«Nabat» pulsuz nümayiş olunacaq

«Nabat» pulsuz nümayiş olunacaq
7 noyabr 2014
# 12:58

Park Cinemada oktyabrın 30-dan başlayan V Avropa filmləri festivalı davam edir. Kulis.az-ın kinoteatrın saytına istinadən verdiyi xəbərə görə, festivalda nümayiş olunan 17 film arasında rejissor Elçin Musaoğlunun “Nabat” filmi var. Film festivalın bağlanış günü, noyabrın 9-da nümayiş olunacaq.

Xatırladaq ki, “Nabat” Venesiya festivalının əsas proqramlarından birində iştirak etmişdi. Film müharibə zamanı boş qalmış kənddə yaşayan bir qadının mübarizəsindən bəhs edir.

# 1245 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #