Oskarlı film saxtakarlıqda ittiham olunur

Oskarlı film saxtakarlıqda ittiham olunur
29 noyabr 2013
# 11:31

Heyvan hüquqları müdafiəçiləri “Pinin həyatı” filminin yaradıcılarını baş rol ifaçılarından biri - Kinq adlı pələnglə səhlənkar davranmaqda ittiham edən hesabat çap edib. The Hollywood Reporterin verdiyi məlumatda belə deyilir.

Araşdırmalarına görə 2011-ci ildə filmin çəkilişləri zamanı Kinq az qala su anbarında boğulacaqmış. Amerika heyvanları müdafiə assosiasiyasının çəkilişdə iştirak edən təmsilçisi bu barədə öz həmkarına məktub göndərsə də, sonda insident barədə fakt gizlədilib.

Araşdırma müəllifləri təkid edir ki, “Pinin həyatı” filminin yaradıcıları titrlərdə gedən “Çəkiliş zamanı bir heyvan da ziyan çəkməyib” cümləsini çıxarsın.

2012-ci ildə çəkilmiş “Pinin həyatı” rejissor Enqa Linin filmidir, 2013-cü ildə yaxşı rejissor işi, yaxşı vizual effektlər nominasiyası da daxil olmaqla dörd “Oskar” alıb.

# 2032 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #