"Vətən nəğməsi" layihəsi gerçəkləşib

"Vətən nəğməsi" layihəsi gerçəkləşib
11 iyun 2018
# 14:37

Azərbaycan Dövlət Televiziyasının Azərbaycan Milli Konservatoriyası ilə birgə Milli Qurtuluş gününə həsr olunmuş “Vətən nəğməsi” adlı layihəsi baş tutub.

Kulis.az-ın verdiyi xəbərə görə, layihədə Azərbaycanın tanınmış incəsənət xadimləri iştirak edib

Layihənin ideya müəllifi Arif Alışanov, musiqi rəhbəri xalq artisti Siyavuş Kərimi, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Etibar Babayevdir. Əməkdar artist, vokalçı Ramil Qasımovun ifasında səslənən “Vətən nəğməsi”nin musiqisi mərhum Tofiq Quliyevə, sözləri Vaqif Nəsibə məxsusdur.

Layihədə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri, Cahangir Cahangirov adına xoru, xalq artistləri Natiq Şirinovunmrəhbərliyi ilə “Natiq” ritm qrupu, əməkdar artistlər Şirzad Fətəliyev, Ruslan Hüseynov, İsgəndər Ələsgərov iştirak ediblər. Layihənin səs rejissoru Faiq Babayevdir. Layihədə Azərbaycanın tanınmış incəsənət xadimləri, Azərbaycan Milli Konservatoriyasının professor və müəllim heyəti iştirak edib.

# 1476 dəfə oxunub

Müəllifin son yazıları

# # #