"Oskar"ın nominantları bəlli oldu

"Oskar"ın nominantları bəlli oldu
24 yanvar 2018
# 10:31

Amerika kinoakademiyası “Oskar” mükafatının nominantlarını açıqlayıb.

Kulis.az-ın rus mətbuatına istinadən evrdiyi xəbərə görə, “Ən yaxşı film” nominasiyasında Luki Quadanyinonun “Məni öz adımla çağır”, Co Raytın “Qaranlıq zamanlar”, Kristofer Nolanın “Dyunkerk”, Cordan Pilin “Uzaq”, Qreta Qerviqin “Ledi Börd”, Pol Tomas Andersonun “Xəyalət mövzusu”, Stiven Spilberqin “Məxfi dosye”, Gilyermo del Toronun “Suyun forması" və Martin Makdonaxın “Missuridə üç bilbord” filmlər yarışacaq.

Ən yaxşı aktyor” nominasiyasına Timoti Şalame (“Məni öz adımla çağır”) Deniel Dey Lüis (“(Xəyalət mövzusu”) Harri Oldman (“Qaranlıq zamanlar”) və Denzel Vaşinqton (Roman İsrail. Esq”), Deniel Kaluya (“Uzaq”) namizəddir.

“Ən yaxşı aktrisa” isə Salli Xokins (Suyun forması”), Frensis Makdormand (Missuridə üç bilbord”), Marqo Robbi “Tonya hər kəsə qarşı”), Sirşa Ronan (“Ledi Börd”) və Meril Stripp (“Məxfi dosye”) ola bilər.

Bundan başqa Oskar tarixində ilk dəfə qadın operator Oskara namizəd olub. Bu, “Madbaund ferması” filminin operatoru Reyçell Morrisondur. “Ən yaxşı operator” nominasiyasında həmçinin “Almaz 2049 üzərində qaçış”, “Dyünkerk”, “Suyun forması”, “Qaranlıq zamanlar” filminin operatorları da yarışır.

“Ən yaxşı rejissor” isə Kristofer Nolan (“Dyünkerk”), Cordan Pil (“Uzaq”), Qreta Qerviq (“Ledi Börd”) , Pol Tomas Anderson (“Xəyalət mövzusu”), Gilyermo del Toro (“Suyun forması”) kimi rejsioorların arasından seçiləcək.

Rus rejissoru Andrey Zvyaqintsevin “Sevgisizlik” filmi isə “Ən yaxşı xarici film” kateqoriyasında Oskara nominant oldu.

Xatırladaq ki, “Oskar”ın rəsmi mükafatlandırma mərasimi 2018-ci il matrın 4-də. Los-Ancelesdə keçiriləcək.

# 1053 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #