Akademik Milli dram Teatrında yeni tamaşa hazırlanır.
Əməkdar artist Ayşad Məmmədovun “İuda” monopyesini Akademik Milli Dram teatrının rejissoru Anar Babalı tamaşaya hazırlayır.
Pyesin müəllifi və baş rolun ifaçısı Ayşad Məmmədovun Kulis.az-a verdiyi xəbərə görə, tamaşa fars janrındadır: “Monotamaşanın qəhrəmanı dini mətnlərdən tanıdığınız İudadır. Öpüşü ilə adı tarixə düşən həvarilərdən biri nə üçün lənətlə xatırlanır? Bu məsələ məni çox düşündürürdü. Xeyli araşdırmalar apardım. Mənim qəhrəmanım İuda tamaşada özü barədə danışır, özünə bəraətlər axtarır. Tamaşada Pink Floydun musiqilərindən istifadə olunacaq”.
Aktyorun sözlərinə görə, tamaşa avqustun 2-dən 8-dək Bolqarıstanda Monotamaşalar festivalında iştirak edəcək. Müəlliflər “İuda”nı yerli tamaşaçılara bu ayın sonunadək göstərməyi planlaşdırır.