Azərbaycan filmlərində oynayan əcnəbi aktyorlar

Azərbaycan filmlərində oynayan əcnəbi aktyorlar
28 mart 2018
# 15:30

Kulis.az məşhur Azərbaycan filmlərində oynayan əcnəbi aktyorları təqdim edir.

Viktor Demertaş. Ukrayna aktyoru. Kinomuzda “Bağlı qapı”, “Əlavə iz”, “Əzablı yollar”, “Özgə ömür” filmlərində oynasa da daha çox “Ölsəm, bağışla” filmindəki Edik obrazıyla yadda qalıb.

Tamara Kokova. Rusiyalı aktrisa. Bir çox Azərbaycan filmlərində oynayıb. Bunlardan ən məşhuru “Bir qalanın sirri” filmində Mətanət obrazıdır.

İnara Quliyeva. Rusiyanın Əməkdar artisti. Yerli tamaşaçılar onu “Dədə Qorqud” filmində Selcan, “Qaynana” filmlərində Afət obrazı ilə xatırlayır.

Sergey Yurski. Rusiyanın Xalq artisti. Bir neçə Azərbaycan filmində müxtəlif obrazlar oynayıb. “Dərviş Parisi partladır” filmində Müsyö Jordan rolu bunlardan ən məşhurudur.

Yuri Yakovlev. SSRİ Xalq artisti. Rus aktyoru. “Qətldən yeddi gün sonra” filmində general Mixail Romanoviç rolu ilə yadda qalıb.

Türkan Şoray. Türkiyəli müğənni, aktrisa. Azərbaycan kinosunda “Məhəbbətim mənim, kədərim mənim” filmində baş qəhrəmanı oynayıb.

Meral Konrat. “Təhminə” filmində Təhminə obrazını canlandırıb.

Aleksandr Kalyagin. Rusiyanın Xalq artisti, Rusiya Teatr Xadimləri İttifaqının sədri Kalyaginin yerli kinematoqrafçılarımızla sıx əməkdaşlığı olub. O, “Özgə ömür”, “İstintaq”, “Bağlı qapı arxasında” kimi filmlərdə çəkilib.

Nona Paçuaşvilini. “Əhməd haradadır?” filmində Ceyran rolu ilə yadda saxlamışıq.

Nelya Ataullayeva. Bu özbək aktrisa “Görüş” filmində Ağahüseyn Cavadovun qəhrəmanının haqqında heyranlıqla “Nə qəşəng qızdır...” dediyi Lalə obrazını oynayıb.

Tamara Çernova. Rus aktrisası “Bəxtiyar” filmindən Saşa obrazı ilə bizə tanışdır.

Vaxtanq Pançuladze. Gürcü aktyoru milli kinoda “Yol əhvalatı”ndakı Mustafa rolunda çəkilib.

Andrey Fayt. Rusiyanın Əməkdar Artistinin milli kinoda Göygöz Kosa (“Bir qalanın sirri”), Mazelli (“Uzaq sahillərdə”) obrazları daha çox populyardır.

Qriqori Tonuns. Erməni aktyoru. “Onu bağışlamaq olarmı?” filmində Tərlan rolunda çıxış edib.

Karen Ovanesyan. Rusiyanın erməni mənşəli əməkdar artisti. Bərbər Aşot (“Bəyin oğurlanması“) filmindən başqa 1970-80 ci illərdə “Azqoskonsert”dəki çıxışları ilə yadda qalıb.

Yuliya Peresild adlı rus aktrisa 2008-ci ildə “Qala” filminə dəvət olunub və Qalina obrazını yaradıb.

# 2263 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #