Arif Məlikovun müəllif konserti

Arif Məlikovun müəllif konserti
25 noyabr 2014
# 13:36

Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, SSRİ Xalq Artisti, professor Arif Məlikovun müəllif konserti keçiriləcək. Kulis.az-ın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə konsert nazirliyin təşkilatçılığı ilə 28 noyabr 2014-cü il, saat 19.00-da keçiriləcək.

Tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə tanınmış pianoçu, Fransada yaşayan həmyerlimiz, Azərbaycan Respublikasının Əməkdar Artisti Adilə Əliyeva çıxış edəcək. Proqramda Arif Məlikovun ikinci və altıncı simfoniyaları, "Metamorfozlar" simfonik poeması, Fortepiano və orkestr üçün konserti səslənəcək.

# 887 dəfə oxunub

Müəllifin son yazıları

# # #