Xamneyi: “Zərdüşt də peyğəmbərdi”

Xamneyi: “Zərdüşt də peyğəmbərdi”
5 fevral 2013
# 16:39

Dünyanın ilk və son qeyri-semit peyğəmbəri

«Onlara heç bir şey vermə …

amma yenə də onlara nəsə vermək

istəyirsənsə, onlara sədəqə ver, amma

əvvəl səndən sədəqə istəməyə zorla»

Fridrix Nisşe. «Zərdüşt belə söyləmişdi»

«Nə qədər ki, insanların damarında gənc qanı qaynayır, nə qədər ki, gecə, ay və sevgi var, bic uşaqlar doğulacaq. Bunula mübarizə aparmaq lazım deyil, hesablaşmaq lazımdır. Zina tək əməllə olmur, sözlə, baxışla, xəyalla da zina edilir».

«Nə qədər ki, insanlar öz zəiflikləri ilə mövcuddur, rüşvət veriləcək və alınacaq: ola bilsin qızıl pul şəklində, ola bilsin yaltaqlıq şəklində, ola bilsin ki, sevgiylə»

Zərdüşt peyğəmbər

“Avesta”nın dili

Eramızdan əvvəl 4-cü əsrin sonlarında Makedoniyalı İsgəndər dövrün ən böyük ordusu Əhəməni Daranın yenilməz hesab olunan qoşunlarını darmadağın edib Persiyanın içərilərinə doğru irəliləyirdi. Əhəməni şahını təqib edən İsgəndər Makedoniyadan çox uzaqlarda olan Baktriya çöllərinə qədəm qoyduğu zaman Daranın öz satrapları tərəfindən öldürüldüyü xəbərini aldı. Daranın öldürülməsi və Əhəmənilər sülaləsinə son verilməsi ilə Makedoniya və bütün Ellada üçün böyük təhlükənin ortadan qalxmasına baxmayraq İsgəndər ucsuz Asiya torpaqlarının içinə doğru irəliləməyə davam etdi.

Ermızdan əvvəl təqribən 362-cı ildə İsgəndərin ordusu Baktriya ilə Türküstan sərhədi yaxınlığında yerləşən İstahr şəhərini mühasirəyə aldı. Bu kiçik sərhəd şəhərinin önəmi ondan ibarətdi ki. neçə yüz illərdi 72 min öküz dərisi üzərində yazılan müqəddəs «Avesta» kitabının orjinalı bu şəhərdə saxlanılırdı.

İsgəndər şəhəri 7 qat mühasirəyə aldı və özüylə Yunanıstandan və Persepoldan gətirdiyi dövrün ən elmli şəxslərinə «Avesta»nın tibbi, fəlsəfi və astronomik bölümlərini yunan və pers dillərinə tərcümə etməyi əmr etdi, özü isə yenidən Əhəmənilərin paytaxtı Persepola döndü. Üç aydan sonra İsgəndərə tərcümənin başa çatdığını bildirdilər və fateh İstahra gələrək «Avesta»nın orjinalının yandırılmasını əmr etdi.

«Avesta»nın orjinalının hansı dildə olması bu gündə ciddi mübahisəlidir. Bir çoxları Zərdüştün gətirdiyi kitabın qədim ari dilinin dialektlərindən birində olduğunu iddia edirlər. Amma «Avesta»nın orjinalının bilinməyən qədim maq dilində olduğunu iddia edənlər də var.

1972-ci ildə Özbəkistanın Əfqanıstanla sərhədində, Qaraqum səhrasında qədim Bəlx şəhərinin yaxınlığında gənc arxeoloq Zəfər Həkimov bir kurqan kəşf etdi. Qazıntıları davam etdirən arxeoloqlar qədim şəhərin izlərini tapdılar. Burda sanki hər şey «Avesta»dan bəhs edirdi. Ən qəribəsi isə o idi ki, qədim şəhərin mədəniyyəti Şumer mədəniyyətindən heç bir şeylə fərqlənmirdi…

Möcüzəli doğuluş

Hardasa təxminən eramızdan 1300 il əvvəl Böyük Turan xaqanının kiçik qardaşı, xaqanlığın sol bəylik xaqanı Börüzarın Midiya torpaqlarında yerləşən Əraq şəhərindəki sarayında dünyaya bir uşaq gəlir. Uşaq doğulurkən hər kəsi şaşırdı və Börüzar möcüzəni yozmaq üçün maqlar ölkəsi olaraq tanınan Midiyanın bütün tanınmış maqlarını saraya dəvət edir.

Börüzarı heyrətə salan şey oğlunun doğularkən ağlamaq əvəzinə şaqraq gülüşlə gülməsi idi. Yeni doğulan uzağın üzündəki işıq və gülüşün nuru doğumu qəbul edən 7 mamaçanı heyrətə salmışdı.

Maqların cavabı xaqana bir mənalı oldu: «Bu Göyün yolladığı əlamətdir. Doğumdan həmən sonra gülürkən sən oğlundan ətrafa yayılan Tanrı işığını görmüsən. Yeni doğulan çağalar ona görə ağlayırlar ki, doğulur-doğulmaz ölümü hiss edirlər. Doğulurkən ancaq o şəxs sevinir və gülür ki, özünün haqq və ölümsüz olduğunu hiss edir». Və sanki maqların sözünü təsdiq etmək üçün çağa dil açaraq heç kəsin bilmədiyi bir şer söylədi. Sonradan məlum olacaqdı ki, bu «Avesta»nın «qat»larına aid olan giriş mətnidir.

Maqların toplantısında həmçinin qərara alınır ki, uşağın adını Zərdüşt (bu ad orjinal variant deyil), qoysunlar. Maqların dilində bu «haqq nurunun hakimi» anlamını verirdi.

On illik səsiz itaətin mükafatı

Zərdüşt 7 yaşına dolduğunda atası onu maqların tərbiyəsinə verir və gələcək peyğəmbər tam 13 il maqlardan dərs alır. 15 yaşında Zərdüşt bir kamil kahinin biləcəyi hər şeyi bilir və rəvayətə görə bütün elmələrə sahib olur. Həddi-buluğa çatdığı üçün atası 15 yaşında oğluna qız bəyəndirmək üçün ölkənin bütün gözəllərini toplayır. Zərdüşt qızlardan onun gözlərinə baxmasını istəyir və yalnız qızlardan biri onun gözlərinin iiçinə baxmağı bacarır və xaqan oğlu həmin qızla evlənir. Gələcəkdə Zəhdüşt daha 2 dəfə evlənəcək və onun 3 oğlu, üş qızı doğalacaqdı.

Hər şeyi olmasına baxmayaraq o, həqiqətin nə olduğunu bilmir. Öz mahiyyətini anlamayan Zərdüşt 20 yaşında dağa qalxır və orda bir çayın sahilində oturub düşünməyə başlayır. Bir çox tarixçilərə və araşdırmaçılara görə Zərdüştün 10 il müddətində yaşadığı mağara məhz indiki Savalan dağında yerləşir.

Rəvayətə görə Zərdüşt tam on il Savalan dağında kiçik bir çayın sahilində dərin fikirlərə qərq olur və durmadan həqiqət və həyatın nə olduğunu duşunur. Bütün dinlərdə olduğu kimi həmin müddətdə şeytanlar (divlər) dəfələrlə onu doğru yoldan sapdırmağa, şirnikləşdirməyə və hətta öldürməyə cəhd edirlər. Buna baxmayaraq gələcək peyğəmbər şeytanlara təslim olmur və nəhayətdə Tanrı Ahura Məzda (Hörmüz) öz mələyini ona göndərib peyğəmbərini müjdələyir.

Bir gün Zərdüşt Dac çayının sərin şırıltısını dinləyərək dərin düşüncələrə dalır. Artıq on ildir ki, o, yaşamının mənasını axtarır və tapa bilmir. Birdən çayın o biri sahilindən nomal insanın boyundan üç dəfə hündür olan bir şəxs peyda olur və çayı keçərək Zərdüştə yaxınlaşır. Şəxsdən ətrafa yayılan nurdan Zərdüşt anlayır ki, ona yaxınlaşan Tanrının mələklərindən biridir. Suyun üzəri ilə yeriyən naməlum şəxs Zərdüştə yaxınlaşıb soruşur:

- Sən kimsən?

- Mən Zərdüştəm

- Sənin iztirabların nə üçündü?

- Mən həqiqəti axtarıram

- Mən sənin qarşındayam. Mən Xeyirxah Düşüncəyəm. Amma bil ki, mənim üzərimdə də yaradan var. O yaradan bütün Fikirlərin Hakimidir.

Və Xeyirxah Düşüncə Zərdüştün əlindən tutub: «Arxamca gəl, ey doğru yolun yolçusu, mən səni ölümsüzlərin məclisinə aparıram» - deyir.

Tanrı Peyğəmbərini öz şüuru ilə işıqlandırır

Zərdüştün meracı haqqında rəvayətdə bildirilir ki, Xeyirxahlıq mələyinin arxasınca gedən Zərdüşt göyün yeddinci qatında Tanrının hüzuruna çıxarılır və 7 ölümsüzün qarşısında Tanırının elçisi elan olunur. Ahura Məzdanın ziyası qarşısında Zərdüşt başını belə qaldırıb Fikirlərin Hakimini görə bilmir. Müqəddəs ölümsüzlər Zərdüştə öyrənmək istədiklərini sormaq imkanı tanındıqdan sonra peyğəmbər soruşur:

«Vücud aləmində birinci, ikinci, üçüncü növbədə kamil olan nədir?»

Və Tanrı cavab verir: «Birinci kamil olan xeyirxah fikirdi, ikinci kamil olan xeyirxah sözdü və üçüncü kamil olan xeyirxah əməldi».

Bundan sonra Tanrı özünün ilahi yaradıcı şüurunu Zərdüştün şüuruna ötürür və Zərdüştə bütün həyatın, həmçinin Müqəddəs Ruhun sirri nazil olur.

Geri dönərkən Zərdüşt şüurunda Yerə özüylə dünyanın ilk müqəddəs kitabını «Avesta»nı gətirir.

Öz vətənində peyğəmbər olmur

Tanrı nuru ilə ziyalanan Zərdüşt geriyə, insanların yanına dönür. «Avesta»nının fraqmentlərində göstərilir ki, Zərdüşt Hörmüzün dərgahından geri dönərkən yol boyu mələklər ona təzim edirlər.

Zərdüştün dağdan endiyini eşidən hər kəs onun ətrafına toplanır və Zərdüşt hər kəsə həyatın mənasının və haqqın xeyirxahlıq olduğunu anlatmağa başlayır. Onun sözləri bir dürr kimi qəbul olunur. Amma Turan xaqanlığında heç kim onu Tanrının elçisi olaraq qəbul etmir. Hətta Zərdüştün atası, qardaşları və ailəsi ona qucaq açsalarda, Zərdüştün dönüşü bayram olsa da, bu onlar üçün Tanrı elçisinin geri dönüşü anamını daşımır.

Amma yenə də Zərdüştün öz ölkəsini qəbul edilmədiynə görə tərk etməsi barədə heç bir məlumat yoxdur. Bu barədə rəvayətlər susur. Hər halda Zərdüştün həmqəbilələri yaranışdan tək Tanrıya - Göy Tanrıya inanırdılar və Zərdüştün gətirdikləri onların inanclarna qarşı deyildi. Bu durumda Zərdüştün öz vətəninini tərk edib düşmən sayılan arilərin - iranlıların torpaqlarına üz tutmasının ancaq bir səbəbi ola bilərdi. Zərdüşt çox tanrılı ariləri tək Tanrılı dinə dəvət etmək üçün evi tərk etməyə qərar vermişdi.

«Avesta»nın tərcümə olunmuş və günümüzə qədər çatan «qat»larında bildirilir ki, Zərdüşt Turan qəbilələrini tərk edərək öz dinini yaymaq üçün arilərin içinə doğru irəliləməyə başlayır. Rəvayətə görə Zərdüşt Baktriya şahı Quştabla görüşməzdən əvvəl on il arilərin içində sərgərdan gəzərək Ahur Məzdanın ona verdiyi dini təbliğ etsə də, hər yerdə arilərin təqibləri ilə üzləşir. Baktriyanın paytaxtına gəldiyi zaman onun 40 yaşı vardı. Şahın hüzuruna çıxarıldığı zaman Zərdüşt arilər tərəfindən ağır şəkildə döyülmüşdü və ayaq üstə dura bilmirdi.

Birdən şahın hüzurunda əldən düşmüş və qan içində ayaq üstündə dura bilməyən adam tamamilə sağlam və ətrafa güc təlqin edən şəxsə çevrildi. Bu möcüzədən təsirlənən Quştab kahinlərin və brahmanların Zərdüştü öldürmək tələblərinə baxmayaraq, onu yanına aldı. Qısa zaman içində şah Zərdüştün fanatik tərfdarına çevrilir və şah bütün təbəələrindən Zərdüştün gətirdiyi dini qəbul etməyi əmr edir. Quştab həmçinin öz qızını Zərdüştə ərə verir.

Zərdüştün Baktiriyada daha nə qədər yaşadığı bəlli deyil. Amma onun bir daha Baktriyadan ayrılmadığı, şahın baş vəziri olması haqqında «Avesta» mətnlərində məlumatlar var. Quştabın ölümündən sonra oğlu kahinlərin və yerli əyanların çuğulçuluğu ilə Zərdüştü imtahan etməyə qərar verir və Zərdüşt əridilmiş dəmir üzərində yeriyib, odlu dairə içində saatlarla oturub içki içsə də, yeni şah onu Bəlx şəhərinin yaxınlığındakı bir qalada həbs etdirir.

Turan - İran müharibələrinin səbəbkarı Zərdüşmüydü?

Əslində Zərdüştün həyatı bir çox fraqmentləri özündə birləşdirən versiyalardan ibarət olan əfsanələrdən ibarətdir və bu versiyalardan biri də Firdovsinin Sultan Mahmud Qəznəvinin sifarişi ilə yazdığı, amma həqiqi tarixi ən azından Herodotdan betər alt-üst etdiyi «Şahnamə»dəki Siyavuş obrazıdı. Rəvayətə görə Zərdüştün Quştabın oğlu tərfindən zindana atılması Turan xaqanın qulağına çatır və Böyük Turan xaqanı Al Ər Tunqa Zərdüştün azad olunmasını və Turana göndərilməsini Baktriya şahından tələb edir.

Şah tələbi rədd etdiyinə görə Turan ordusu İran ərazilərinə girir. Savaş İranın məğlubiyyəti ilə bitir və Zərdüşt azad olunur. Amma Zərdüşt Turana qayıtmaqdan imtina edir. Bu zaman Alp Ər Tunqa öz qızını qardaşı oğluna ərə verir və elə Zərdüştün həbs olunduğu qalanı ona bağışlayır.

«Avesta»da həmin qalada öküz dəriləri üzərində, Zərdüştün özünün hazırladığı əlifba ilə yazılır. Qısa zaman içində «Avesta» bütün İran ariləri içində müqəddəs kitab olaraq tanınır və Zərdüştin dini İranda və Hindistanın şimal şərqində arilərin qədim Veda dinini əvəz edir.

Zərdüştün yunan versiyası

Başqa bir versiyaya görə isə yeddi müdrikdən biri hesab olunan və dünyada bir çox elmlərin banisi olaraq tanınan Anaxarsis (Anakar indiki Anqara toponimii ilə eyni mənanı - Ana Yurd, Ana Torpaq anlamını daşıyır) Zərdüştdür. Yunan tarixçilərinin rəvayətinə görə türk sakların (skiflər - yunanlar turanlıları belə adlandırırdılar), xaqanının kiçik qardaşı Afinaya gəlir və burda olimpiadada iştitak edir və yeddi müdrikdən biri kimi tanınır.

Lakin Anakar Elladada öz mili ənənədərini unudur yunan adətləri ilə yaşamağa başlayır. (Hətta yunan tanrılarına tapındığı qeyd olunur). Bunu onun böyük qardaşı olan xaqana çatdırırlar və xaqan hər şeyi öz gözü ilə görmək istəyir.

Xaqanı Anakarın keyf məclisi qurduğu meşəyə aparırlar və o, gözü ilə qardaşının yunan əyanları ilə birlikdə çılpaq qızlarla və yeniyetmə oğlanlarla əyləndiyini görür. Bu zaman xaqan oxunu çıxarır və qardaşını vurub öldürür. Yunan rəvayətlərinə görə Anakar bütün dünyanı gəzmişdi və dünyanın ən müdrik şəxslərindən biri hesab olunurdu. Anakar haqqında Platon, Aristotel, Siseron, Seneka və başqa antik filosoflar bəhs edirlər.

Zərdüştün ölümü və ikinci Turan - İran müharibəsi

Zərdüştün ölümü ilə bağlı bir neçə versiya mövcuddur. «Avesta»ya görə peyğəmbəri Ahura Məzdanın ildırımı vurub, sonra o, göyə aparılıb.

Başqa bir versiyaya görə isə Zərdüştü öz əmisi oğlu Tur öldürüb. Zərdüştün arilərlə olan münasibətləri Turu qəzəbləndirir və o, atasından gizlin şəkildə Zərdüştün yaşadığı qalaya gəlib onu qılıncla doğrayır. Öldürülürkən Zərdüşt Tanrıya dua edir və əmisi oğlu onu arxadan vurur.

Buna baxmayaraq bildirilir ki, Zərdüşt öz ölümünü daha əvvəldən bilirdi. Hətta rəvayət olunur ki, Zərdüşt Ahura Məzdadan ölümsüzlük istəsə də, Tanrı ona ölümsüzlüyün ancaq cənnət və cəhənnəmin qapılarının açıldığı gün veriləcəyini bildirir.

Zərdüştün nə zaman doğulduğu haqqında tarixçilər uzun illərdir ki, mübahisələr edirlər. Onun doğumu ili eramızdan əvvəl 15-ci əsrdən 6-cı əsrə aid olunur. İran ariləri Zərdüştün ölümünü İsgəndərin İranı fəthindən 288 il əvvəl olduğunu bildirsələr də, bir çox qaynaqlarda Zərdüştün eramızdan əvvəl 13-12-ci əsrdə yaşadığı ehtimal olunur.

«Avesta»ya görə Zərdüştün öldüyü zaman yaşı 77 il və 40 gun olub.

Zərdüştün ölümü ikinci Turan - İran müharibəsinin başlanmasına səbəb olur. Zərdüştün intiqamını almaq üçün İran ariləri Turan torpaqlarına girir və hardasa əsrlərlə davam edən savaş sonunda Midiyanın süqutu ilə başa çatır. Midiyanı alan Əhəmənilər turanlıları Xəzərin şərq sahilinə sıxışdırırlar və buna baxmayaraq savaş daha yüz il davam edir. Turanlıarın hökmdarlarından biri olan Tomirisin Əhəməni şahı Kirin başını kəsməsi ilə müharibə sona çatır və tərəflər sülh müqaviləsi bağlayırlar. İran İsgəndər tərəfindən fəth olunduğu zaman Turan - İran savaşı sadəcə unudulmuşdu.

Zərdüşt nəyi öyrədirdi?

Zərdüşt monoteizmi təbliğ edən ilk peyğəmbərlərdən biri və səmavi kitab almış birinci peyğəmbərdi. Zərdüştün doğum vaxtının bu qədər böyük bir zamanı əhatə etməsi, onunla ilk semit monoteis peyğəmbər İbrahim arasında hansı zaman məsafəsini təyin etmək mümkün deyil. Əgər qəbul etsək ki, Zərdüşt eramızdan əvvəl 13-12-ci əsrlərdə yaşayıb, o zaman hesab etmək olar ki, Zərdüştlə İbrahim peyğəmbərin hardasa yaşıd olduğunu iddia etmək olar. Çünki tarixi məxəzlərdə İbrahimin qədim Şumerin Ur şəhərindən çıxıb Misirə qaçdığı zaman məhz 13-12-əsrləri əhatə edir.

Zərdüştün gətirdiyi dinin dualizmi İbrahimin tapındığı dinin dualizmindən elə də ciddi fərqlənmir. İbrahimə qarşı olan şər qüvvə Şeytan adlanırdısa, Zərdüştün şər qüvvəsi Əhriməndi və İbrahimin soyundan olan sonuncu peyğəmbərə belə verilən slam dininə görə belə, bu şər qüvvələr qiyamət günü cəhənnəmə göndəriləcək və Tanırının insana ayırdığı sınaq müddəti başa çatacaqdı.

Amma zərdüştilik ən azından ibrahimilik kimi deyildi (İbrahim peyğəmbərin Misirdə arvadı Sarranı bacısı kimi qələmə verməsi və onu firona ərə verməsini xatırlayın, ya da Lut peyğəmbərin rəvayətini) deyildi və ilkin mahiyyəti ilə xeyirlə şərin mübarizəsində xeyiri tərənnüm edirdi. Zərdüştün monoteiziminin nüvəsini xeyirxahlıq təşkil edirdi və İbrahimdən fərqli olaraq o özünü xilas etmək üçün şərdən istifadə etmirdi. İbrahimiliyə Zərdüştün təlqin etdiyi xeyirxahlıq ancaq xristianlıq və müsəlmanlıq dönəmində təlqin edilməyə başladı. Musa peyğəmbər Tövratda bu xeyirxahlığı ancaq qismən tətbiq etmişdi.

Ona görə də hesab etmək olar ki, Zərdüştilik özünün humanist mahiyyəti ilə ibrahimilikdən ən az min il əvvəl Tanrının xeyirli, bağışlayan və mehriban simalarını açıqlamışdı. Zərdüştün tanıtdığı cənnət “ən yaxşı həyat” adlanırdı. Cəhənnəmi isə “ən sarsaq həyat” adlandırırdı. Yalançı və şərə tapınanlar cəhənnəmə gedəcək, dürüst və xeyirxah olanlar cənnətdə yaşamlarını zövqlə davam etdirəcəkdilər.

Qəribədir ki, islamda bəhs olunan «Sirat körpüsü»nə «Avesta»da da rast gəlinir. Zərdüştə görə dürüst və xeyirxah olanlar üçün «Çinvad Körpüsü» enli və rahat, yalançı və günahkarlar üçünsə bıçaq ağzı kimi iti olacaqdı.

Zərdüştiliyə görə qiyamətdən əvvəl dünyaya üç xilaskar gəlməlidir. Onlardan ikisi Zərdüştün təlimini bərpa edəcək, sonuncu xilaskar gəldiyində isə qiyamət olacaq və Əhriman xilaskar tərəfindən məğlub ediləcək, bütün ölülər diriləcək və şər işlər görən insanlar cəhənnəmdə, xeyirxah əməl sahibləri isə cənnətdə məskunlaşacaqlar. Bunun üçün bütün dirilənlər əridilmiş metalın içinə atılacaq, günahkarlar yanacaq, xeyirxahların içində qalan sonuncu şər qüvvələr isə məhv olacaq və həmin insanlar dirilik südü içib cənnətə yollanacaqlar.

Zərdüştiliyin rəmzinin od olması və dinin atəşpərəstlik olaraq tanınması İsgəndərin İranı fəth etməsindən sonra başlayıb. Əslində Zərdüştin gətirdiyi dinin simvolu Simurq quşu olub. Zərdüştiliyə görə məhz bu əfsanəvi əzabkeş və fədakar quş özünü yandırır və insanların içindəki şəri öldürərək onları təmizləyib cənnətə aparpır.

Zərdüşt həmçinin qiyamətin vaxtını əvvəlcədən xəbər verən peyğəmbər hesab olunur. Onun doğum tarixini doğru müəyyənləşdirmək mümkün olmadığı üçün mütəxəssislər həmin vaxtı 21- ci əsrlə 27-ci əsrin başlanğıcı arasında müəyyənləşdiriblər.

Zərdüşt nəyi dəyişdi?

Zərdüşt ilk dəfə arilərin Vedaların qarmaqarışıq, əslində heç bir anlam daşımayan astronomik himnlərinə yeni məna verdi və insanlığa ən böyük savabın xeyirxahlıq olduğunu gətirdi. Zərdüşt anlamsız kastaları rədd etdi və insanların allah qarşısında yalnız əməllərinə görə fərqləndiklərini və həyat üçün humanizmin ən böyük dəyər olduğunu bəyan etdi.

Sözsüz ki, Zərdüşt daş dövründən yeni çıxmış arilərin dərk etmə qabiliyyətini də nəzərə alırdı və buna görə də, bu gün «Avesta»nın tərcümə edilmiş mətnləri çətin qavranılır. Yəni bizə qədər çatan «Avesta»nın tərcümə «qat»ları bizim astronomik şüurumuza deyil, Vedaların anlaşılmaz mətnlərinin yaratdığı arilərin astronomik şüuruna hesablanıb.

Zərdüştün dünyaya gətirdiyi ən böyük dəyişiklik isə Tanırın mahiyətini olduğu kimi açıqlamasıydı. Zərdüştün təqdim etdiyi Yaradan mütləq kamildi və heç bir əskiyi yoxdu. Yəni bu gün monoteist dinlərin bizə təqdim etdiyi Tanrı ilə Zərdüştün təqdim etdiyi Tanrı arasında heç bir fərq yoxdu.

Bu gün hələ də, Zərdüştün Allaşhın peyğəmbəri olub olmaması üzərində mübahisələr aparılır. Ərəblər və yəhudilər belə bir variantı qətiyyətlə rədd edirlər. Onlara görə peyğəmbərlər ancaq semitlərdən ola bilər. Yalnız on il əvvəl İranın indiki dini lideri Xamneyi Zərdüştü Allahın peyğəmbərlərindən biri olduğnu elan etdi ki, bu da, daha çox İranın mili maraqlarının təmin olunmasının göstəricisi idi.

Amma doğurdanmı Zərdüşt bu gün bizim tapındığımız Allahın elçisiydi və onun gətirdiyi «Avesta» səmavi kitabdı? Bütün hallarda «Avesta»nın insanlara daşıdığı bilik və mükəmməllik bu kitabın bir bəndə tərfindən yazıldığını istisna edir. Bu gün əlimizdə «Avesta»tərcümə olunmuş ciddi təhriflərə məruz qalmış fraqmentləri var. Lakin bu fraqmentlər belə düynanın bütün dahi insanlarını heyran edir. Məhz bu heyranlıq Nitsşeni Zərdüştə tapınmağa vadar etmişdi.

Zərdüştün insanlara gətirdiyi xeyirxahlıq, hüzur və sülhdü ki, insanlar yaranışdan bu üç şeyə möhtacdı. Və bu gündə möhtacdır.

# 9160 dəfə oxunub

Müəllifin son yazıları

# # #