Azərbaycan teatrına həsr olunmuş portal təqdim olunub

Azərbaycan teatrına həsr olunmuş portal təqdim olunub
21 iyun 2013
# 12:35

İyunun 20-də Muzey Mərkəzində "Azərbaycan teatrı: dünən, bu gün və sabah - multimedia janrı teatrlarda" adlı layihənin təqdimat mərasimi keçirilib. Kulis.az-ın verdiyi xəbərə görə Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyi ilə bir vaxtda ərsəyə gələn elektron portal milli teatr sənətinin tarixini və bu gününü əhatə edir.

"Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən hazırlanan azteatr.musiqi-dunya.az unvanlı portala Azərbaycan, rus və ingilis dillərində böyük miqdarda arxiv materialları daxil edilib. Burada teatr xadimlərinin səs yazıları, videosu, 100-ə yaxın ryes, 500 saatdan çox video material, 300-dən artıq məktub, 15 min fotoarxiv yer alıb.

Layihədə həmçinin Azərbaycan teatrının dünəni ilə bağlı sayt və resursların təqdim olunması, Azərbaycan teatr sənətinin görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı haqqında materialların hazırlanması, arxiv sənədlərinin torlanılması və veb-səhifələrdə yerləşdirilməsi, foto, audio və video materialların yazılışı, veb-səhifələrin əlaqəli istifadəsi nəzərdə tutulub. Layihədə respublikamızda fəaliyyət göstərən dövlət teatrlarının saytlarının yaradılması, Azərbaycan teatr sənətinin beynəlxalq miqyasda təbliği, eksronatların 3D formatında canlandırılması, bütün audio və video materialların üç dildə səsləndirilməsi, elektron multimedia resurslarının imkanlarından istifadə edərək rəngarəng audiovizual materiallar əsasında virtual sərgi salonlarının yaradılması planlaşdırılır.

# 1586 dəfə oxunub

Müəllifin son yazıları

# # #