Xalq artisti, kinorejissor Vaqif Mustafayev “Birlikdə qələbə qazandıq” XV Sevastopol Beynəlxalq Film Festivalında jüri sədri kimi dəvət olunub.
Mayın 12-də başlayacaq festivalın jüri heyətinə dünyanın müxtəlif ölkələrindən tanınmış kino xadimləri qatılacaq.
Qeyd edək ki, ötən il də sözügedən festivala dəvət alan V.Mustafayev işlərin çoxluğunu nəzərə alaraq bu təklifi qəbul edə bilməmişdi.
Buna baxmayaraq, festivalın təşkilatçıları yenidən təkidlə tanınmış kinorejissoru festivala dəvət edib. /azertag.az/