Gənc Tamaşaçılar beynəlxalq festivaldan mükafatla qayıtdı

Gənc Tamaşaçılar beynəlxalq festivaldan mükafatla qayıtdı
15 oktyabr 2014
# 09:30

Permdə I Beynəlxalq Martin MakDonax Festivalı başa çatıb.

Kulis.az festivalın rəsmi saytına istinadən xəbər verir ki, səkkiz gün ərazində festival çərçivəsində əfsanəvi irland dramaturqunun pyeslərinin 15 ən parlaq tamaşası nümayiş olunub. Makdonax həftəsində Avstriyadan, Almaniyadan, Polşadan, Çexiyadan, Böyük Britaniyadan, Bosniya və Hersoqovinadan, Rusiyadan olan teatr kollektivləri çıxış edib. Azərbaycandan isə festivala Gənc Tamaşaçılar Teatrı “Yalqız Qərb” tamaşası ilə festivala qatılıb.Festivalın ev sahibi olan “U Mosta” Perm teatrı tamaşalarını müsabiqədən kənar təqdim edib.

Festivalın Qran-prisini isə Çelyabinsk Dövlət Dramatik Kamera Teatrı qazanıb Azərbaycan Gənc Tamaşaçılar Teatrı MakDonax festivalı prezidentinin xüsusi mükafatını qazanıb. Xatırladaq ki, bu tamaşa ötən il layihə çərçivəsində hazırlanıb. Tamaşanın rejissoru Yan Van Den Boşdur. Tamaşada əsas rollarda aktyorlar Rasim Cəfərov, Vüsal Mehrəliyev iştirak edirlər.

# 1392 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #