Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səfərə hazırlaşır.
Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə kollektiv bu dəfə Respublikamızın bölgələrinə səfər edəcək.
Yaradıcı heyət M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” komediyası ilə iyul ayının 1-dən 7-ə dək Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Ağdaş, Ucar, Zərdab, Ağcabədi, Saatlı, Sabirabad və İmişli rayonlarında səfərdə olacaqdır.
Tamaşada əsas rolları əməkdar artistlər Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Qurban İsmayılov, Nofəl Vəliyev, Vahid Əliyev, Şövqi Hüseynov, aktyorlar Asya Atakişiyeva, Elnur Kərimov və başqaları ifa edəcəklər.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün bu ilki – 85-ci teatr mövsümünü 2013-cü il iyulun 6-da Sabirabad rayonunda başa vuracaqdır.