İri, səssiz gözləri sevməmək olarmı?

İri, səssiz gözləri sevməmək olarmı?
11 fevral 2013
# 08:15

“Bu gecə yaza bilərəm”

Bu gecə yaza bilərəm,

Ən hüznlü şeirləri.

məsələn yaza bilərəm,

gecə ulduzlar kimi safdır

və ulduzlar uzaqdır,

elə üşüyürlər ki,

soyuqdu.

bu gecə yaza bilərəm,

Ən hüzünlü şeirləri,

Sevmişdim onu

və hərdən o da məni.

bu gecə kimi gecələrdə

uzanardı qollarımda.

sonsuz göy üzü altında,

öpərdim onu sonsuzca.

sevdi məni

və hərdən mən də onu.

iri, səssiz gözləri sevməmək olarmı?

bu gecə yaza bilərəm

ən hüznlü şeirləri.

düşünmək mənim olmadığını,

hiss etmək onu itirməyi.

eşitmək sonsuz gecəni,

onsuz gecə daha da sonsuzdu,

ruhuma düşən oddu bu ağrı,

yandırır ruhumu.

samanlığa düşən qığılcım misalı.

nəisə.

bu onun səbəb olduğu

son kədərdir.

və bu şeir ona əllərimlə yazılan

son şeirdi.

Eşq

Bu qədər vaxt, ah bu qədər vaxt,

səni belə incik, belə yaxından

görməyin xöşbəxtliyini

necə ödəyərəm, nə ilə ödəyərəm?

oyanıb yenə təbiətin

qana susamış yayı,

tülkülər çıxır hinlərindən,

qanlarına bulayır ilanları.

və mən gedirəm səninlə

yaşıllıq və səssizlik ətrafımda

sual edirəm özümə,

nə zaman ödəyəcəyəm

haqqını bu bəxtimin?

bütün gördüklərim içində

yalnız sənsən görmək istədiyim,

toxunduğum hər şey içində

bədənindir toxunmaq istədiyim.

sevirəm sənin portağal gülüşünü,

xoşlayıram yuxumdakı görüntünü.

nə edim sevdiyim, sevdicəyim,

bilmirəm necə sevir başqaları,

keçmişdə necə idi sevmələr,

yaşayıram baxaraq, sevərək səni,

eşq təbiətimdir mənim.

hər hərəkətinlə,

bir az daha sevirəm səni,

hardadı o?

hər itdiyində gözlərin,

özümə bu sualı verirəm.

gör nə qədər gecikdi,

düşünüb inciyirəm.

bitmiş, axmaq, şübhəli bilirəm özümü,

və gəlirsən sən,

sanki şaftalı ağaclarından

uçan bir meh sərinlədir üzümü.

bu səbəbdən sevirəm səni,

əslində bu səbəbdən deyil.

o qədər çox səbəb var ki,

bir o qədər də az.

əslində belə olmalıdır sevgi,

adi, taraz.

heyranedici, dərdli, hüznlü bir az.

sevincsiz,

ulduzlar kimi çiçək açan,

bir öpüş qədər ölçüsüz.

# 3399 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #