Müşfiq Şahverdiyev çoban olacaq

Müşfiq Şahverdiyev çoban olacaq
20 noyabr 2014
# 14:27

Noyabrın 28-də yeni komediya filminin premyerası keçiriləcək.

Kulis.az-ın filmin rejissoruna istinadən verdiyi xəbərə görə, komediya Nizami Kino Mərkəzində təqdim olunacaq.

“My name is İntiqam” İntiqam adlı lənkəranlı bir çobanın macəralarından bəhs edir. Bu çobanın Youtube.com da paylaşılan videosu izlənmə rekordlarını qırır və onu tapıb Bakıya gətirirlər. İntiqamın macəraları belə başlayır.

Çoban İntiqam rolunda komediya aktyoru Müşfiq Şahverdiyev çəkilib.

Filmin rejissoru Emil Abdullayevdir. Film Lənkəranda çəkilib. Cinema company-nin istehsalı olan filmin sponsoru “AAF” şrkətidir.

# 1731 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #