“2+1” Eksperimental Teatr festivalı başlayır

“2+1” Eksperimental Teatr festivalı başlayır
24 oktyabr 2013
# 10:35

“2+1” Ekperimental Teatr Festivalı oktyabrın 28-də başlayacaq. Teatr Xadimləri İttifaqından Kulis.Az-a verilən xəbərə görə, noyabrın 6-dək davam edəcək festivala Gənc Tamaşaçılar Teatrı, İrəvan Dövlət Teatrı, Yuğ Dövlət Teatrı, Qusar Dövlət Dram Teatrı, Mingəçevir Dram Teatrı, Şuşa Musiqili Dram teatrı və Bakı Satira Teatrı qatılacaq.

Festivala qonaq kimi xüsusi olaraq Tbilisi Dövlət Azərbaycan Dram Teatrı dəvət olunub. Festivalda qiymətləndirmə nəzərdə tutulmasa da, müxtəlif nominasiyalarda diplomlar təqdim olunacaq.

Tamaşalar Aktyorlar Evinin tamaşa zalında göstəriləcək, tamaşalardan sonra teatrşünasların iştirakı ilə müzakirələr aparılacaq.

“2+1” Ekperimental Teatr Festivalı Teatr Xadimləri İttifaqının təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.

# 2132 dəfə oxunub

Müəllifin son yazıları

# # #