir anlıq bunu gözümün önünə gətirəndə məni vahimə bürüyür!

Arada oturub öz-özümə fikirləşirəm ki, azərbaycanlı ola-ola bizim qızlar xaricə niyə meyil edirlər? Niyə geyim-keçimlərinə fikir vermirlər?

Bu qızları, - ataları-anaları olsa da belə, - yiyəsizdirlər. Bəli, düz buyurdum o qızlar yiyəsizdir. Axşamacan bulvarda, oğlanlarla kefdə-işrətdə. Evə gecə saat 3-də evə gedəndə min cür bəhanə gətirib valideynlərini aldadırlar. Görəsən, sərbəstlik bu cürmü olmalıdır? Bəlkə, qızlarımızın hamısı Rəqsanə olmaq istəyirlər?

Kim olmaq istəyirlərsə, olsunlar. Mentalitetimizə riayət etsinlər. Adam olmağa gəldikdə isə çətin ki, adam olsunlar. Hanı qızlarımızda Tomris qeyrəti, Nigar namusu, Həcər isməti? Hanı oğullarımızda Ramil mərdliyi, Mübariz şücaəti, Çingiz qəhrəmanlığı?

Düz yolda olmağınızı bilirsinizmi?
# 4108 dəfə oxunub

Oxşar xəbərlər

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər