Bu gün Vaqif Səmədoğlunun premyerasıdır

Bu gün Vaqif Səmədoğlunun premyerasıdır
26 sentyabr 2014
# 11:34

Akademik Milli Dram Teatrında 26 sentyabr tarixində saat 19.00-da “Generalın son əmri” tamaşasının premyerası keçiriləcək.

Bu il 75 yaşını qeyd etdiyimiz şair, dramaturq, publisist Vaqif Səmədoğlunun eyniadlı əsəri əsasında hazırlanmış “Generalın son əmri” tamaşasının quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq rəssamı, Dövlət mükafatı laureatı Nazim Bəykişiyev, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanan tamaşada Əməkdar artistlər Füzuli Hüseynov (General), Sabir Məmmədov (Oğul nəvə), Dilarə Əliyeva (Qız nəvə), Almaz Amanova (Qisasçı qadın), Ayşad Məmmədov (Cəllad), Hicran Nəsirova (Bibi), Əjdər Həmidov (Polis), Telman Əliyev (Serjant), Sənubər İsgəndərova (Məşuqə), İlham Hüseynov (Şeypurçu əsgər) Pərviz Məmmədrzayev (Fərari) və aktyor Rövşən Kərimduxt (Qonşu oğlan) çıxış edirlər.

# 1595 dəfə oxunub

Müəllifin son yazıları

# # #