Hollivudun seks qalmaqalı film olacaq

Hollivudun seks qalmaqalı film olacaq
19 iyun 2018
# 10:08

Hollivuddakı təcavüz qalmaqalı haqda filmi çəkiləcək.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, rejissor Brayan de Palma prodüser Xarvi Vaynşteynin təcavüz qalmaqallarına əsaslanan dəhşət filmi çəkməyə hazırlaşır.

“Mən indi bu haqda ssenari yazıram. Bu seksual manyak haqqında dəhşət filmi olacaq və filmdəki hadisələr kino sənayesində baş verəcək” deyə o şərh verib.

Palma qəhrəmanını Vaynşteyn adlandırmayacağını deyib.

Xatırladaq ki, 2017-ci ilin oktyabrında onlarla aktrisa prodüser Vaynşteyni seksual təzavüz və zorlamada ittiham etdi. Onların arasında Kara Delevin, Lea Seydu, Ancelina Coli, Qvinet Peltrou və Slama Hayek var. Həmçinin Weinstein Co. Şirkətinin əməkdaşlarının 30 il ərzində prodüser tərəfindən seksual təcavüzə məruz qaldığı ortaya çıxdı.

Mayın 25-də Nyu-York polisi Vaynşteyni milyion dollar qarşılığında zaminə buraxıb.

# 3323 dəfə oxunub

Müəllifin son yazıları

# # #