Aktyor Corc Kluni və müğənni Beyons “Xarvi” uraqanından zərə çəkmişlərə dəstək məqsədilə telemarafonda iştirak edəcək.
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, tədbir sentyabrın 12-ə planlaşdırılıb.
Tədbir bir saat davam edəcək. telemarafonu ABC, CBS, NBC və Fox kanalları göstərəcək.
Hand in Hand: A Benefit for Hurricane Harvey aksiyasında həmçinin Culiya Roberts, Barbra Streyzand, Ceymi Foks, Riz Uizerspun, Metyu Makkonax kimi məşhurlar da iştirak edəcək.
Yığılan vəsait Hyustondakı zərəçəkmişlərə kömək edən xeyriyyə fondlarına veriləcək.