Sənubər İsgəndərli təltif olunub

Sənubər İsgəndərli təltif olunub
12 mart 2025
# 10:30

Əməkdar artist Sənubər İsgəndərli iki mükafata layiq görülüb.

Kulis.az xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Teatrı aktrisaya mükafatlar təqdim edib.

Sənətçiyə "Dantenin yubileyi" tamaşasındakı Həcər roluna görə "Qızıl Pərdə" mükafatı və Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızılgül" mükafatı təqdim edilib.

Qeyd edək ki, bu barədə aktrisa sosial şəbəkə hesabında bildirib. O hər iki mükafatının fotosunu instaqram hesabında paylaşıb.

# 343 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #