"Moskva Maslenitsa" festivalı davam edir

"Moskva Maslenitsa" festivalı davam edir
25 fevral 2025
# 15:37

21 fevral tarixində başlayan "Moskva Maslenitsa" qastronomiya festivalı davam edir.

Kulis.az xəbər verir ki, festivalın bu ilki mövzusu instrumental xalq musiqisi olaraq müəyyən edilib. Bu çərçivədə iştirakçılara balalayka, santur və digər ənənəvi rus musiqi alətləri ilə çıxışlar təqdim olunacaq. "Moskva Maslenitsa" qastronomiya festivalı pulsuz olacaq.

Böyüklər və uşaqlar üçün yemək bişirmə, ənənəvi əl işləri və sənət üzrə ustad dərsləri keçiriləcək. Yurovoda yerləşən "Moskino film parkı"nda qonaqlar rus mədəniyyəti və ənənələrinə yaxından baxa biləcəklər. Hər kəsə açıq olan layihədə iştirakçılar "rostovye" krepləri üzərinə müxtəlif xalq bəzəklərini çəkə biləcəklər.

Qeyd edək ki, festival Moskva Mövsümləri Layihəsi çərçivəsində təşkil olunanan tədbirlərdən biridir və 2 mart tarixinə qədər davam edəcək.

# 132 dəfə oxunub

Müəllifin son yazıları

# # #