Depardye Vısotskinin mahnılarını oxuyacaq

Depardye Vısotskinin mahnılarını oxuyacaq
12 aprel 2018
# 11:05

Məşhur fransız aktyoru Jerar Depardye rus aktyoru və musiqiçisi Vladimir Vısotskinin mahnılarını ifa edəcək.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Depardye bu mahnıları Vısotskinin 80 illiyinə həsr olunmuş konsertdə fransız və rus dillərində ifa edəcək. Konsert aprel ayında, Moskvada təşkil olunacaq.

Depardyenin çoxdan bu mətnlərlə işləmək arzusunun olduğu bildirilir. 1970-ci ildə aktyor Vısotskinin ssenarisi əsasında “Vyana tətilləri” filmində qonorarsız oynamağa razılaşıbmış. Lakin Vısotskinin ölümü ilə bu layihə gerçəkləşməyib.

Vladimir Vısotski 1938-ci ilin 25 yanvarında doğulub. Aktyor musiqiçinnin 800-dən artıq müəllif mahnısının olduğu bildirilir. Teatr və kinoda çalışan aktyor “Üfüqi”, “İki yoldaş xidmət edirdi”, “Görüş yerini dəyişmək olmaz" kimi filmlərdə çəkilib.

# 1205 dəfə oxunub

Müəllifin son yazıları

# # #