Fatih Akının filmi təqdim olunub

Fatih Akının filmi təqdim olunub
23 noyabr 2017
# 10:23

Almaniyanın Hamburq şəhərində türk əsilli alman rejisor Fatih Akının “Solğun” filminin qala gecəsi keçirilib.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, heyətə bələdiyyə sarayında ziyafət verən vilayət baş naziri “NSC (neonasist seriya cinayətləri) kimi vacib və aktual mövzunu diqqətə çəkən rejissor Fatejh Akını salamlayıram və böyük rejissorun hamburqlu olmasında qürur duyuram” deyib.

Ssenarisi Hark Bohm və Fatih Akın tərəfindən yazılan “Solğun” filminin dekabrın 23-dən vizyona girəcəyi nəzərdə tutulur. Baş rolda çəkilən Diana Kryugerla yanaşı filmdə Numan Acar, Ulrix Tukur, İohannes Kriş kimi kaktyorlar iştirak edib. Film ərini və oğlunu bomba hücumunda itirən gənc bir qadından bəhs edir.

# 2209 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #